Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 1 090 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 785 670 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 765 373 nəfər müalicə olunaraq sağalıb, 9 417 nəfər vəfat edib, aktiv xəstə sayı 10 880 nəfərdir.
Ölkədə son sutka ərzində 3 860, hazırkı dövrədək isə 6 554 964 test aparılıb.
Ötən sutkada koronavirus əleyhinə 32 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı 0, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 0 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 982 387, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 298 628, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 784 882, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 694 562, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 204 315 təşkil edir.