Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 558 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 744 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 105 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 731, bu günə qədər isə ümumilikdə 6 811 382 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə 4026 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 417, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 338, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2970, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 301 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 645 649, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 339 638, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 839 802, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 226 442, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 239 767 nəfər təşkil edir.