• Xəbər lentİ
Fləş

Əsirlikdə olan "Azov" döyüşçülərinin başına nə gətirildi? - Komandirləri danışdı

11:20 / 25.05.2022

Putin Müstəqillik Günü münasibətilə İlham Əliyevi təbrik etdi

11:47 / 26.05.2022

Həbsdəki sabiq nazir ev dustaqlığına buraxıldı

10:35 / 26.05.2022

Ötən gün neçə nəfər koronavirusa yoluxub?

16:35 / 25.05.2022

Daşınmaz əmlaka görə ƏDV qaytarılacaq - Qaydalar təsdiqləndi

15:54 / 25.05.2022

Bakı metrosu iş rejimini dəyişir - Bu tarixdən

14:30 / 25.05.2022

Türk aviasiyası və Hürkuş nəfəsləri kəsəcək - Bakıda möhtəşəm TEKNOFEST bayramı başlayır

14:00 / 25.05.2022

Bu radio DİN-in nəzarətinə keçdi

13:36 / 25.05.2022

Britaniya Kraliçası İlham Əliyevə məktub göndərdi

12:56 / 25.05.2022

Vüqar Oruc: Peşə kodlarının müəyyən edilməsində problemlər var

12:46 / 25.05.2022

Ərdoğan İlham Əliyevi təbrik etdi

12:07 / 25.05.2022

Prezident Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi (YENİLƏNİB)

11:32 / 25.05.2022

Əsirlikdə olan "Azov" döyüşçülərinin başına nə gətirildi? - Komandirləri danışdı

11:20 / 25.05.2022

Türkiyədə güllələnən azərbaycanlı aktyor sağdır - DOSTU DANIŞDI

11:14 / 25.05.2022

Telefonların qeydiyyat rüsumu ləğv edilib? - AÇIQLAMA

11:09 / 25.05.2022

Keçmiş şöbə müdirinə PA-da vəzifə verildi

11:00 / 25.05.2022

Nazirdən yeni təyinat

17:22 / 24.05.2022

Bəzi dövlət rüsumları ləğv edildi

16:29 / 24.05.2022

Prezident İTV-yə maliyyə yardımı ayırdı

15:46 / 24.05.2022

Vilayət Eyvazovdan yüksək vəzifəyətəyinat

14:36 / 24.05.2022

Həbsdəki sabiq icra başçısının cəzası azaldıldı

14:02 / 24.05.2022

Bakıda bu küçələrin adları dəyişdiriləcək

12:36 / 24.05.2022

Sabiq icra başçısının mənzili və otağından götürülən pulun məbləği açıqlandı

12:04 / 24.05.2022

Moldovanın sabiq prezidenti saxlanıldı: Korrupsiya, vətənə xəyanət...

11:46 / 24.05.2022

MN: "Avtoxuliqanlıq edən əsgər hərbi hissəni özbaşına tərk edib"

11:37 / 24.05.2022

Əfqan Hacıyev təqaüdə göndərildi (FOTO)

11:16 / 24.05.2022

İTV-yə baş direktor seçildi

11:10 / 24.05.2022

İcra Hakimiyyəti məhkəməyə verildi

10:57 / 24.05.2022

Bakıda təyyarə və vertolyotların növbəti uçuşları keçirilir

10:48 / 24.05.2022

Ərdoğan bu tarixdə Azərbaycana gəlir 

17:13 / 23.05.2022

Son sutkanın yoluxma statistikası

16:37 / 23.05.2022
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 26 May 2022
USD : 1.7
EUR : 1.9243
Hava
+6 ° Baku
+2 ° Quba
+2 ° Qusar
+8 ° Gəncə
+4 ° Lənkəran
+9 ° Naxçıvan
+7 ° Salyan
+8 ° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

Əlavə dəyər vergimizi mənimsəyənlər (ARAŞDIRMA)

12:47 09.04.2022 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə fiziki şəxs olan istehlakçılara əlavə dəyər vergisi (ƏDV) ödənilir. Bunun üçün ilk növbədə hər bir vətəndaş ticarət və ictimai iaşə obyektlərində etdiyi ödənişlər üzrə çekləri toplamalıdır. Ardınca www.edvgerial.az portalına daxil olmalı, şəxsiyyətini təsdiq edən sənədin FİN kodunu, doğum tarixini və mobil nömrəsini müvafiq bölmələrə daxil edərək qeydiyyatdan keçməli, "elektron kabinet” yaratmalıdır.

Məmnunluq doğuran addım

İstehlakçı ödəniş müqabilində nəzarət-kassa aparatının verdiyi hər bir çekin 12 simvollu fiskal ID-ni portala daxil etməli, yaxud müvafiq mobil əlavə ilə çekin üzərində olan QR kodu oxutmalıdır. 30 gün sonra elektron kabinetdə çek üzrə ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15, nağd ödənişlər üzrə 10 faizi əks olunacaqdır. Artıq bir neçə ildir ki, Azərbaycan vətəndaşları bu qayda ilə dövlətin onlar üçün yaratdığı imkandan yararlanır, topladıqları ƏDV məbləğindən müxtəlif məqsədlər üçün istifadə edirlər. Bu, müsbət haldır və hər bir insan tərəfindən məmnunluqla qarşılanır.

ƏDV-si oğurlanan Bakı sakinləri

Yeganə narazılıq yaradan məqam budur ki, bəzi ticarət və iaşə obyektlərinin ayrı-ayrı işçiləri tərəfindən vətəndaşlara ödəniş müqabilində çek təqdim etmək ya "yaddan çıxır”, ya da istehlakçıya verilən çekin ƏDV-si artıq portala yüklənmiş olur. Misal üçün, redaksiyamızla telefon əlaqəsi saxlayan Bakı şəhər sakini Kəmalə Əzizova bildirir ki, tanınmış market şəbəkəsinin birindən davamlı olaraq alış-veriş edir. Ödəniş müqabilində aldığı çeklərin üzərindəki müvafiq məlumatları dərhal portala daxil edəndə ƏDV-ni geri qaytarmaq olur. Amma çekin üzərindəki məlumatı bir-iki gün gec portala daxil edəndə məlum olur ki, həmin çekə görə ƏDV artıq ödənilib. Şikayətçinin iddiasına görə, alış-veriş müqabilində kassa aparatından çıxan hər bir çek iki nümunədə olur. Birinci nümunə istehlakçıya verilir, ikinci nümunə kassada ödənişi qəbul edən şəxsdə - xəzinədarda saxlanılır. Günün sonunda və ya bir-iki gün sonra həmin xəzinədar toplanılan çeklərin məlumatlarını portaldakı şəxsi kabinetinə daxil edir, istehlakçılara çatacaq məbləğləri özü mənimsəyir. Beləliklə də, gün ərzində maaşdan əlavə 20-30 manat pul qazanır. Necə deyərlər, dama-dama göl olur. Kobud şəkildə ifadə etsək, xidmət sektorunda fəaliyyət göstərən şəxs bu yolla vətəndaşın cibinə girir, ƏDV-sini oğurlayır, nəticə etibarilə istehlakçıların hüququnu pozur.

İstehlakçı hüququnu necə qorumalı?

Maraqlıdır, Kəmalə xanımın üzləşdiyi neqativ hallara qarşı necə mübarizə aparmaq olar? İstehlakçıların hüquqlarını pozan, ƏDV-ni oğurlamaqla vətəndaşlara maddi ziyan vuran xidmət sektoru işçiləri buna görə hansı məsuliyyəti daşıyırlar? Məlumat üçün qeyd edək ki, belə neqativ halla rastlaşan vətəndaşlar ƏDV çeki təqdim edilməklə, ilkin instansiya olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şəxsən, yaxud elektron qaydada müraciət edə bilərlər. Fakt ətraflı araşdırıldıqdan sonra qanun çərçivəsində müvafiq addım atılacaq.

Şikayətə əhəmiyyət verilməzsə…

Məsuliyyət məsələsinə gəlincə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında dedi ki, təsvir olunan hadisə vətəndaşların ƏDV çeklərinin ayrı-ayrı şəxslər tərəfindən oğurlanması halıdır: "Əgər vətəndaş hansısa ticarət mərkəzində istənilən məhsula görə ödəniş edibsə, bunun müqabilində ona çek təqdim olunubsa, sözügedən çekə görə qaytarılmalı məbləği almaq mümkün olmursa, ilk növbədə alış-veriş edilən ticarət mərkəzinə müraciət olunmalı, məsələ aydınlaşdırılmalıdır. İstehlakçının müraciətinə əhəmiyyət verilməzsə, bu zaman müvafiq vergi orqanına şikayət edilməlidir. Müəyyən olunsa ki, istehlakçıya məxsus ƏDV çekindən ondan xəbərsiz kimlərsə istifadə edib, bu, oğurluq əməlinin tərkibini yaradır”.

Özgənin əmlakını gizli olaraq talama

Vəkil söylədi ki, belə əmələ yol verən şəxs və ya şəxslər özgənin əmlakını gizli olaraq talama ilə bağlı cinayət məsuliyyəti daşıyırlar: "Bu oğurluq faktı ənənəvi üsulla deyil, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulduğu kimi, elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə edilməklə törədilir. Bu əməl nəticəsində vətəndaşlara xeyli miqdarda ziyan vuran şəxs 1 ildən 3 ilə qədər, yaxud 2 ildən 5 ilə qədər azadlığın məhdudlaşdırılması cəzası ala bilər. Eyni əməl külli miqdarda ziyan vurmaqla törədildikdə daha ağır cəza ilə nəticələnir. Belə halda həmin şəxslər 5 ildən 10 ilə, xüsusilə külli miqdarda ziyan vurulmaqla törədildikdə isə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər. Düzdür, ƏDV çeklərində külli miqdarda vəsaitin olması mümkün deyil. Amma yenə də bu əmələ görə məsuliyyət nəzərdə tutulub”.

Mənbə: "Kaspi" qəzeti


Etiket:

Digər xəbərlər

Daşınmaz əmlaka görə ƏDV qaytarılacaq - Qaydalar təsdiqləndi

Daşınmaz əmlaka görə ƏDV qaytarılacaq - Qaydalar təsdiqləndi

25.05.2022
Bu radio DİN-in nəzarətinə keçdi

Bu radio DİN-in nəzarətinə keçdi

25.05.2022
Bakı metrosu iş rejimini dəyişir - Bu tarixdən

Bakı metrosu iş rejimini dəyişir - Bu tarixdən

25.05.2022
Türk aviasiyası və Hürkuş nəfəsləri kəsəcək - Bakıda möhtəşəm TEKNOFEST bayramı başlayır

Türk aviasiyası və Hürkuş nəfəsləri kəsəcək - Bakıda möhtəşəm TEKNOFEST bayramı başlayır

25.05.2022
Vüqar Oruc: Peşə kodlarının müəyyən edilməsində problemlər var

Vüqar Oruc: Peşə kodlarının müəyyən edilməsində problemlər var

25.05.2022
Britaniya Kraliçası İlham Əliyevə məktub göndərdi

Britaniya Kraliçası İlham Əliyevə məktub göndərdi

25.05.2022
Ötən gün neçə nəfər koronavirusa yoluxub?

Ötən gün neçə nəfər koronavirusa yoluxub?

25.05.2022
Həbsdəki sabiq nazir ev dustaqlığına buraxıldı

Həbsdəki sabiq nazir ev dustaqlığına buraxıldı

26.05.2022
Putin Müstəqillik Günü münasibətilə İlham Əliyevi təbrik etdi

Putin Müstəqillik Günü münasibətilə İlham Əliyevi təbrik etdi

26.05.2022
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Daşınmaz əmlaka görə ƏDV qaytarılacaq - Qaydalar təsdiqləndi

Daşınmaz əmlaka görə ƏDV qaytarılacaq - Qaydalar təsdiqləndi

25.05.2022
Bu radio DİN-in nəzarətinə keçdi

Bu radio DİN-in nəzarətinə keçdi

25.05.2022
Bakı metrosu iş rejimini dəyişir - Bu tarixdən

Bakı metrosu iş rejimini dəyişir - Bu tarixdən

25.05.2022
Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

19.05.2022
İcra başçısı birinci müavin təyin etdi (FOTO)

İcra başçısı birinci müavin təyin etdi (FOTO)

20.05.2022
Nazirdən yeni təyinat

Nazirdən yeni təyinat

24.05.2022
Türkiyənin nüfuzlu bankına qarşı etibar sui-qəsdinin PƏRDƏARXASI: Uğurla inkişaf edən “Ziraat Bank Azərbaycan” niyə hədəfdədir?

Türkiyənin nüfuzlu bankına qarşı etibar sui-qəsdinin PƏRDƏARXASI: Uğurla inkişaf edən “Ziraat Bank Azərbaycan” niyə hədəfdədir?

26.04.2022
Azərbaycanda bayram namazının vaxtı açıqlandı

Azərbaycanda bayram namazının vaxtı açıqlandı

26.04.2022
Dar küçələri və daş evləri ilə hər fəsildə əyləncəli Alaçatı

Dar küçələri və daş evləri ilə hər fəsildə əyləncəli Alaçatı

28.04.2022
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az