• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Müsahibə

Səlim Babullaoğlu: “O köşə yazarının adı nə idi?” - MÜSAHİBƏ

13:26 25.11.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
MilliYol.Az şair, AYB-nin Bədii Tərcümə və Ədəbi əlaqələr mərkəzinin sədri Səlim Babullaoğlu ilə müsahibəni təqdim edir.
 
- İlk növbədə yeni şeir kitabınızın təqdimatı ilə bağlı təbrik edirik. Niyə “İlyas Göçmənin şəkil dəftəri”?
 
- Çünki kitaba daxil edilmiş 40 şeir ki, var Türkiyənin görkəmli fotoqrafı İlyas Göçmənin 40 fotosuna həsr edilib. Ona görə qərara gəldim belə adlandırım.
 
- Ədəbiyyatımızdakı son durum sizi qane edirmi?
 
- Sual bir qədər konkretlik istəyir. Son durum deyəndə nəyi nəzərdə tutursuz, bəlkə bir qədər dəqiqləşdirək?
 
- Son 15-20 ili nəzərdə tuturam.
 
- Müstəqillik illəri dövrü Azərbaycan ədəbiyyatı tarixinin ən işıqlı dövrüdür. Azərbaycan ədəbiyyatı, xüsusən poeziyası XX əsrdə iki dəfə köklü şəkildə dəyişib. Bu, 30-cu illərdə - Mikayıl Müşfiq, Rəsul Rza, Səməd Vurğun kimi şairlər və onların nəsildaşlarının dövründə. Daha sonra 60-ci illərdə. Sonra isə bizim dövrümüz gəlir. 90-cı illər. Bu dövrdə köklü dəyişiklər və illüziyaların dağıldığı dövrdür.
 
- Sadaladığınız dövrlərdən daha çox hansından bəhrələnirsiz?
 
- Şair və yazıçılar məncə konkret hansısa dövrlərdən bəhrələnmir. Konkret mətnlərdən bəhrələnir. Mən bütün yaxşı mətnlərdən öyrənməyə çalışmışam.
 
- Bəs gənc yazıçılardan kimləri oxuyursuz?
 
- Mən hamını oxuyuram. Məsələn, Qisməti, Fəridi, Aqşin Evrəni, Elvin Paşanı, Azəri, Seymur Sunu, Fuad Cəfərlini, Elşən Mehdini, Rəşad Nağını… Təsadüfən,  kiminsə adını unuda bilərəm, gərək bağışlasınlar. Maraqlı şairlər çoxdur, ümidsiz olmağa dəyməz. Yaxşı istedadlı, ədəbiyyat naminə çalışan gənclər var.
 
- Tərcüməçi və şair. Özünüzü daha çox hansı ampluada görürsüz?
 
- Gəlin sizə bir sual verim. (Stolun üstündəki fincanı göstərir) Bilirsiz buna rusca nə deyirlər? “Çaşka”. Sizcə o indi fincandır, ya “çaşka”dır? Və yaxud “cup”, hansıdır? Yəni, ruslar başqa, ingilislər başqa cür adlandırır. Görürsüz, nə qədər adı var. Məsələn biz aşiq oluruq, iztirab keçiririk. Sizcə iztirab dilimiz hansı dildədir? Əlbəttə ki, dili yoxdur, eyni hissi fransız, da ingilis də keçirir. Əslində böyük mənada şairlik və ədəbiyyatla məşğul olmaq heç bir dilə aid olmayan hissləri, duyğuları, hadisələri öz dilinə köçürməkdir. Deməyim odur ki, birinci növbədə şair və yazıçılar da tərcüməçidirlər, heç bir dilə aid olmayan mətləbləri öz ana dilinə tərcümə edən adamlardır. Tərcüməçilər bu mənada eyni şeyi ikinci əldən edən adamlardır. Ona görə mən həm şair kimi tərcüməçiyəm, həm də tərcüməçi kimi şairəm.
 
- Deyəsən bəstəkarlar sizin şeirlərinizə müraciət etmir?
 
- Edirlər. Polşada bir bəstəkar şeirlərimə simfonik əsər yazıb.
 
- Hansı şeirinizə?
 
- “Gecə barında” şeirimə. (Şeirin ilk iki misrasını deyir). Sonra, gənc bəstəkarlardan Tahir var, o, çox istedadlıdır. Yeri gəlmişkən, “Cavan bəstəkar dostlarım üçün blüz” adlı şeirim var, Tahirin də aid olduğu gənc bəstəkarlarımıza ithaf etmişəm. Tahir “Gitara üçün nəğmə” şeirimə mahnı bəstələmişdi. Sadəcə mən o adam deyiləm ki, düşüm o mahnının ifa olunması, oranjiman olunması üçün çalışım. Tahir də cavan oğlandır, o imkanları görünür yoxdur, həm də yəqin ki, özü-özünə sual verir ki, “niyə mən onu etməliyəm?”. Bəli, yəni müraciətlər olur. Amma mahnı, nəğmə üçün sözlər bu ayrı janrdır. Məndə gündə iki yüz dənə mahnı sözü yaza bilərəm. Amma bunu etmərəm, çünki mahnı sözü yazmaq çox asan bir şeydir. Bu, bir balaca peşəkarlıq, heca, qafiyə, takt, bitdi... Bu  isə“xaltura”olar.
 
- Bəs necə oldu Polşadakı bəstəkar sizin şeirinizə simfoniya yazdı?
 
- Mənim Polşada kitabım çıxıb, ordakı mətbu orqanlarda - “Odra”da və digər mətbuat orqanlarında şeirlərim çap olunub, görünür, xoşuna gəlib. Mənə təklif etdi bu barədə, mən də etiraz etmədim. Ümumiyyətlə çox istisna hallarda şeirə musiqi yazılmasının tərəfdarıyam. Bu məsələyə laqeydəm. Amma istəsəm, dostlarım arasında böyük bəstəkarlar var, onlara məxsusi yazıb təqdim edə bilərəm. Amma mən bununla məşğul olmuram, çünki bu, mənim işim deyil. Təklif olarsa, baxarıq, amma bu ədəbiyyat üçün vacib məqam deyil.
 
- Bəs hansı şeiriniz sizi oxucuya tanıtdırdı, sizə uğur qazandırdı?
 
- Mən onu bilmirəm axı. Bircə onu bilirəm ki, 1997-ci ildən başlayaraq yazdım, bir qrup şeirlər oldu ki, onlar çap olundu və müəyyən çevrələrdə bəyənildi?
 
- Hansı çevrələrdə?
 
- Ədəbi, peşəkar çevrələrdə. “Absurd”, “Atama”, “Oğlumla söhbət”, bayaq adını çəkdiyim “Gecə barı” şeiri və sair.
 
- Yeni kitabınızın təqdimatından sonra gənc yazar Kəramət Böyükçöl sizə köşə həsr etdi. Xeyli istehzalı və tənqidi fikirlər olan köşəsində bildirib ki, “Səlim Babullaoğlu hər şeyi bacarır, bircə şeir yazmaqdan başqa”. Sizcə bu qərəz idi, yoxsa... ?
 
- Növbəti sual nədir bəs?
 
- Növbəti sual bundan sonra gələcək.
 
- Bu suala axırda cavab verəcəm.
 
- Yaxşı, bəs haqqınızda bu cür düşünən daha hansısa gənc yazar varmı?
 
- Mən adamlar və oxucularım arasında sorğu aparmıram. Bu, mənim işim deyil. Bu gün elə bir dövrdür ki, yaxşı da, pis də düşünən öz fikrini ən pis halda facebookda paylaşır. Ümumiyyətlə mən o yaşdayam ki, ədəbiyyatdır, ədəbiyyat deyilmi, istedaddır, istedad deyilmi və sairə bu kimi məsələlər mənə çox gülməli gəlir. Bu işlər profan fəaliyyətidir.
 
- Bu günlərdə şair-publisist Murad Köhnəqala yenidən AYB-yə bərpa olundu. Bu məsələyə mövqeyinizi bilmək istərdik.
 
- Düzü desəm, bu prosesi izləmirəm. Əvvəla, son günlərdə mənim başım tədbirlərə qarışdı, qonaqlarım var idi. Mən bilən o yazıçı Anarla görüşmüşdü, aralarında da xoş söhbət olmuşdu. İndi orda nə baş vermişdi, o təfərrüatları bilmirəm, təəssüf ki, izləmirəm. Ümumiyyətlə AYB-dən çıxmış və yenidən qayıtmış, hətta yenidən çıxıb, geri dönməyi istəyən xeyli sayda adamlar var.
 
- Burdan bir sual ortaya çıxır, sizcə yazıçı Anar və AYB-yə qarşı olanlar Anara məğlub oldularmı?
 
- Anlamadım.
 
- (Sualımı yenidən təkrar verirəm)
 
- Bilirsiz, bura güləş zalı deyil ki, gəlib Anara məğlub olsunlar və yaxud səni yıxsınlar. Bura Yazıçılar Birliyidir, qurumdur. Kimsə istəyir, bura üzv olur, kimsə özünü burda “naqolay” hiss edir, hesab edirsə ki, AYB ona mane olur, gedir. Belə hesab edən adamlar çıxıb gedirlər. Amma mən hesab edirəm ki, daxilən azad adamlar hər yerdə azaddırlar - AYB-də də, Prezident Aparatında da, həbsxanada da. Qaldı Anara, yel qayadan heç nə aparmır.
 
- Bu günlərdə fars yazıçısı Mustafa Məsturun təmtəraqlı kitab təqdimatını keçirdiz.
 
- Təmtəraqlı deyəndə, Milli Elmlər Akademiyasının kitabxanasında, 60-70 nəfər oxucunun iştirakı ilə imza mərasimi keçirdik. Mən bütün ölkələrdə harda olmuşamsa, orada təqdimatlarda iştirak etmişəm və bunu təmtəraqlı hesab etmirəm, əksinə, bizdə oxucuların sayının az olduğuna görə sönük hesab edirəm.
 
- Maraqlıdır, fars yazıçısından əvvəl Güney Azərbaycandan olan yazıçıların Bakıda kitab təqdimatı keçirməsinə dəstək olmusuz?
 
- Onda mən sizə başqa sual verim. Siz niyə, adı nə idi onun, o köşə yazanın...?
 
- Kəramət Böyükçöl.
 
- Niyə onun yazısını verməzdən əvvəl mənimlə müsahibə etməmisiz?
 
- Sizin də mövqeyinizi almağa çalışdıq, amma danışmaq istəmədiniz.
 
- Yox, siz pisliyi tirajlayıb sorğu almaq istəyirdiz, bu, başqa şeydir. O nə sualdır, ki, niyə güney azərbaycanlı... Ümumiyyətlə, yazıçının dili varmı? Yaxşı yazıçı istər fars, türk, indoneziyalı olsun, nə fərqi var, əsas odur ki, yaxşı əsər yazsın. Məgər onun əsəri insanlara düşünməyi, yaxşı şeyləri aşılayırsa, insanlıq, millətlər əleyhinə bir şey yoxdursa, niyə hesab edirsiniz məhz Güney Azərbaycandan kimsə olmalıdır? İndi bir gündə 10 yazıçının kitab təqdimatınımı etməliyik? Ümumiyyətlə, isə AYB-də Güney ədəbiyyatı komissiyası var və onlar bu işlərlə məşğuldurlar. Mən Bədii Tərcümə Mərkəzinin sədriyəm, o ədəbiyyatla məşğulam ki, həmin ədəbiyyat tərcümə olunur. Güney ədəbiyyatı isə azərbaycancadır.
 
- Sovet dövründə şair və yazıçıların kifayət qədər özlərini qane edən qazancı, maddi durumları var idi. Amma indi xüsusən də gənc yazıçıların yaşayış durumları qənaətbəxş deyil. Səbəb nədir - onları özlərini kifayət qədər təqdim və ya təbliğ edə bilmirlər, yoxsa... ?
 
- Sual mənə aid deyil. Mənim 44 yaşım var, kirayədə da yaşamışam, sıxıntı da görmüşəm və indi də zəngin yaşamıram. Sadəcə həmişə işləmişəm. 1990-cı ildən 97-ci ilədək peşəkar jurnalistika ilə məşğul olmuşam. Sonra isə tərcümələr, redaktələr etmişəm, elə olub ki, 3 saat yatmışam, yəni, həmişə işləmişəm. Elə olub ki, masadan ayrılmadan 18 saat fasiləsiz işləmişəm. İndi də asan deyil, bir neçə işlə məşğul olmalısan ki, ailən, qarşısında məsuliyyət daşıdığın adamlar qarşısında öhdəliyini yerinə yetirə biləsən. Hesab edirəm ki, mənə asan deyil, amma şikayət etmirəm. Sadəcə işləmək lazımdır. Heç vaxt onu düşünmürəm ki, mən şeir yazım ki, yaxşı yaşayım. Əlbəttə ki, arzu ediləndir ki, sənin kitabın alınır.
 
- Kitablarınız satılırmı?
 
- Mənim kitablarım ümumiyyətlə böyük tirajla çap olunmur və mən kitabla dolanmıram. Tutaq ki, 500 tirajla kitabı satdıq. Qiyməti olsun 6 manat. Bu da edir 3 min manat. Bunun vergisini, filan məsələləri çıxanda ortada 2 min manat pul qalır. Şeir kitabını isə ildə bir dənə belə çap edə bilməzsən. Bu detektiv roman deyil ki, iki aya birini yazasan. Odur ki, mən soruşuram, insan həmin pulla yaşaya bilərmi?
 
- Müşahidələriniz sizə nə deyir, daha çox hansı təbəqədən olan insanlar sizin kitablara maraq göstərir?
 
- Mənim oxucularım arasında 70-50, 20-19 yaşı olanı da var.
 
- Şeirlərinizin əsas məzmunu nədən ibarət olur?
 
- Seirləriniz əsasən hansı məzmun kəsb edir kimi suallar köhnəlib və doğru deyil. Yalnız bir şey bilirəm: şairin mərkəzində insan durur. Və şeir ya olur, ya olmur.
 
- İlham da gəlir?
 
- Mən ümumiyyətlə ilham, ilham pərisi anlayışını qəbul etmirəm. Bir dəfə zarafatla demişdim ki, hər şeir üçün bir ilham pərisi, yaxud bir ilhami-rizvan olsaydı, onda şairlərin şahlar kimi hərəmxanası olardı.
 
- Yəni, bu günə qədər ilhamla şeir yazan şairləri qəbul etmirsiz...
 
- Əksəriyyət nə dediyini bilmir. Mən nədən bəhs edildiyini anlayıram, amma düzgün ifadə olunmadığı qənaətindəyəm.
 
- Poeziyada bu gün bayağı ifadələr, söyüş və təhqirlər kütləvi hal almağa başlayıb. Buna münasibətiniz?
 
- Çox pisdir. Mən arqonun əleyhinəyəm. Şeir qəzəbli olanda belə estetik ustalığı ilə ifadə olunmalıdır. Şeir fotoqrafiya deyil ki, çəkdin, bitdi. Şeir sirli bir şeydir.
 
- Dünya, o cümlədən türk ədəbiyyatında da bu cür hallar artan tendensiyadadır.
 
- XX-ci əsr türk ədəbiyyatını, xüsusən poeziyasını kifayət qədər oxumuşam və bir çox müasir şairlərlə də şəxsən tanışam. Məgər onların hamısı yaxşıdır? Əsla. Mənim şeir anlayışım başqadır.
 
- Qayıdaq sonda cavab vermək istədiyiniz, Kəramət Böyükçölün sizin haqqında yazdığı köşəyə.
 
-Qiymətli yük aparan dəvə karvanı və it haqqında sevdiyim atalar sözünü son vaxtlar tez-tez xatırlayıram.
 
musavat.com

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az