Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 680 yeni yoluxma faktı qeydə alınıb, 2 134 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 703 334 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 648 512 nəfər müalicə olunaraq sağalıb, 8 898 nəfər vəfat edib. 45 924 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 442, bu günə qədər isə ümumilikdə 6 278 899 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə 59 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı sıfır, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 58 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 218 614, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 248 383, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 752 395, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 2 217 836 təşkil edir.