Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1315 yeni yoluxma faktı qeydə alınıb, 1850 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 601028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 571088 nəfər müalicə olunaraq sağalıb, 8038 nəfər vəfat edib, aktiv xəstə sayı 21902 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11799, ötən müddət ərzində isə ümumilikdə 5644853 test aparılıb.
Ötən sutkada koronavirus əleyhinə 34 060 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 733, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 358, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 969 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 806 373, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 110 938, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 605 616, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 089 819 təşkil edir.