Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 810 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 042 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. 55 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 833, bu günə qədər isə ümumilikdə 6 909 386 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə 18 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 15, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 733 837, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 349 326, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 849 965, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 287 895, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 246 651 nəfər təşkil edir.