• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Müsahibə

Politoloqdan Qarabağla bağlı ilginc açıqlamalar - MÜSAHİBƏ

23:05 26.11.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
“Azərbaycan Naminə” İctimai Forumunun (ANİF) prezidenti, politoloq Eldar Namazov “Yeni Müsavat”a Qarabağla bağlı maraqlı açıqlamalar verib. MilliYol.Az sözügedən müsahibəni təqdim edir:

- Eldar bəy, Rusiya XİN başçısı Sergey Lavrovun Ankara səfərində Cənubi Qafqazla bağlı müzakirələr aparılacaq. Son günlərdə Türkiyə rəhbərliyinin Qarabağla bağlı açıq mövqeyini də xatırlasaq, bu iki dövlətin yaxınlaşması Azərbaycana nə vəd edir?
- Sözsüz ki, Rusiya ilə Türkiyənin yaxınlaşması Qarabağ probleminin həllində müsbət rol oynaya bilər və danışıqlarda Azərbaycanın mövqeyini möhkəmləndirir. Sürix protokollarına görə, Ermənistanla Türkiyə arasında sərhədlər açılmalı idi, bu işə, el dilində desək, ağsaqqallıq edən Minsk Qrupu idi. Ancaq Sürix protokollarının aqibəti bəllidir, Türkiyə şərt qoydu ki, Azərbaycan əraziləri işğaldan azad olunmayınca protokollar reallaşa bilməz. Yəni Ankaranın Qarabağ məsələsində tutduğu mövqe də, Türkiyə-Azərbaycan qardaşlıq münasibətləri də bəllidir.

- Türkiyə məlum, bəs, Rusiyanın bizə gerçək münasibəti bəllidirmi?
- Rusiya ilə bəlli olan odur ki, Moskva həm Türkiyə, həm Azərbaycanla sıx əməkdaşlıq qurmaqda çox maraqlıdır.

- Amma eyni zamanda Kreml Türkiyə ilə sərhəddə işğalçı Ermənistanla birgə qoşun yaradır, “İsgəndər”lər yerləşdirir. Özü də bu, təkcə Azərbaycana təhlükə deyil...
- Həqiqətən də bu, çoxları üçün müəmma olaraq qalır. Ancaq maraqlıdır ki, Türkiyə bunu nədənsə çox soyuqqanlı qarşılayır. Kalininqradda həmin “İsgəndər” raketləri yerləşdiriləndə bununla bağlı NATO, Amerikanın bəyanatı oldu, Avropa ölkələrinin hökumətləri müəyyən iclaslar keçirdilər. Həmin bölgədə yerləşən NATO üzvləri müdafiə potensialını gücləndirmək üçün addımlar atmağa başladı. Ancaq nədənsə Ermənistanda “İsgəndər” raketlərinin yerləşdirilməsinin əks-sədası olmadı və Türkiyə indi Lavrovu gözləyir. Həmçinin illər boyu Türkiyə və Azərbaycan əleyhinə çıxışlar edən Jirinovski indi Türkiyədə türk dilində şeirlər oxuyur.

Aprel döyüşlərindən sonra proseslərdə kifayət qədər gözəçarpan dəyişikliklər baş verir. Bu da təbiidir. Çünki 1994-cü ildən bəri ilk dəfə hamıya məlum oldu ki, Azərbaycan ordusu Qarabağ probleminin həllinə qadirdir, yetər ki, siyasi qərar verilsin. Əslinə qalsa, Ermənistan və Rusiya tərəfindən atılan son addımlar da bunu sübut edir. “İsgəndər” raketlərinin orada yerləşdirilməsi, birgə qoşun hissələrinin yaradılması ermənilərin acı etirafıdır ki, onlar öz gücləri ilə Azərbaycan ordusu ilə bacarmazlar. Ona görə də açıq-aşkar Rusiyanın arxasında gizlənmək və Rusiyanı qabağa vermək siyasəti yürüdürlər.

Minsk Qrupu həmsədrlərinin son səfərində açıqlanan birgə bəyanatda çox maraqlı məqam var idi. Son 20 ildə verilən birgə bəyanatlara diqqət yetirsək, gərərik ki, orada qırmızı xətlə həmişə vurğulanır ki, həmsədrlər vahid mövqedən çıxış ediblər. Ancaq sonuncu səfərdən sonra həmsədrlərin birgə bəyanatında qeyd olunmuşdu ki, gələcək addımlarla bağlı hər həmsədr öz mövqeyini ifadə etdi. Diplomatik dildə bu, faktiki olaraq etirafdır ki, artıq həmsədrlərin yanaşmasında ciddi fərqlər var və onlar vahid mövqedən çıxış etmir.

- Mövqelərin haçalanması daha çox Azərbaycanın ziyanına işləyir, yoxsa faydasına?
- Birincisi, gəlin, bunu dəqiqləşdirək ki, bu, nəyə işarədir, hansı məsələlərdə bunların fikirləri haçalanıb? Məncə, Minsk Qrupu yaradılandan bəri həmsədrlərin arasında prinsipial məsələlərdə fikir ayrılığı mövcud idi. Deyək ki, sülh prosesi başladığı halda sülhməramlı qüvvələr gəlməlidir, bəs, o qüvvələr hansı ölkəni təmsil edəcək? Aydındır ki, Suriyada ABŞ-la kəllə-kəlləyə gələn Rusiya öz sərhədində, Cənubu Qafqazda NATO qoşunlarının “sülhməramlı” statusunda yerləşdirilməsinin əleyhinə olacaq. Məncə, indi artıq Qarabağla bağlı masada müəyyən planlar var, onlar reallaşa bilər və o reallaşma ehtimalı yüksək olduğundan, fikirlər artıq toqquşur.

- Eldar bəy, prezident qeyd etdi ki, Azərbaycana təzyiqlər var. Bu, o demək deyilmi ki, proseslər heç də bizim xeyrimizə getmir?
- Bu haqda Azərbaycan prezidenti ilk dəfə bu yaxınlarda dedi. Mən də dəfələrlə bildirmişəm ki, Madrid prinsiplərinin içində Dağlıq Qarabağı Azərbaycandan ayırmağın mexanizmi göstərilib, o da statusla bağlı referendum keçirilməsidir. Əgər bu fikir orda varsa, deməli, hansısa qüvvələr Azərbaycanı Dağlıq Qarabağdan imtinaya vadar etməyə çalışır. Güman edirəm ki, prezidentin verdiyi işarə aprel döyüşlərindən əvvələ aid idi. Razıyam ki, Azərbaycana belə bir təzyiqlər olub. O təzyiqlərin nəticəsidir ki, Madrid sənədində referendum məsələsi əksini tapıb.

- Açığı, sizin indiki vəziyyətlə bağlı nikbinliyiniz təəccüb doğurur...
- Qarabağ problemi yaranandan bəri həmişə hadisələrin inkişafının üç modeli olub: sülh, müharibə və vəziyyətin dondurulması. 1994-cü bəri vəziyyətin dondurulması əsas amilə çevrilmişdi. Hətta mən bu haqda proqnozlar verəndə demişdim ki, şəxsən mənim aləmimdə 80 faiz vəziyyətin dondurulması, 10 faiz müharibə, 10 faiz isə sülh təşkil edirdi. Aprel döyüşlərindən sonra isə hamı başa düşdü ki, status-kvo dəyişməlidir. Artıq vəziyyətin dondurulmasını 20 faiz təşkil edir, sülh və müharibə etimalı isə 80 faizdir. Yəni biz həm müharibəyə, həm də sülhə yaxınıq. İndi də gedən proseslərdə müxtəlif bəyanatları, o cümlədən Türkiyənin XİN başçısı cənab Çavuşoğlunun 5 rayonun azad olunması ilə bağlı açıqlamasını və digər informasiyaları nəzərə alaraq, hesab edirəm ki, indi real olaraq danışıqlar prosesində biz ya müharibə, ya da mərhələli plan üzrə sülh prosesi arasında qalmışıq. Çavuşoğlu dediyi planın meydana gəlməsi məhz aprel döyüşlərinin nəticəsidir. Rusiya da başa düşür ki, münaqişəni dondurulmuş qeyri-mümkündür. Dəfələrlə qeyd olunub ki, Dağlıq Qarabağ probleminin həlli Rusiyanın maraqlarına uyğun deyil. Ancaq nəzərə almaq lazımdır ki, mərhələli plan o demək deyil ki, konflikt öz həllini tapır. Burada Dağlıq Qarabağın statusu, işğal olunmuş rayonlar və qaçqınların yurd-yuvalarına qayıtması məsələsi var. Mərhələli plan həyata keçəndə də konflikt tam şəkildə öz həllini tapmır. Status məsələsi yenə də mübahisəli qalır. Dağlıq Qarabağa müvəqqəti status verilir. Yəni mərhələli planın həyata keçməsi Rusiyanın maraqlarına tam zidd deyil. Kreml mərhələli plana dəstək verməklə - əgər verəcəksə - konflikti bir səviyyədən o biri səviyyəyə keçirir. Ancaq eyni zamanda Rusiya burada öz maraqlarını güdür - mərhələli planı həyata keçirməklə, Dağlıq Qarabağ münaqişəsinə daxil olan problemlərin 50 faizini həll etməklə. Çünki status gələcəyə qalacaq.

- Bəs, əvəzində Moskva Bakıdan nə qazanacaq?
- Hesab edirəm ki, indiki dövrdə Qarabağla bağlı aparılan siyasət düzgün qurulub. Bir tərəfdən Rusiyaya şirnikləndirici təkliflər verilir, eyni zamanda ona müəyyən təzyiqlər olur. Təzyiq onunla bağlıdır ki, Azərbaycan ordusu genişmiqyaslı əməliyyatlara başlasa, bu, Rusiyanın maraqlarına böyük zərbə olacaq. Birincisi, Rusiya buna etiraz edə bilməz. Çünki müharibə Ermənistan ərazisində yox, işğal olunmuş Azərbaycan ərazilərində gedəcək. BMT TŞ-nin 4 qətnaməsi var və KTMT-ni də bu işə cəlb etmək mümkün olmayacaq.

Üstəlik, Qazaxıstan və Belarus kimi ölkələr açıq deyirlər ki, erməni əsgəri orada nə gəzir? Nəticədə ya Azərbaycan Rusiyanın özəl müttəfiqini əzəcək, torpaqlarını hərb yolu ilə azad edəcək, bu, Rusiyanın imicinə də böyük bir zərbə olacaq, ya da Rusiya Azərbaycanla bütün münasibətlərini pozub Ermənistanın tərəfində çıxış etməyə məcbur olacaq. Bu isə Rusiya-Türkiyə münasibətlərini də sıfıra endirəcək, Azərbaycanla da düşmən mövqeyində olacaq. Bunların hamısı Rusiyanın maraqlarına ziddir. Ona görə də böyük müharibənin qarşısını almaq Rusiyanın maraqlarına uyğundur. Azərbaycanın “mən müharibəyə, torpaqları azad etməyə hazıram” deməsi və bunu apreldə də sübut etməsi Rusiyaya təzyiqdir. Yəni “sən erməniləri mərhələli plana razı salmasan, biz hərbi yolla torpaqları azad edəcəyik”.

Rusiya mərhələli plana razılıq versə, Azərbaycan şimal qonşusu ilə əməkdaşlığı daha da gücləndirə bilər.

Bu yaxınlarda Azərbaycan prezidenti Kiselyova müsahibəsində açıq dedi ki, biz Avrasiya İqtisadi Birliyinə daxil ola bilərik, əgər bunun üçün bizə motivasiya olarsa... Bu, açıq-aydın bir işarə idi ki, torpaqlar azad olunsa, Bakı həmin ittifaqa daxil ola bilər. Düzdür, Rusiyanı ən çox maraqlandıran KTMT-dir. Ancaq Azərbaycan rəsmiləri bəyan edib ki, Azərbaycan Qoşulmayanlar Hərəkatının üzvüdür və qurumun növbəti toplantısı da Bakıda keçiriləcək.

Ola bilsin ki, pərdə arxasında gedən danışıqlarda Rusiya götür-qoy edir ki, Azərbaycanın Avrasiya İqtisadi Blokuna daxil olması və Rusiya qüvvələrinin Qarabağda yerləşməsi onu qane edən məsələdir. Ona görə də torpaqların azad edilməsi ilə bağlı Ermənistana təzyiq etmək və mərhələli planı həyata keçirməklə bağlı prosesin aparılması mümkündür. “İsgəndər”lərin bölgədə yerləşdirilməsi və Rusiya-Ermənistan birgə qoşun hissələrinin yaradılmasını iki cür yozmaq olar: birincisi, bu, birmənalı, həm Azərbaycana, həm də Türkiyəyə meydan oxunması deməkdir. Ancaq çox maraqlıdır ki, hər iki ölkə rəsmiləri buna çox soyuqqanlı yanaşır. Eyni zamanda Rusiya ilə olan əməkdaşlıq son vaxtlar daha da güclənir. Lavrovun Türkiyəyə səfəri hazırlanır, Azərbaycan rəsmiləri də Rusiya ilə bağlı çox isti bəyanatlar verirlər. Rəsmilərdən biri isə dedi ki, Putin verdiyi vədlərin hamısına əməl edir.

“İsgəndər” raketlərinin yerləşdirlməsinin və birgə hərbi birləşmələrin yaradılmasının ikinci yozumu bu ola bilər ki, erməni tərəfi mərhələli həll planına “yox” deyəndə iki səbəb göstərirdilər. Birincisi, onlar deyirdilər, Dağlıq Qarabağla bağlı status həll olunmalıdır. Artıq bu tələb bir az yumşalıb. Çünki hamı başa düşür ki, Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razı olmaz və əgər tələblər davam etsə, Azərbaycan məsələni müharibə yolu ilə həll etməyə məcbur olacaq. Ermənilərin irəli sürdüyü ikinci arqument ondan ibarətdir ki, 7 rayon azad olunandan sonra hərbi üstünlük tam Azərbaycanın tərəfinə keçəcək. Yəni bu, bir təhlükəsizlik sistemi idi, o dağılacaq, Azərbaycan ordusu üçün gələcəkdə artıq Dağlıq Qarabağın özünü qaytarmaq daha asan olacaq.

Ona görə ermənilər bunu daim ifadə edirlər ki, bizim bütün təhlükəsizlik sistemimiz darmadağın olacaq. Güman edirəm ki, “İsgəndər” raketlərinin yerləşdirlməsinin və birgə hərbi birləşmələrin yaradılması il bağlı məsələlər mərhələli plana razı salmaq üçün Ermənistana verilən təhlükəsizlik qarantiyasıdır. Yəni “qorxmayın, torpaqları azad edin, əgər torpaqlar azad olunsa, Azərbaycan sizin üstünüzə gəlməyəcək, ona görə ki, Rusiya burada qarant durur”. Bu yozumların hansı özünü doğruldacaq, bu, yaxın aylarda bəlli olacaq. Ancaq mən bu prosesləri təkcə mətbuatdan izləmirəm, həm də müxtəlif diplomatik görüşlərdə də müzakirə edirəm. Mənə elə gəlir ki, hələlik son qərar verilməyib. Pərdə arxasında mərhələli planın əvəzində hansı geopolitik uduşları kim əldə edəcək, onun üzərində indi müzakirələr gedir. O cümlədən Minsk Qrupu üzvlərinin son bəyanatındakı fikir ayrılıqlarının işarəsi onunla bağlıdır ki, burada bir geopolitik oyunçu - Rusiya ciddi irəliləyiş əldə edə bilər, ancaq həmin proses başlasa, ABŞ və Fransa seyrçi mövqedə “fəxri qonaqlar” statusundan başqa status əldə etməyəcəklər. Ancaq bu, bizim problemimiz deyil. Bizim marağımız ilk növbədə torpaqlarımızın azad olunmasıdır. Hər bir dövlət, o cümlədən ABŞ və Fransa da bu məsələdə gərək ədalətli mövqe tutsunlar, həll prosesinə mane olmasınlar. Hər halda mən güman edirəm ki, son qərarlar yaxın aylarda veriləcək.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az