Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 778 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 017 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. 48 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 948, bu günə qədər isə ümumilikdə 6 898 425 test icra olunub.
Ötən sutkada 2 720 nəfər vaksinasiya olunub. Gün ərzində birinci doza vaksinlərin sayı 388, ikinci doza vaksinlərin sayı 344 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 788-dır. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 200 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 726 166, birinci doza peyvəndlərin ümumi sayı 5 348 193, ikinci doza vaksinlərin sayı 4 849 219 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 282 722, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 246 032 olub.