Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 0 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 792 365 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 533 nəfər müalicə olunaraq sağalıb, 9 706 nəfər vəfat edib. 126 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 954, bu günə qədər isə ümumilikdə 6 771 851 test icra olunub.
Ötən sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 595 242, birinci doza peyvəndlərin ümumi sayı 5 334 494, ikinci doza vaksinlərin sayı 4 836 495 təşkil edib.
Üç və daha çox doza vaksinlərin sayı 3 187 702, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 236 551 olub.