• Xəbər lentİ
Fləş

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə axşamı, 09 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

Adı olub, özü olmayan özəlləşdirmə çeklərinin taleyi necə olacaq?

14:50 23.06.2021 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Qubad İbadoğlu: “Vətəndaşlara çatmalı olan çeklərin əksər hissəsini rəsmi dairələr öz əlinə keçirdi”

Vüqar Oruc: “Vətən təkcə torpaqdan, havadan və sudan ibarət deyil, Vətən həm də vətəndaşların mülkiyyət toxunulmazlığıdır”

Ötən əsrin 90-cı illərinin sonlarında hər bir vətəndaşa əvəzsiz olaraq verilən 4 çekdən ibarət özəlləşdirmə paylarının tədavül müddəti başa çatıb. Lakin yüzminlərlə insan hələ də bu çekləri saxlayır və nə zamansa yenidən işə yaracağına ümid edir.

Düzdür, çeklərin tədavül müddəti bir neçə dəfə uzadılıb və vətəndaşlar onlara məxsus olan vauçerləri sata bilərdilər. Ancaq nəzərə alanda ki, özəlləşdirmə çekləri təyinatı üzrə istifadə edilməyib və faktiki olaraq ölkə vətəndaşları bu prosesdən kənarda qalıb, bu xüsusda prosesi başlamadan bitmiş saymaq olar. Halbuki, özəlləşdirməyə çıxarılan dövlət obyektlərinin 15 faizi öz işçilərinə, 55 faizi çek hərracına çıxarılmalı idi. 30 faizi isə investorları cəlb etmək üçün nəzərdə tutulmuşdu.

Azərbaycan İnvestisiya Holdinqinin yaradılması, əksər dövlət qurumlarının Holdinqin tərkibinə verilməsi, bəzi dövlət müəssisələrinin özəlləşdirilməyə çıxarılması ilə bağlı öhdəlik götürməsi özəlləşdirmə çeklərinin tədavül müddətinin yenidən uzadılacağı ilə bağlı ümidləri də artırıb.

ABŞ-da yaşayan azərbaycanlı alim, iqtisadçı ekspert Qubad İbadoğlu AYNA-ya şərhində qeyd edib ki, özəlləşdirmə çeklərindən müəyyən məqsədlər üçün istifadə olunub: “Dünya təcrübəsinə istinad etsək, görərik ki, inkişaf etmiş dövlətlərdə vauçerlərdən kütləvi özələşdirmə zamanı istifadə olunur. Bu qiymətli kağızlar isə bəlli bir müddətdə dövriyyədə qalır. Əsasən bu müddət üç ildən artıq dövrü əhatə etmir. Ölkəmizdə isə özəlləşdirmə çekləri 13 il dövriyyədə qaldı. Baxmayaraq ki, tədavül müddəti başa çatıb, vauçerlər yenə də qiymətli kağızdır. Mən öz payıma düşən çekləri hələ də saxlayıram. Çox təəssüf ki, bu çeklərin əksər hissəsi rəsmi dairələrin əlində cəmləşib. Vətəndaşlara çatmalı olan çeklərdən də məhz onlar faydalanıblar”.

“Bu gün Azərbaycanda özəlləşdirmə perspektivləri olan çoxlu sayda dövlət müəssisələri mövcuddur. Yeni yaradılan Azərbaycan İnvestisiya Holdinqinin əsas fəaliyyət istiqamətlərindən biri büdcəyə yük olan dövlət qurumlarının özəlləşdirilməsi ilə bağlıdır. Lakin bu prosesdə vətəndaşların iştirakına şərait yaradılacaqmı - açığı, bir o qədər də ümidli deyiləm. Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, əksər postsovet ölkələrində vauçerlərdən bəlli məqsədlər üçün istifadə edildi. Düzdür, müəyyən mütərəqqi örnəklər də olmamış deyil. Lakin çoxunda bu proses sadəcə gözdən pərdə asmaq üçün həyata keçirildi. Əslində isə çeklərdən ölkə vətəndaşları bəhrələnə bilərdi. Tədavül müddətinin yenidən artırılması zəruridir. Ancaq bunun baş verəcəyinə inanmıram”, - deyə alim bildirib.

“VECON CONSULTING” qiymətləndirmə şirkətinin direktoru, iqtisadçı ekspert Vüqar Oruc da AYNA-ya açıqlamasında deyib ki, proses şəfaf və ədalətli həyata keçirilməyib və məsələyə yenidən baxılmalıdır: “Əslinə qalsa, özəlləşdirmə çeklərinin əvəzsiz vətəndaşlara paylanılması ilə bağlı o zaman mərhum Prezident Heydər Əliyevin fərmanı tarixi qərar idi. Nəzəri olaraq hər şey ideal idi və özəlləşdirməyə çıxarılacaq müəssisələrin əksər payçıları da məhz ölkə vətəndaşları olmalı idi. Çox təəssüf ki, proses şəffaf şəkildə aparılmadı və böyük əyintilərə yol verildi. Əslində burada məqsəd ondan ibarət olmalıydı ki, ölkədə mövcud olan əmlak üzərində vətəndaşların iştirakı təmin edilsin. Rəsmi olaraq bunun belə olduğu deyilsə də, nəticədə yararlanan bir qrup məmur oldu. İndinin özündə də bunula bağlı çoxsaylı məhkəmə iddiaları var və vətəndaşlar öz hüquqlarını bərpa etməyə çalışırlar”.

“Bir halda ki, ortada kütləvi şəkildə vətəndaşların hüquqları pozulub, prosesə yenidən baxılmalıdır. Məsələnin ciddi şəkildə təftiş olunmasına ehtiyac var. Bu, elə də uzaq tarixdə olmayıb. Özəlləşdirmə prosesini həyata keçirən məmurların çoxu hələ sağdır. Onların arasında bu gün də yüksək vəzifələrdə çalışanları var. Müvafiq strukturlar, hüquq-mühafizə orqanları, eyni zamanda dövlət qurumlarında şəffaf idarəetməni təmin etmək öhdəliyini üzərinə götürmüş Azərbaycan İnvestisiya Holdinqi bu istiqamətdə araşdırmalar aparmalıdır”, - deyə həmsöhbətimiz vurğulayıb.
Mütəxəssis hesab edir ki, özəlləşdirmə çeklərinin paylanılması zamanı baş verən neqativ halları ortaya çıxarmalı, həmçinin tədavül müddətini yenidən artırmaqla, heç olmasa, bu dəfə vətəndaşların prosesdə iştirakına şərait yaradılmalıdır: “Nəzərə alanda ki, bu müddətdə dəfələrlə inflyasiya baş verib və proses əsasən rəsmi dairələrin nəzarətində olub, məsələyə aydınlıq gətirilməli və milyonlarla haqqı pozulan vətəndaşımızın hüquqları bərpa olunmalıdır”.

V.Orucun sözlərinə görə, qarşıda özəlləşdirilmə perspektivi olan çoxsaylı müəssisələr, eyni zamanda sahələr mövcuddur: “Hökumətin hazırkı siyasəti ondan ibarətdir ki, dövlət öz yükünü azaltmağa çalışır. Həmin yükün müstəqil və azad sahibkarlığın üzərinə qoyulması nəzərdə tutulur. Burada bir amil diqqətdən kənarda qalmamalıdır. Əgər sonda yenə qazanan tərəf rəsmi mülkiyyətçilər olacaqsa və ya bu dəfə də vətəndaşların hüquqları pozulacaqsa, proses şəffaf şəkildə həyata keçirilməyəcəksə, bu halda prosesin başlanmasına ehtiyac yoxdur. Nəhayət, bu dəfə vətəndaşların özəlləşdirmə prosesində iştirakına şərait yaradılmalıdır. Vətən təkcə torpaqdan, havadan və sudan ibarət deyil. Vətən həm də vətəndaşların mülkiyyət toxunulmazlığıdır”.

 


Etiket:

Digər xəbərlər

Bu kollecə yeni direktor təyin olundu

Bu kollecə yeni direktor təyin olundu

09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

09.06.2026
14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

09.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Əfqan Sadıqov həbs edildi

Əfqan Sadıqov həbs edildi

09.06.2026
Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

09.06.2026
Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

09.06.2026
İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

09.06.2026
Bu gün Həcc ziyarəti başa çatır

Bu gün Həcc ziyarəti başa çatır

09.06.2026
Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

09.06.2026
Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

09.06.2026
Ata-oğulun öldüyü hadisənin təfərrüatı

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

09.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Bu kollecə yeni direktor təyin olundu

Bu kollecə yeni direktor təyin olundu

09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

09.06.2026
14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

09.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az