Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7 032 yeni yoluxma faktı qeydə alınıb, 5 285 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış nəfər 22 vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 710 366 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 653 797 nəfər müalicə olunaraq sağalıb, 8 920 nəfər vəfat edib, aktiv xəstə sayı 47 649 nəfərdir.
Ölkədə son sutka ərzində 17 889, hazırkı dövrədək isə 6 296 788 test aparılıb.
Ötən sutkada koronavirus əleyhinə 43 126 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 652, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 204, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 37 270 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 261 740, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 252 035, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 754 599, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 2 255 106 təşkil edir.