• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 05 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Səhiyyə

Özəl klinikalar əhali arasında koronavirus xofu yayır (SƏBƏB)

09:41 01.07.2020 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Hazırda ölkəmizdə koronavirus testi ən populyar tibbi xidmətlərdən biridir. Bir çox insan bu testi heç bir xəstəlik əlaməti olmadan etməyi qərara alır - kimsə panikaya düşür, kimsə özünü və yaxınlarını sığortalayır.

Lakin son günlərdə vətəndaşlar bir sıra özəl klinikalarda koronavirus testindən keçə bilmədiklərini, bu xidmətin səbəb göstərmədən dayandırıldığını qeyd edirlər. AYNA əməkdaşı bu şikayətlərin həqiqətə uyğun olub-olmadığını yoxlamaq üçün Bakının bir neçə özəl klinikasına müraciət edib.

"Memorial Clinic”dən dedilər ki, onlar hazırda yalnız harasa səfər, uçuş planı və ya bileti olanlar üçün koronavirus testi edirlər. Klinikanın əməkdaşları son zamanlarda müayinədən keçmək istəyən müştərilərin sayının çox olduğunu qeyd etdilər. Bu da öz növbəsində test reagentlərinin sayının kəskin azalmasına səbəb olub. Yeni partiyanın isə nə vaxt gətirilicəyi hələ bilinmir.

"MediClub”ın İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Zaur Orucun dediyinə görə, onlara TƏBİB, Səhiyyə Nazirliyi və ya hansısa başqa bir dövlət qurumundan özəl klinikalarda koronavirus testinin qadağan edilməsi və ya tamamilə dayandırılması barədə əmr gəlməyib: "Koronavirus testini edib-etməmək məsələsində klinikalar özləri qərar verir. Bir sıra klinikalarda reagentlərlə bağlı problemlər mövcuddur, lakin bu, sırf texniki problemdir və həll olunur. Burada söhbət antitellərin olub-olmadığını müəyyən etmək üçün keçirilən qan testindən gedir”.

"O ki, qaldı PCR-testə, "MediClub”ın həm Üzeyir Hacıbəyli küçəsində yerləşən klinikasında, həm də xəstəxanada bu müayinə aparılır, sadəcə fərqli xəstələr üçün testlər də fərqlidir. Xəstəxanada vaxt itirməmək üçün testlər kompüter tomoqrafiyasını keçmək üçün müraciət edən xəstələrə edilir. Digər xəstələr Üzeyir Hacıbəylidəki klinikamızda heç bir konsultasiya aparılmadan da testdən keçə bilərlər. Testdən əvvəl orada insanın koronavirus xəstəsi ilə əlaqədə olub-olmaması və onda hansı sipmtomların olması soruşulur. Risk faktorları mövcuddursa, o, potensial yoluxmuş xəstə kimi qəbul edilir və digər xəstələrlə təmasda olmasına yol verilmir. COVID-ə yoluxma şübhələri olan insana təkcə PCR testi kifayət etmir. Həmin adam mütləq həkim konsultasiyasından da keçməlidir. PCR-in nəticəsi saxta neqativ də çıxa bilər”, - klinika sözçüsü bildirdi.

Orucun sözlərinə görə, özəl klinikalara adətən ödəniş qabiliyyəti yüksək olan vətəndaşlar müraciət edirlər ki, bunun özü də müsbət haldır: "Belə ki, bu yolla onlar imkansız vətəndaşlar üçün dövlət qurumlarında yer boşaltmış olurlar. Bununla da dövlətin bu ağır pandemiya dövründə az da olsa, yükü azalır”.

Qeyd edək ki, vətəndaşlar tez-tez koronavirus üçün testlərin səhv nəticələr göstərdiyindən şikayət edirlər. "MediClub” təmsilçi də qeyd etdi ki, belə hallar, kütləvi də olmasa, baş verir: "Tibb elminə həmişə 100% düz nəticə göztərən testlər hələ məlum deyil. Bəzi testlərin nəticələri səhv çıxa bilər. Bu, hətta on illərdir istifadə olunan, sınaqdan keçmiş və təkmilləşdirilmiş testlərə də aiddir. Tələsik yaradılan analitik sistemlərə, reaktivlərə və pandemiya dövründə koronavirus üçün testlərə gəldikdə, onlar klassik testlərdən daha çox yanlış nəticələr verə bilər ki, bu da normaldır”.

Dövlətə məxsus tib müəssisəsinin - 8 saylı poliklinikanın baş həkimi, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan bölməsinin üzvü Tamilla Kərimovadan isə öyrəndik ki, ölkədə koronavirus üçün kifayət qədər testlər və xəstələrin müalicəsi üçün lazım olan bütün vəsaitlər var: "Məni başqa sual maraqlandırır: niyə bu qədər vətəndaşımız testdən keçmək istəyir? Axı bu testdən yalnız koronavirus əlamətləri olanlar, müəyyən simptomlu yoluxmuş insanlarla əlaqədə olanlar və xaricdən qayıdanlar keçməlidir. İndi isə bir adam bazara-dükana gedir, panika içərisində geri qayıdır və "bəlkə mən də tutulmuşam”, - deyə qaçır test verməyə. Unutmayın ki, koronavirus testindən keçmək profilaktik tədbirlər siyahısına daxil deyil”.

Həkimin sözlərinə görə, özəl klinikalar yaranmış vəziyyətdən xeyli istifadə edib: "Vətəndaşlar arasında qorxu hissini artırdılar ki, test verməyə gələn müştəriləri çox olsun. Axı bir testin qiyməti özəl klinikada 130-140 manata başa gəlir. İndi biz insanlardakı qorxu hissini aradan qaldırmağa çalışırıq, maarifləndirmə işləri aparırıq. Bu xəstəlikdən qorxmamalı, məlum simptomlar müşahidə ediləndə, sadəcə həkimə müraciət etməlisiniz. Həm öskürək, həm də qızdırma sağlamlığın təhlükədə olmasının əlamətidir. Amma bunun səbəbinin hansı xəstəlik olmasını bilmək üçün ehtimallarla çıxış etmək, necə deyərlər, fala baxmaq olmaz. Bunu həkimlər müəyyən etməlidirlər”.

"Bu gün adama elə gəlir ki, ölkədə COVID-19-dan başqa xəstəlik yoxdur. Əlbəttə ki, bu, belə deyil və digər xəstəliklərdən planlı müalicə alan insanlar onların müalicəsinin arxa plana keçirilməsi faktları ilə qarşılaşmamalıdırlar. COVID-19 pandemiyası dövlət səviyyəli problemdir. Əminəm ki, Səhiyyə Nazirliyi də bu prosesə qoşulduqdan sonra vəziyyət 10-15 gün ərzində düzəlməyə doğru gedəcək. Koronavirus üçün testlər hər kəsə dövlət hesabına edilir. Yalnız dövlətin bu işlə məşğul olduğu təqdirdə, biz dəqiq statistik mənzərə əldə edəcəyik”, - deyə baş həkim vurğuladı.

Kərimova əlavə etdi ki, rəhbərlik etdiyi klinikanın həkimləri karantin altında saxlanılan şəxsləri izləyir və karantinin sonunda bu insanlar testdən keçirilir: "Bir çox xəstənin xəstəxanada müalicəyə ehtiyacı yoxdur, xəstəlikləri yüngül keçir. Əgər ağırlaşma baş verərsə, o zaman təcili yardım çağrılır və vətəndaş xəstəxanaya yerləşdirilir. Problemə belə yanaşma zamanı xəstəxanalarda yer çatışmazlığı problemi də aradan qalxacaq. Hazırda xəstəxanalarda olan xəstələrin, təxminən 60%-i evdə müalicə oluna bilər”.

Mənbə: Ayna.az


Etiket:

Digər xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az