• Xəbər lentİ
Fləş

Mələkxanımın qızı bu telekanalda işə başladı (FOTO)

10:22 / 21.03.2023

Bakının bu hissəsində 1 sot torpaq 1 milyon AZN-ə satılır (VİDEO)

12:24 / 21.03.2023

Cahit Bağçı Azərbaycana təşəkkür etdi

12:08 / 21.03.2023

Anidən AzTV-dən getdi (FOTO)

11:26 / 21.03.2023

Azərbaycanın 100 milyon dollarlıq yardımı - Hansı işlər görüləcək?

11:18 / 21.03.2023

Azərbaycan nefti kəskin ucuzlaşdı - 75 dollardan aşağı düşdü

10:48 / 21.03.2023

Sibel Canla Abbas Bağırov Bakıda dəbdəbəli toyda - VİDEO

10:35 / 21.03.2023

Mələkxanımın qızı bu telekanalda işə başladı (FOTO)

10:22 / 21.03.2023

Mehriban Əliyevadan Novruz təbriki (FOTO)

10:49 / 20.03.2023

Ermənistan Zəngilan istiqamətində atəşkəsi pozub, sərhədçimiz yaralanıb

10:44 / 20.03.2023

Novruz bayramınız mübarək!

00:00 / 20.03.2023

Vilayət Eyvazov bu rayona yeni rəis müavini təyin etdi (FOTO)

22:47 / 19.03.2023

Prezident Novruz bayramı ilə bağlı paylaşım etdi (FOTO)

21:19 / 19.03.2023

“Linkedin”, “TikTok”, indi də “Meta” çalışan azərbaycanlının uğur hekayəsi (FOTOLAR)  

18:45 / 19.03.2023

Məşhur simalardan Türkiyəyə dəstək mesajları (VİDEO)

17:50 / 19.03.2023

XİN: "Ermənistan verdiyi vədə baxmayaraq, Qazaxın 7, Sədərək rayonunun 1 kəndini işğal altında saxlayır"

17:33 / 19.03.2023

Bakıda qadın ərinin qətlinin təşkilində şübhəli bilinir - 4 nəfər saxlanıldı

13:06 / 19.03.2023

Xətai rayonunda ağaclar kəsilir (VİDEO)

13:02 / 19.03.2023

Nənəsi vəfatından əvvəl Mahir Emrelini məhkəməyə veribmiş (SƏBƏB)

14:31 / 18.03.2023

Prezident və birinci xanım Tərtərə səfər edib (YENİLƏNİB)

14:26 / 18.03.2023

Sibel Can Bakıya kimin toyuna gəlib? (FOTO)  

13:58 / 18.03.2023

Mehriban Əliyeva Talış kəndindən paylaşım etdi (VİDEO)  

12:35 / 18.03.2023

Daha bir general ev dustaqlığına buraxıldı

12:07 / 18.03.2023

Gömrük generalı ev dustaqlığına buraxıldı

11:06 / 18.03.2023

DSX və DİN İranla sərhəddə əməliyyat keçirdi: Saxlanılanlar var (FOTO)

10:52 / 18.03.2023

İlham Əliyevin Almaniyaya səfəri diqqət çəkdi

21:08 / 17.03.2023

“Muğanbank”da qanun pozuntuları ilə bağlı cinayət işi başlanıldı

16:47 / 17.03.2023

Nazirliklə DİM arasında qarşıdurma: Məleykə Abbaszadə yola salınır?

16:39 / 17.03.2023

“Azenco” ASC səhmdarların ümumi yığıncağın keçirəcək

16:23 / 17.03.2023

Prezident icra başçısını işdən çıxardı

15:33 / 17.03.2023

Çempionlar Liqası: 1/4 final mərhələsinin püşkü atıldı

15:24 / 17.03.2023
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 22 Mart 2023
USD : 1.7
EUR : 1.9243
Hava
+6 ° Baku
+2 ° Quba
+2 ° Qusar
+8 ° Gəncə
+4 ° Lənkəran
+9 ° Naxçıvan
+7 ° Salyan
+8 ° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

Putinin iki istiqamətli strategiyası: Buna cavab necə olmalıdır? - Fridmanın şərhi

12:42 14.04.2022 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Tomas Fridman
Amerikalı siyasət yazarı, təhlilçi, "The New York Times"ın həftəlik köşə yazarı, 3 qat "Pulitser" mükafatı laureatı

Buna inanmaq çətindir, lakin danmaq da mümkün deyil ki, Soyuq müharibə bitdikdən sonra dünyanın əksər hissəsini sabitlik və rifahla təmin edən geniş sistem, Vladimir Putinin Ukraynaya təcavüzü ilə ciddi şəkildə pozulub. Hardasa biz anlaya bilmədik ki, bu sistemin böyük hissəsi Qərbin Putinlə birgə yaşamaq qabiliyyətinə əsaslanır, çünki o, "pis oğlan” kimi dünya düzəninin möhkəmliyini dəfələrlə sınaqdan keçirib, lakin heç vaxt bəlli xətti keçməyib.

Bununla belə, Ukraynaya qarşı səbəbsiz işğalına başlamaqla, Ukrayna şəhərlərini, bəlli hərbi hədəf seçmədən dağıtmaqla və dinc sakinləri kütləvi şəkildə öldürməklə Putin "pis oğlan”dan "müharibə cinayətkarına” çevrilib. 11 saat qurşağını əhatə edən, böyük neft, qaz və mineral ehtiyatlara və hamıdan çox nüvə başlığına malik bir ölkənin başçısı hərbi cinayətkar olduqda, artıq bildiyimiz dünya tamamilə dəyişmiş olur. Və o, heç vaxt əvvəlki kimi olmayacaq.

Hərbi cinayətkarın başçılıq etdiyi bir ölkə Təhlükəsizlik Şurasında oturursa və bu ölkə istənilən qətnaməyə veto qoya bilirsə, dünyanın necə effektiv BMT-si ola bilər? Necə ola bilər ki, dünya qlobal iqlim dəyişikliyi ilə bağlı effektiv təşəbbüsə malik ola bilər və əraziyə görə planetin ən böyük ölkəsi ilə tərəfdaşlıq edə bilməz? Moskvaya etimadımız azdırsa və onunla heç bir əlaqəmiz yoxdursa, ABŞ İranın nüvə sazişi məsələsində Rusiya ilə necə sıx əməkdaşlıq edə bilər? Bu qədər böyük və qüdrətli bir ölkənin dağılmasının güclü olmasından daha təhlükəli ola biləcəyini bilə-bilə niyə təcrid edib zəiflətməyə çalışırıq? Əgər sanksiyalar altında olan Rusiya dünyanın ən böyük neft, buğda və gübrə ixracatçılarından biridirsə, biz dünyanı münasib qiymətlərlə necə qidalandıra və yaşada bilərik?

Bunun bir cavabı var - bilmirik. Bu, 1989-cu ildən və bəlkə də 1939-cu ildən bəri bilmədiyimiz geosiyasi və geoiqtisadi qeyri-müəyyənlik dövrünə qədəm qoyduğumuzu deməyin başqa bir yoludur.

Vəziyyətin yaxşılaşmasına doğru getməkdənsə, bizi vəziyyətin pisləşməsi gözləyir. Çünki Putin hazırda yaralanmış heyvana bənzəyir. O, nəinki Ukraynaya hücum etməkdə səhv etdi, həm də əldə etmək istədiyinin əksini etdi, bu da onu nəyin bahasına olursa-olsun, səhvini ört-basdır edə biləcək istənilən hərbi nailiyyət əldə etməyə vadar edəcək.

Putin Ukraynaya qarşı müharibənin səbəblərindən biri kimi NATO-nun Rusiya sərhədlərindən uzaqlaşdırılmasını göstərmişdi. Onun başlatdığı müharibə isə nəinki durğun Qərb hərbi ittifaqını canlandırdı, həmçinin Putin hakimiyyətdə olduğu müddətcə NATO həmrəyliyini və silahların müasirləşməsini təmin etdi. Yəqin ki, bu proses postputin dövründən sonrakı dövrü də əhatə edəcək.

Putin deyirdi ki, Kiyevdəki nasist hökuməti devirmək, ukraynalıların istədiyi kimi onları və torpaqlarını mənsub olduqları Ana Rusiyanın ağuşuna almaq üçün Ukraynaya getməli oldu. Əvəzində isə onun işğal siyasəti ukraynalıları, hətta əvvəllər rusiyayönlü ukraynalıları belə Rusiyanın düşməninə çevirdi və Ukraynanın Rusiyadan azad olması və Avropa İttifaqına qoşulması istəyini gücləndirdi.

Putin hesab edirdi ki, o, Ukraynanın ildırım sürətli işğalı ilə Rusiyanın hərbi qüdrətinə görə Qərbin layiqli hörmətini qazanacaq və bununla da Rusiyanın Texas ştatından daha kiçik iqtisadiyyata malik olması və "nüvə silahları ilə yanacaqdoldurma məntəqəsi" kimi təhqiramiz ifadələrə son qoyulacaq. Əvəzində isə onun ordusu özünü səriştəsiz və vəhşi olduğunu göstərdi, ələ keçirdikləri mövqeləri saxlamaq üçün isə Suriyadan və Çeçenistandan muzdluları cəlb etməyə ehtiyac duydu.

Bu qədər səhvlərə yol verən və öz təşəbbüsü ilə bu müharibəyə başlayan Putin nəyəsə nail olduğunu göstərməlidir, ən azı Donbasdan başlayaraq cənubdan Ukraynanın Qara dəniz sahilindəki Odessaya qədər Ukraynanın şərqinə mübahisəsiz nəzarət etməli və Krıma dəhliz açmalıdır. Və şübhəsiz ki, o, bunun mayın 9-da - Rusiya ordusunun ən böyük şöhrətini xatırladığı günə, İkinci Dünya müharibəsində Rusiyanın nasistlər üzərində qələbəsini xatırladan Moskvanın hər il keçirilən möhtəşəm Qələbə Günü paradına qədər olmasını istəyir.

Beləliklə, Putinin iki istiqamətli strategiyaya hazırlaşdığı görünür. Birincisi, o, məhv edilmiş qüvvələrini yenidən toplayır və onları daha kiçik ərazini ələ keçirilməsinə və saxlanmasına cəmləşdirir. İkincisi, sistemli vəhşiliyi ikiqat artırır: mümkün qədər çox itkiyə məruz qoymaq, qaçqınların sayını artırmaq və böyük iqtisadi dağıntı yaratmaq məqsədilə Ukrayna şəhərlərinin raket və artilleriyadan davamlı atəşə tutur.

Birinci strategiya ilə o, ümid edir ki, ən azı ölkənin şərqində cəmləşən Ukrayna hərbi birləşmələrini məhv edəcək və ordunu parçalayacaq. İkincisi ilə isə o, NATO-nu parçalayacağına ümid edir: bu qədər ağır sosial və iqtisadi yükün altında olan və milyonlarla ukraynalı qaçqını qəbul edən NATO ölkələri, müharibəyə son qoyulması məqsədilə Putinin istənilən şərtlərilə razılaşmaq üçün Kiyevə təzyiq göstərəcək.

Ona görə də Ukrayna və NATO-nun effektiv əks-strategiyaya ehtiyacı var.

Əks-strategiya üç komponentdən ibarət olmalıdır. Birincisi, ukraynalıları Putinlə danışıqlar aparmaq istəyirlərsə, diplomatiya ilə dəstəkləyin - bu onların istəyidir, amma eyni zamanda onları rus ordusunu öz torpaqlarından qovmaq istəyirlərsə, daha yaxşı silah və təlimlə dəstəkləyin. İkincisi, Putinin öz xalqına dediyinin tam əksini edin: hər gün, hər cür şəkildə və yüksək səslə "dünya Putinlə müharibə edir, rus xalqı ilə deyil" bəyanatını verin. Üçüncüsü, Putinin əsas gəlir mənbəyi olan neftdən asılılığı aradan qaldırmaq üçün səylərimizi ikiqat artırmalıyıq.

Ümid var ki, bu üç komponent bir araya gəlsə, Rusiya daxilində Putini devirəcək qüvvələr hərəkətə keçəcək.

Bəli, bu təklifin iki üzü var: yüksək risk və yaxşı mükafat. Putinin süqutu ilə Kremldə ondan daha da pisi peyda ola bilər. Bu da davamlı xaosa və tənəzzülə səbəb olar.

Ancaq bu, Rusiyada hakimiyyətə yaxta sahibi oliqarxlar, kiberhakerlər və poloniumla silahlanmış qatillərin deyil, daha yaxşısının, ölkənin ləyaqətini və yeni nəsil çaykovskilər, raxmaninovlar, saxarovlar, dostoyevskilər, Sergey brinlər əsasında təsir dairələrini bərpa etmək üçün minimal ədəb və ambisiyaları olan birinin gəlməsinə gətirib çıxararsa, o zaman bütün dünya daha gözəl bir yer olacaq. Belə olan halda sağlam əməkdaşlıq üçün geniş imkanlar yaranardı.

Yalnız rus xalqının öz liderini dəyişmək hüququ və imkanı var. Amma bu, asan olmayacaq, çünki ona borclu olan bir çox digər keçmiş kəşfiyyatçıların əhatəsində olan keçmiş KQB zabiti Putini vəzifədən uzaqlaşdırmaq, demək olar ki, mümkün deyil.

Ancaq burada bir mümkün senari var: Rusiya ordusu qürurlu bir qurumdur və əgər o, Ukraynada fəlakətli məğlubiyyətlərə məruz qalmaqda davam edərsə, mən elə bir vəziyyəti təsəvvür edə bilərəm ki, ya Putin öz ordu rəhbərliyini Ukraynadakı uğursuzluğa görə "qurbanlıq qoyun" etmək istəyəcək, ya da ordu belə gedişatı hesablayaraq özü ilk növbədə Putini devirməyə çalışacaq. Rusiya ordusu ilə Putini əhatə edən xüsusi xidmət orqanlarının əməkdaşları arasında heç vaxt "sevgi” olmayıb.

Ümumiyyətlə, Rusiya xalqının daha yaxşı lider yetişdirməsi - dünyada, Putinin indi məhv etdiyi soyuq müharibədən sonrakı dövrün nizamını əvəz edəcək yeni, daha dayanıqlı dünya nizamının yaradılması üçün zəruri şərtdir. Lakin burada həm də başqalarının təqlid etmək istədiyi Amerikanın demokratiya və sabitlik modeli olmalıdır.

Ukraynalıların yenicə qazandıqları azadlıqlarının hər qarışını qoruyub saxlamaq üçün etdikləri fədakarlıqların yanında, qiymətli demokratik irsimizi qorumaq üçün amerikalılardan ən kiçik qurbanlar və kompromislər tələb etməyimiz beləmi çoxdur?

Mənbə: "The New York Times"

Tərcümə: Nizami Bağırov


Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Deputat “Kristal Abşeron”un Qobuda tikdiyi binanın əyilməsindən danışdı: “Şirkət cavab verməli olacaq...”

Deputat “Kristal Abşeron”un Qobuda tikdiyi binanın əyilməsindən danışdı: “Şirkət cavab verməli olacaq...”

16.03.2023
Fatimənin köməkçisini avtomobil vurdu (FOTO)

Fatimənin köməkçisini avtomobil vurdu (FOTO)

16.03.2023
Tanınmış aparıcı

Tanınmış aparıcı "Space"dən getdi

16.03.2023
Hulusi Akar: “Mehmetcik terrorla mübarizəni əzmlə davam etdirir”

Hulusi Akar: “Mehmetcik terrorla mübarizəni əzmlə davam etdirir”

28.02.2023
Sabiq səhiyyə nazirlərimiz indi haradadır?

Sabiq səhiyyə nazirlərimiz indi haradadır?

01.03.2023
Birinci müavin işdən çıxmaq üçün ərizə yazdı, təqaüdə gəndərildi (FOTO/YENİLƏNİB)

Birinci müavin işdən çıxmaq üçün ərizə yazdı, təqaüdə gəndərildi (FOTO/YENİLƏNİB)

25.02.2023
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az