Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2396 yeni yoluxma faktı qeydə alınıb, 674 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 357 058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 336 445 nəfər müalicə olunaraq sağalıb, 5 095 nəfər vəfat edib, aktiv xəstə sayı 15518 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 792, ötən müddət ərzində isə ümumilikdə 4 147 588 test aparılıb.
Son gündə koronavirus əleyhinə 65269 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43380, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21889 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 5543311, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3243487, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2299824 təşkil edir.