• Xəbər lentİ
Fləş

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 10 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Beynəlxalq Xanımlar günü bayramı

17:07 05.03.2022 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Azərbaycan dünyəvi dövlət olaraq 8 mart - Beynəlxalq Qadınlar gününü rəsmi bayram kimi qeyd edir. Hər il bayram günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir.

Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişlər. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.

Azərbaycanda dövlət qadın siyasətinin əsasını Ümummilli Lider Heydər Əliyev qoymuşdur. O, qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verirdi, lider qadınlar yetişdirirdi.

Belə xanımlardan biri də, Birinci vitse prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevadır. Mehriban xanımın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Onun xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilmişdir. Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Hazırda Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər.

Dövlət müstəqilliyimizin bərpasından sonra ötən otuz il ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.

Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi qadınların hüquqlarının qorunması məsələsidir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir.

Ölkədə qadın hüquqlarının təminatı ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq, Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gələn öhdəliklərini daha geniş miqyasda həyata keçirmək məqsədi ilə 1998-ci il 14 yanvar tarixində “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalanmışdır.

Ulu Öndər Heydər Əliyev tərəfindən 6 mart 2000-ci il tarixində “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalanmışdır. Fərmanla Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması təmin edilməsi tapşırılmışdır. Fərmanın icrasını təmin etmək məqsədi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 sentyabr tarixli 176 nömrəli Qərarına əsasən nazirlik, komitə, şirkət, konsern və digər dövlət müəssisə və təşkilatlarında daxili imkanlar çərçivəsində gender siyasəti tələblərinə uyğun olaraq gender məsələləri üzrə məsul şəxslər təyin edilmiş, həmçinin “Qaçqın və məcburi köçkün qadınların münasib işlə təmin edilməsi Proqramı” təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2000-ci ildə “2000-2005-ci illər üçün Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı”nı qəbul etmişdir.

Ulu Öndərin siyasətinə sadiq qalan və onu uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Qadınlar kişilərlə eyni hüquqa malik olduqlarını təsdiq edən “Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu 2006-cı il 10 oktyabr tarixində qəbul olunmuşdur. 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.

Qadın hüquqları eyni zamanda bir sıra məcəllələrlə (Ailə, Mülki, Cinayət, İnzibati Xətalar və s.) də təsbit olunmuşdrur. Qəbul olunmuş bir sıra dövlət proqramları, o cümlədən ”2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda, Azərbaycan Beynəlxalq Əmək Təşkilatının qadın əməyi sahəsində qəbul etdiyi “Yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında”, “Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında”, “Analığın mühafizəsi haqqında”, “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında” və “Ərdə olan qadının vətəndaşlığı haqqında” konvensiyalara qoşulmuşdur.

1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. Həmin ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlətimizin qadın siyasətinə xüsusi önəm verməsinin bariz bir nümunəsi kimi dəyərləndirilməlidir.

 

Tamerlan Əkbərov


Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və ictimai işlər xidmətinin rəhbəri, Bakı Biznes və Kooperasiya Kollecinin Təlim-tərbiyə və ictimaiyyətlə əlaqələr sektorunun müdiri.


Etiket:

Digər xəbərlər

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Bu kollecə yeni direktor təyin olundu

Bu kollecə yeni direktor təyin olundu

09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

09.06.2026
14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

09.06.2026
Əfqan Sadıqov həbs edildi

Əfqan Sadıqov həbs edildi

09.06.2026
Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

09.06.2026
Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

09.06.2026
İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

09.06.2026
Bu gün Həcc ziyarəti başa çatır

Bu gün Həcc ziyarəti başa çatır

09.06.2026
Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

09.06.2026
Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

09.06.2026
Ata-oğulun öldüyü hadisənin təfərrüatı

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

09.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Bu kollecə yeni direktor təyin olundu

Bu kollecə yeni direktor təyin olundu

09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

09.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az