Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 792 320 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 440 nəfər müalicə olunaraq sağalıb, 9 705 nəfər vəfat edib. 175 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 008, bu günə qədər isə ümumilikdə 6 759 211 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə 7603 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 552, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 538, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 6018, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 495 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 574 804, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 332 840, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 834 938, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 171 771, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 235 255 nəfər təşkil edir.