Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 8 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 607 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 846 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 52 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 556, bu günə qədər isə ümumilikdə 6 829 482 test icra olunub
Ötən sutkada koronavirus əleyhinə 4 242 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 445, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 391, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 062, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 344 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 663 010, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 341 313, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 841 526, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 239 094, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 241 077 nəfər təşkil edir.