• Xəbər lentİ
Fləş

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə axşamı, 09 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

MTK-lar sakinləri necə aldadır - Kütləvi maxinasiya

12:45 20.08.2021 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Vüqar Oruc: “Eyvanların, mənzilin tikinti altında olan hissəsinin, divarların pulunu da payçıdan alırlar”

İradə Şükürova: “MTK-lar illərdir sakinlərin hüquqlarını pozur, bir mənzili iki nəfərə satır, sahəni artıq göstərir”

Paytaxtda Mənzil Tikinti Kooperativləri (MTK) tərəfindən tikilən çoxmənzilli, çoxmərtəbəli binalarda payçılara satılan mənzillərin ümumi sahəsini hesablayan zaman aydın olur ki, müqavilələrdə göstərilən sahənin ölçüsü əslində müqavilədə göstəriləndən azdır. Həmin mənzillərə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alan zaman məlum olur ki, MTK-lar mənzillərin sahəsini süni şəkildə şişirdib, payçılara baha satıb və uzun müddət ərzində onlardan bu ölçüyə müvafiq olaraq kommunal haqları toplayıblar.

AYNA-ya açıqlamasında “VECON CONSULTING” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc bildirib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tətbiq etdiyi ümumu qaydalar var: “Bu qaydalara görə, daxili sahələr ölçülür və ona uyğun olaraq vətəndaşa çıxarış təqdim olunur. Mənzilin ümumi otaqları çıxarışda hesablansa da, eyvan sahələri müəyyən əmsalla qiymətləndirilir. Yaşayış sahələri olmadığına və otaqlara çəkilən xərc qədər vəsait sərf olunmadığına görə, eyvanın sahəsi 0,3-ə vurulur. Lakin MTK-lər mənzili satan zaman həm eyvanları, həm daxili sahələri, həm də tikinti altında olan sahələri nəzərə alırlar. İstehlakçıya mənzilin daxilindəki sahə yox, həmin mənzilin tikinti altında olan hissəsi, divarları da satılır. Təbii ki, bu, düzgün deyil və Əmlak Məsələləri Dövlət Xidmətinin tətbiq etdiyi qaydalara ziddir”.

“Çıxarış verilərkən real sahə təsbit olunur və bu, daha ədalətlidir. Həm də beynəlxalq protokollara uyğundur. Eyvanların yan tərəfləri yoxdur, yalnız döşəmə hissəsi var və bu baxımdan onu otaq kimi alıcıya sırımaq olmaz. Məhz bu səbəbdən rəsmi sənədləşdirilmə zaman məlum olur ki, mənzilin ümumi sahəsi daha az imiş. Misal üçün, 126 kv.m ev alan istehlakçı çıxarış alan zaman ona aydın olur ki, evin ümumi sahəsi 105 kv.m imiş. Nəticədə ziyan çəkən vətəndaşlar olur. Bu isə yolverilməzdir və payçıların hüquqlarının kobud sürətdə pozulmasıdır. 1500 manata bir kv.m mənzil alan vətəndaş faktiki olaraq hər kv.m-ə görə 1700 manat vəsait ödəyir”, - deyə ekspert vurğulayıb.

V.Orucun fikrincə, bu məsələdə vahid mexanizmlərin tətbiqinə ehtiyac var: “MTK-lar buna görə məsuliyyət daşıyır. Düşünürəm ki, bununla bağlı inzibati tənbeh tədbirləri görülməlidir. Çıxarış alan zaman ümumi sahənin şişirdilməsi halları təsdiqini taparsa, bu zaman vətəndaşa dəyən ziyanın geri qaytarılması və cərimələr nəzərdə tutulmalıdır. Belə olarsa, tikinti şirkətləri payçıların hüquqlarını pozmaq ənənəsinə son qoymuş olar”.

Əmlak eksperti İradə Şükürova da AYNA-ya şərhində deyib ki, uzun illərdir tikinti şirkətləri payçıların hüquqlarını pozmaqda davam edir: “Bir zamanlar MTK-lar vətəndaşlara qarşı açıq şəkildə dələduzluq cinayətlərinə yol verir, bir mənzili iki və daha çox alıcıya satırdı. Şirkətlərin faktiki sahibləri “qurbanlıq” şəxsləri həmin şirkətlərə direktor təyin edir, problem yarandığı zaman həmin direktorlar hüquqi məsuliyyətə cəlb olunurdular. Bu məsələ kütləviləşdiyinə görə, sonradan qarşısı alındı və demək olar ki, son zamanlar belə hallara rast gəlmirik. Bəziləri isə vətəndaş şikayəti olduğu halda vəsaitləri geri qaytarırdılar. Onlar arada olan bir və ya bir neçə ildən istifadə etməklə həmin vəsaitlərdən öz qazanclarını artırmaq məqsədilə istifadə edirdilər”.

Həmsöhbətimiz mənzilin sahəsinin artıq göstərilməsini birbaşa qanun pozuntusu adlandırıb: “Payçıların hüquqları var ki, buna görə məhkəməyə müraciət etsinlər. Bununla bağlı ümumi qaydalar var. Mənzillərin yalnız yaşayışa yararlı hissəsi ümumi sahəyə aid edilə bilər. Eyvanlar isə qismən yaşayış sahəsidir. MTK-lar isə binaya aid yaşayış hissələrinin də pulunu payçılardan alır. Nəticədə çıxarış alan zaman vətəndaş 15 faizdən artıq sahəni itirmiş olur. Hansı ki, bu sahəyə görə, əlavə vəsait və uzun müddət artıq kommunal haqqı ödəyib”.

Şükürova əlavə edib ki, tikinti normativləri qəbul edilməlidir: “Daha bir ciddi problem binaların üz-üzə tikilməsidir. Halbuki, bu, qanunvericiliyə ziddir. Bəzən bu səbəbə görə binanı istismara qəbul etmirlər. Sakinlər illərlə çıxarış ala bilmirlər. Öz halal evlərinə qeydiyyata düşmək imkanından məhrum olurlar. Heç olmasa bundan sonra inşa ediləcək tikililərdə bu qaydaların tətbiq olunmasına ciddi ehtiyac var. Qanunvericilik bazasının təkmilləşdirilməsi, payçıların hüquqlarını pozan MTK-lərin məsuliyyət məsələsi də qanunda öz əksini tapmalıdır”.


Etiket:

Digər xəbərlər

Əfqan Sadıqov həbs edildi

Əfqan Sadıqov həbs edildi

09.06.2026
Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

09.06.2026
İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

09.06.2026
Bu gün Həcc ziyarəti başa çatır

Bu gün Həcc ziyarəti başa çatır

09.06.2026
Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

09.06.2026
Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

09.06.2026
Bu kollecə yeni direktor təyin olundu

Bu kollecə yeni direktor təyin olundu

09.06.2026
Ata-oğulun öldüyü hadisənin təfərrüatı

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

09.06.2026
Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

09.06.2026
14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

09.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Əfqan Sadıqov həbs edildi

Əfqan Sadıqov həbs edildi

09.06.2026
Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

09.06.2026
İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

09.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az