• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 14 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

Klintonun, ya yaxud Trampın qələbəsi Azərbaycana fərqli nəsə vəd edirmi?

22:20 07.11.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Adıgözəl Məmmədov: “ABŞ-ın bir dövlət olaraq məqsədi siyasi hakimiyyətdə kimin təmsil olunmasından asılı olmayaraq, oturuşmuş xarici siyasət vasitəsi ilə hegemonluğunu dünyada qoruyub saxlamaqdan ibarətdir”

Zaur Məmmədov: “Obama hakimiyyətinin prezidentlik dövrü Bakı və Vaşinqton arasında o qədər də yaxşı olmamışdı. ABŞ-ın Cənubi Qafqazla bağlı diqqətsizliyi, Azərbaycana qarşı ikilistandartlar ikitərəfli münasibətlərə zərbə vurmuşdu”

Məlumdur ki, sabah ABŞ-da prezident seçkiləri keçiriləcək. Hər kəsin böyük nigaranlıqla gözlədiyi seçkinin nəticələrinin bu və ya digər şəkildə bütün dünyanı etliləyəcəyi şübhə doğurmur. Bəs okeanın o tayında keçiriləcək seçkinin Azərbaycana təsiri barədə nə dem`k olar və ümumiyyətlə Azərbaycan üçün ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun, ya  da respublikaçıların namizədi Donald Trampın qələbəsi fərqli nəsə vəd edirmi? Rəsmi Vaşinqton, həmçinin Hillari Klintonun qərargahı dayanmadan Rusiyanı ABŞ seçkilərinə müdaxilə etməkdə günahlandırırlar. Əgər seçkini Tramp qazanarsa, Rusiya-ABŞ münasibətləri yeni çalarlar qazana bilərmi və Suriya, Ukrayna kimi problemlərin həllində ABŞ Rusiyaya güzəştə gedərmi?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü, politoloq Adıgözəl Məmmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədovun fikirlərini öyrənib.

“Sön dönəmlər ABŞ-ın xarici siyasətində aparılan davamiyyətsizlik istər-istəməz onun istinad qura biləcəyi bir çox xəttlərdə yetərincə problemlər yaratdı”

Trampın prezident seçiləcəyi təqdirdə regionda yeni geosiyasi mərkəzlərin formalaşacağını ehtimal edən politoloq Adıgözəl Məmmədova görə, ABŞ-ın qarşısına qoyduğu məqsədləri Klintonun bacara biləcəyi sual altındadır:

“ABŞ-da prezident seçkilərinin nəticələrindən asılı olmayaraq, ABŞ-ın Avrasiya coğrafiyası üzrə oturuşmuş siyasəti var. Bu siyasətin əsas məqsədi Avrasiya coğrafiyasında baş qaldıra biləcək real güc sahiblərini neytrallaşdıra bilməkdir. Son dönəmlər isə ABŞ-ın Avrasiyada ciddi problemləri yaranıb. Çünki ABŞ-ın dollar ekspansiyasına qarşı istər Rusiya, istər Çin, istər Hindistan və regionun digər aparıcı dövlətləri sanki bir araya gəliblər. Məsələn, BRİKS təşkilatı yaradılıb, Şanxay Əməkdaşlıq Təşkilatı mövcuddur. Bu təşkilatlar Amerikanın Avrasiya coğrafiyasında siyasətinə əks olan bir xəttlərdir. Əslində ABŞ-ın xarici siyasətinin əsas məqsədlərindən biri  regionda Şanxay Əməkdaşlıq Təşkilatına qarşı qoyula biləcək bir koalisiya yaratmaqdır. Bu koalisiyada ən açar nöqtə türkdilli xalqlar nəzərdə tutulub. Xüsusən də Türkiyə, Azərbaycan, nəqliyyat koridoru ilə yanaşı, regiondakı aparıcı gücləri saxlamaq siyasətini həyata keçirməkdir. Və yaxud da tarixi İpək Yolu layihəsi də də birbaşa Rusiyanı nəqliyyat dəhlizlərindən kənarda qoymaq üçün yenidən reabilitasiya olunmuş bir xəttdir. Ancaq sön dönəmlər ABŞ-ın xarici siyasətində aparılan davamiyyətsizlik istər-istəməz onun istinad qura biləcəyi bu xəttlərdə yetərincə problemlər yaratdı. Məsələn, son illər İraq və Suriya məsələsində Türkiyə ilə anlaşılmamazlıq, o cümlədən Azərbaycanı meydanda tək qoyması və Orta Asiya Cumhuriyyətlərində oturuşmuş rejimə qarşı yeni bir müxalif qüvvələrə istinad edən  kampaniyalar həyata keçirməsi Amerikanın digər layihəsini kölgədə qoydu. Əslində ABŞ faktiki olaraq, regionda yoxdur.

“Əslində ABŞ faktiki olaraq, regionda yoxdur... Donald Tramp faktiki olaraq, ABŞ-ın bu regiondakı yoxluğunu artıq qəbul edən və reallıqla barışan bir siyasi liderdir”

Klintonun və ya Trampın prezident olmasının Azərbaycana təsirinə gəlincə, Azərbaycan-ABŞ münasibətləri öncə sırf iqtisadi, zamanla isə siyasi maraqlar üzərində qurulub. Yəni, ABŞ-ın siyasi hakimiyyətdə  məqsədi kimin təmsil olunmasından asılı olmayaraq, oturuşmuş xarici siyasətdə hegemonluğunu dünyada qoruyub saxlamaqdan ibarətdir. Əlbəttə, burada fərdi xüsusiyyətlər də müəyyən qədər rol oynayır. Klinton Azərbaycanı da, Azərbaycanın siyasi rəhbərini də tanıyır. Ümumiyyətlə, regionu tanıyır və güman edirəm ki, onun dəsti-xətti məhz yuxarıda qeyd etdiyim siyasəti yenidən  reabilitasiya etmək cəhdindən ibarət olacaq. Ancaq zaman-zaman siyasi  reabilitasiya etmək cəhdlərində də iştirak edəcək. İndi artıq 1992-ci ilin şəraiti deyil, tamamilə dəyişilib. Klintonun bu məqsədə nə qədər nail olacağı da sual altındadır. 

Donald Trampa gəlincə, məni ayın 11-nə  Moskvada Trampla canlı yayıma çağırmışdılar. Müəyyən səbəblərdən dolayı gedə bilmədim. Donald Tramp faktiki olaraq, ABŞ-ın bu regiondakı yoxluğunu artıq qəbul edən və reallıqla barışan bir siyasi liderdir. Trampın müəyyən reallıqla çıxış etməsi regionda yeni geosiyasi mərkəzlərin formalaşmasına hesablanır. Klinton isə bununla hesablaşmayacaq. 

Əgər seçkini Trapm qazanarsa, bunun ABŞ- Rusiya münasibətlərinə təsiri barədə deyə bilərəm ki, ABŞ-ın dünya siyasətinə təsir imkanlarındakı ən böyük nailiyyətlərindən biri dollar ekspansiyasıdır. Amerika Milli Bankı dövlətə məxsus deyil. Amerika Milli Bankı yəhudi ailəsinin əlindədir və şəxsidir. Yəni, Amerika siyasətinin tənzimlənməsi məhz tələb və təkliflər konstektində həyata keçirilir. Ona görə də Tramp dolların iflasa uğramasını görən və bu reallıqla razılaşan bir liderdir. Görünən odur ki, faktiki olaraq, dünya dəyişir”. 

“ABŞ Azərbaycana lazım olduğu kimi, Azərbaycan da ABŞ-a lazımdır”

ABŞ-da keçirilən prezident seçkisinin Azərbaycana təsirinin qaçınılmaz olduğunu bildirən politoloq Zaur Məmmədovun fikrincə, Trampın prezident seçildiyi təqdirdə ABŞ-Rusiya münasibətlərində yumşaqlıq olacağı gözləniləndir:

“Sabah ABŞ-da keçiriləcək seçkilərin nəinki Azərbaycana, dünyanın bütün dövlətlərinə təsiri böyük olacaq. Digər dövlətlərdən fərqli olaraq, ABŞ-dakı seçkilər hamının marağına səbəb olan seçkilərdir. Çünki həll olunan təkcə ABŞ əhalisinin taleyi deyil, bütün dünya  əhalisinin taleyi həll olunur. Obama hakimiyyətinin prezidentlik dövrü Bakı və Vaşinqton arasında o qədər də yaxşı olmamışdı. ABŞ-ın Cənubi Qafqazla bağlı diqqətsizliyi, Azərbaycana qarşı ikilistandartlar ikitərəfli münasibətlərə zərbə vurmuşdu. Baxmayaraq ki, Azərbaycan həmişə ABŞ ilə əlaqələrə böyük önəm verib. 

Seçkilərdən sonra hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, məlum olan odur ki, prezident kürsüsündə yeni şəxs əyləşəcək. Əlbəttə ki, Azərbaycan üçün Klinton və ya Trampın hakimiyyətə gəlməsinin önəmi vardır. Lakin mən bu haqqda indi danışmaq istəməzdim. Bakının əsas məqsədi okeanın o tayında hakimiyyətə kimin gəlib-gəlməməyindən asılı olmayaraq, Vaşinqtonla münasibətlərin isinməsidir. Mən əminəm ki, Klinton və yaxud Tramp dövründə biz ABŞ-ın Azərbaycanla bağlı siyasətində daha qətiyyətli, daha loyal fəaliyyət görəcəyik. ABŞ Azərbaycana lazım olduğu kimi, Azərbaycan da ABŞ-a lazımdır. Mən deyərdim ki, bugün Azərbaycan ABŞ-a  olduqca çox lazımdır. Mühüm coğrafi mövqedə yerləşən, Asiya ilə Avropa, İran – Türkiyə - Rusiya, NATO, Avropa və Rusiya arasında yerləşən Azərbaycanın maraqlarını mütləq nəzərə almaq lazımdır. 

“Əgər seçkilərdə Tramp qalib gələrsə, onun Rusiya ilə bağlı siyasəti daha loyal, daha yumşaq olacaq”

Əgər seçkilərdə Tramp qalib gələrsə, onun Rusiya ilə bağlı siyasəti daha loyal, daha yumşaq olacaq. Yeri gəlmişkən, mən əminəm ki, seçkilərdə qalib gələcəyi təqdirdə Tramp heç özü də gələcək niyyətlərini, proqramını bilmir. Ümumiyyətlə isə, söhbət Amerikadan gedirsə, biz rasional, vahid bir kursun davam etdirilməsinin şahidi olacağıq. Fiqurların ABŞ siyasətindəki rolu böyük olsa da, onların kordinal şəkildə nəyisə dəyişəcəklərini düşünmək, Suriya və Ukrayna mövzularında Rusiyaya güzəştə gedəcəklərini düşünmək sadəlöhvlük olardı”.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

11.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az