Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 197 yeni yoluxma faktı qeydə alınıb, 468 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 790 575 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 011 nəfər müalicə olunaraq sağalıb, 9 599 nəfər vəfat edib. 1 965 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 528, bu günə qədər isə ümumilikdə 6 628 447 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə 22 070 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların say 1180, ikinci mərhələ üzrə vaksinasiya olunanların say 1656, üç və daha çox doza üzrə vaksinasiya olunanların say 18 163, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1071 nəfərdir.
Vurulan vaksinlərin ümumi say 13 246 942, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 313 384, ikinci mərhələ üzrə vaksinasiya olunanların say 4 802 388, üç və daha çox doza üzrə vaksinasiya olunanların say 2 913 043, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 218 127 nəfər təşkil edir.