İndoneziyada sərnişin təyyarəsi qəzaya uğrayıb.
MilliYol.Az xəbər verir ki, bu barədə “Sinxua” yerli TV-yə istinadən məlumat yayıb.
Bildirilib ki, sərnişin təyyarəsi Cakarta yaxınlığında suya düşüb.
Təyyarənin göyərtəsində 50-dən çox sərnişinin olduğu qeyd olunub.
15.30
İndoneziyanın paytaxtı Cakartanın hava limanından havaya qalxan sərnişin təyyarəsi ilə rabitə kəsilib.
MilliYol.Az xəbər verir ki, təyyarə “Sriwijaya Air”ə məxsusdur.
Məlumata görə, hava gəmisi Cakarta-Pontianak reysini həyata keçirirmiş. “Boeing 737-500” təyyarəsinin göyərtəsində 50-dən çox sərnişin var.
İndoneziyanın Nəqliyyat Nazirliyi təyyarə ilə əlaqə kəsiləndən sonra axtarış-xilasetmə işləri başlandığını bildirib.
"FlightRadar24"ün xəbərin görə, əlaqənin kəsildiyi təyyarə 27 il əvvəl istehsal olunub. Təyyarə Cakartadan havaya qalxdıqdan 4 dəqiqə sonra əlaqə kəsilib.