Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 791 932 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 889 nəfər müalicə olunaraq sağalıb, 9 692 nəfər vəfat edib, aktiv xəstə sayı 351 nəfərdir.
Ölkədə son sutka ərzində 4 489, hazırkı dövrədək isə 6 701 673 test aparılıb.
Ötən sutkada koronavirus əleyhinə 14 612 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 994, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 483, üç və daha çox doza vaksin vurduranların sayı 11 415, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 720 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 456 322, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 324 386, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 824 633, üç və daha çox doza vaksin vurduranların sayı 3 078 608, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 228 695 təşkil edir.