Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 687 yeni yoluxma faktı qeydə alınıb, 6 506 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 752 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 696 565 nəfər müalicə olunaraq sağalıb, 9 105 nəfər vəfat edib, aktiv xəstə sayı 46 935 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 682, ötən müddət ərzində isə ümumilikdə 6 414 158 test aparılıb.
Ötən sutkada koronavirus əleyhinə 71434 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3052, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2052, buster doza üzrə vaksinasiya olunanların sayı isə 66330 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 549 963, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 270 596, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 766 430, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 512 937 təşkil edir.