Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 372 yeni yoluxma faktı qeydə alınıb, 4 616 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 777 804 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 742 326 nəfər müalicə olunaraq sağalıb, 9 280 nəfər vəfat edib. 26 198 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 318, bu günə qədər isə ümumilikdə 6 501 358 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə 40 398 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2958, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1973, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 33 311, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2156 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 12 828 076, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 288 297, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 777 007, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 566 634, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 196 138 nəfər təşkil edir.