Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 289 yeni yoluxma faktı qeydə alınıb, 409 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 350 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 334 667 nəfər müalicə olunaraq sağalıb, 5 056 nəfər vəfat edib. 10 882 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 625, bu günə qədər isə ümumilikdə 4 107 190 test icra olunub.
Son gündə koronavirus əleyhinə 59649 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38211, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21438 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 5370768, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3129512, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2241256 təşkil edir.