• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 05 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhsil

Poçtalyon, iş dəftəri var? Var idi, işbazlar alıb apardı... - ARAŞDIRMA

11:56 07.10.2021 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Təhsil Nazirliyinin narazılıq yaradan qərarının pərdəarxası...

Yeni dərs ilinin başlaması ilə birgə valideynlər yeni dərdlə üzləşiblər. Belə ki, sentyabrın 22-dən ibtidai siniflərdə əyani tədrisə start verilib, lakin aradan iki həftə keçsə də, valideynlər övladlarına iş dəftəri almaqda çətinlik yaşadıqlarından gileylənirlər. Xüsusilə sosial şəbəkələrdə bununla bağlı narazılıqlarını dilə gətirənlərin sayı səngimək bilmir.

Qaynarinfo.az yaranmış problemə aydınlıq gətirməyə çalışıb.

Səbinə Əliyeva ad-soyadlı valideynin sözlərinə görə, iş dəftərlərini əldə etmək üçün xeyli əziyyət çəkməli olub: "Maraqlananda dedilər ki, onu "Azərpoçt"un şöbələrində satırlar, lakin yaxınlıqdakı poçt şöbəsinə bir neçə gün ayaq döysəm də, hər dəfə dedilər ki, satılıb qurtarıb. Sonradan eşitdim ki, başqa valideynlər də eyni əziyyəti çəkirlər. Axırda isə onu öyrəndik ki, poçt şöbələrinə iş dəftərləri gətirilir, ancaq onları "optavoy" şəkildə alıb aparırlar..."

Oxşar fikirləri həmsöhbət olduğumuz bir neçə valideyn səsləndirdi. Onlar həmin tədris vəsaitini xeyli cəhddən sonra, özü də kitab mağazalrından əldə edə bildiklərini söylədilər.

Elə bizim araşdırmalarımız nəticəsində də Bakı və Abşeron rayonu ərazisindəki əksər poçt məntqələrində iş dəftərlərinin "satılıb qurtardığı" ortaya çıxdı. Məlum oldu ki, həmin dəftərlər ayrı-ayrı işbazlar tərəfindən alınaraq məktəbli ləvazimatlarının satışı ilə məşğul olan mağazalarda satılır. Belə mağazalara "28 may" metrostansiyasının ətrafında da rast gəlmək olar, "Sədərək" və "Binə" ticarət mərkəzlərində də...

Təhsil Nazirliyinin müəmmalı mövqe dəyişikliyi...

Mövzu ilə bağlı söhbətləşdiyimiz kitabçılardan maraqlı məlumatlar əldə etdik. Onların dediklərindən belə məlum oldu ki, bir çox tədris vəsaitləri, o cümlədən, iş dəftərləri ilə bağlı problem həmişə mövcud imiş. "Biz vaxtilə bu vəsaitləri nəşriyyatlardan əldə edirdik. Düzdür, həmin vaxt da proses kiçik nöqsanlarla müşayiət edilirdi, ancaq ən azından valideynlər iş dəftərlərini vaxtında və münasib qiymətə əldə etmək baxımından problem yaşamırdılar" deyə kitabçılar bildirirlər.

Mətbuatda yazılanlardan belə aydın olur ki, hazırda isə iş dəftərləri Təhsil Texnologiyalarına Mərkəzi (TTM) tərəfindən satışa çıxarılır. Adıçəkilən qurumla "Azərpoçt" MMC arasında bağlanan müqaviləyə əsasən Azərbaycan və rus bölmələri üzrə 1-ci və 2-ci siniflər üçün iş dəftərlərinin satışı 131-i Bakıda olmaqla respublika üzrə bütün poçt şöbələrində aparılmalıdır. Lakin yeni dərs ilinin başlamasından yarım ay keçməsinə baxmayaraq, valideynlərin çoxsaylı şikayətləri bu təcrübənin özünü doğrultmadığını söyləməyə əsas verir.

Bir maraqlı nüansı da qeyd eləməyə dəyər. İş dəftərlərinin satışı nəşriyyatların nəzarətində ikən Təhsil Nazirliyi (TN) rəsmiləri fərqli mövqу sərgiləyirdi. Bildirilirdi ki, nazirlik tərəfindən müəyyən edilən dərslik komplektində iş dəftəri olmadığı üçün şagirdlərin iş dəftəri alması da qətiyyən tövsiyə edilmir. "Əgər məktəblilərə həmin vəsaitin alınmasının tövsiyə edilməsi ilə bağlı hallar varsa, Bakıda yaşayan valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, digər rayon və şəhərdə yaşayanlar isə müavfiq təhsil şöbələrinə müraciət etsinlər. Bu qurumlar da məktəb direktorlarını inzibatı qaydada töhmətləndirsinlər ki, belə hallara niyə yol verirsiniz?" – bir neçə il əvvəl TN rəsmiləri KİV-ə açıqlamalarında məsələyə eynilə bu cür münasibət bildirirdilər.

Ancaq qəribədir ki, iş dəftərlərinin satışı iki qurum – TN ilə TTM-in nəzarətinə keçdikdən sonra nazirlik nümayəndələrinin məsələyə baxışı da dəyişib. İndi onlar bu vəsaiti şagirdlərə, müəllimlərə, valideynlərə açıq şəkildə tövsiyə etməyə başlayıblar.

Maraqlıdır, görəsən, bu fikir dəyişikliyinin səbəbi nədir?!..

Bir yanlış qərarın ortaya çıxardığı üç acı gerçək

Mövzu ilə bağlı söhbətləşdiyimiz kitabçılardan bunu da anladıq ki, elə valideynlər kimi onlar da yaranmış yeni situasiyadan narazıdırlar. Həmsöhbətlərimizin dediklərindən belə məlum olur ki, iş dəftərləri ilə bağlı məlum qərar özəl biznesə ciddi zərbə vurur.

"Dünyanın hər yerində kitab dükanlarının əsas gəliri tədris ədəbiyyatının satışından formalaşır. Azərbaycan kimi kitab bazarının zəif, alıcı kütləsinin az olduğu ölkələrdə isə tədris ədəbiyyatının satışı ikiqat əhəmiyyət daşıyır. Konkret olaraq iş dəftərlərinin satışı ilə bağlı yeni qayda bizi çıxılmaz vəziyyətdə qoyub. Əlac ona qalıb ki, bu vəsaiti ya möhtəkirlərdən əldə edək, ya da piratçılardan... Möhtəkirlər deyəndə "Azərpoçt" şöbələrindən iş dəftərlərini kütləvi şəkildə əldə edib bizə təklif eləyənləri nəzərdə tuturuq. Piratçılar da iş başındadırlar. Əlacsız qalanda onlara üz tutmaqdan başqa yol qalmır" – kitab satışı ilə məşğul olan bir neçə şəxsdən eşitdiklərimiz bunlardır.

Bir sözlə, belə məlum olur ki, iş dəftərlərinin "Azərpoçt"la satışı təcrübəsi fiasko olmaqla yanaşı, əlavə problemlər də ortaya çıxarıb. Yəni bir tərəfdən valideynlərin bu vəsaitlərə əlçatanlığı azalıb, digər tərəfdən isə həm möhtəkirlər üçün yeni meydan açılıb, həm də piratçılardan ötrü "qaz vurub qazan doldurmaq " fürsəti yaranıb.

Yeri gəlmişkən:

İqtisadçı ekspertlər də iş dəftərlərinin satışının iki dövlət qurumu – Təhsil Nazirliyi və "Azərpoçt" tərəfindən həyata keçirilməsini bazar iqtisadiyyatı şəraitində anlaşılmaz qərar kimi qiymətləndirir və bunun azad biznes fəaliyyətinin məhdudlaşdırılması olaraq dəyərləndirirlər. Onlar hətta elektrik enerjisi, su, qaz kimi məhsulların satışına məsul olan səhmdar cəmiyyətlərin belə özəlləşdirilməsinin zaman-zaman gündəmə gəldiyi bir vaxtda daha sadə məsələlərdə müəyyən dövlət orqanlarının inhisarçı təşəbbüslərini yolverilməz sayırlar.

Düzdür, TN rəsmiləri konkret olaraq iş dəftərləri məsələsində həlledici rolu hazırkı şəraitdə bir qeyri-hökumət təşkilatının (TTYM-in) oynadığını söyləyə bilərlər. Lakin unutmayaq ki, indiki Təhsil naziri bu posta məhz həmin QHT-nin rəhbərliyindən gətirilib...

Bəs qarşı tərəflər nə deyir?

Qaynarinfo mövzu ilə bağlı qarşı tərəflərin də mövqeyini öyrənməyə çalışıb.

Azərbaycan dili üzrə iş dəftərlərinin müəllifi, "Altun kitab" nəşrlər evinin direktoru Rafiq İsmayılov açıqlamasında bildirib ki, yaranmış problem haqqında heç nə deyə bilməz: "Mən bu tədris vəsaitinin sadəcə müəllifiyəm, onun məzmununa görə məsuliyyət daşıyıram. Əgər sizin də məhz məzmunla bağlı hansısa iradınız, sualınız varsa yalnız onu cavablandıra bilərəm. Digər məsələlərlə bağlı danışmaq isə məsuliyyətimdən və səlahiyyətimdən kənardır".


Etiket:

Digər xəbərlər

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az