Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 261 yeni yoluxma faktı qeydə alınıb, 1 805 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 531 370 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 494 179 nəfər müalicə olunaraq sağalıb, 7 074 nəfər vəfat edib, aktiv xəstə sayı 30 117 nəfərdir.
Ölkədə son sutka ərzində 11 697, hazırkı dövrədək isə 5 195 536 test aparılıb.
Digər xəbərlər
loading...