Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.az-a verilən məlumata görə, nətiəsi pozitiv çıxan 1 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 792 863 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 076 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 72 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 351, bu günə qədər isə ümumilikdə 6 918 939 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə 1 731 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 259, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 143, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1212, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 117 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 741 589, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 350 489, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 850 665, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 293 172, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 247 263 nəfər təşkil edir.