Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 213 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.Az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 338 183 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 200 nəfər müalicə olunaraq sağalıb, 4 991 nəfər vəfat edib. 1 992 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 817, bu günə qədər isə ümumilikdə 3 905 500 test icra olunub.
Son gündə koronavirus əleyhinə 39986 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17430, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22556 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 4323487, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2566320, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1757167 təşkil edir.