Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 42 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.az-a verilən məlumata görə, sutka ərzində koronavirusdan ölüm halı qeydə alınmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 061 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 023 nəfər müalicə olunaraq sağalıb, 9 697 nəfər vəfat edib. 341 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 048, bu günə qədər isə ümumilikdə 6 714 357 test icra olunub.
Digər xəbərlər
loading...