Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 603 yeni yoluxma faktı qeydə alınıb, 6 347 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 732 380 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 672 256 nəfər müalicə olunaraq sağalıb, 8 998 nəfər vəfat edib, aktiv xəstə sayı 51 126 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 401, ötən müddət ərzində isə ümumilikdə 6 352 994 test aparılıb.
Ötən sutkada koronavirus əleyhinə 41364 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2877, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1902, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 36585 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 390 636, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 261 495, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 760 705, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 2 368 436 təşkil edir.