Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 791 876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 865 nəfər müalicə olunaraq sağalıb, 9 691 nəfər vəfat edib. 320 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 122, bu günə qədər isə ümumilikdə 6 697 184 test icra olunub.
Son sutkada koronavirus əleyhinə 16 678 vaksin vurulub.
Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 965, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 874, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 304, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 735 nəfərdir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 441 710, birinci doza peyvəndlərin ümumi sayı 5 323 392, ikinci doza vaksinlərin sayı 4 823 150 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 067 193, pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı isə 227 975 olub.