"Düşmənə adekvat cavabların verilməsi bundan sonra da davam etdiliəcək".
MilliYol.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Xankəndi şəhəri ətrafında hücum həyata keçirilən bazalar sıradan çıxarılıb: “BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır”.
Hikmət Hacıyev bildirib ki, Vardenisdən və Gorus şəhəri yaxınlığından Azərbaycana raket zərbələri endirilir: “Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu bütün region üçün təhlükədir. Ermənistanın hazırkı rəhbərliyi də region üçün təhlükədir. Gəncə, Tərtər və digər şəhərlərimizin əhalisi qorxmadan bu hücumlara sinə gərirlər. Bütün bunlar sənədləşdiriləcək və aidiyyəti beynəlxalq təşkilatlara təqdim ediləcək. Azərbaycanın peyk texnologiyası ilə atılan raketlərin trayektoriyası dəqiqləşdiriləcək və beynəlxalq təşkilatlara təqdim olunacaq”