• Xəbər lentİ
Fləş

Qızının faciəvi ölümündən yazdı: "Əsas səbəbkar..."

09:32 / 17.06.2026

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

16:34 / 17.06.2026

"Zirə"nin II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

16:31 / 17.06.2026

Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək

16:26 / 17.06.2026

Prezident səhiyyə işçilərini təltif etdi (SİYAHI)

15:51 / 17.06.2026

Kevin Medina "Qarabağ"dan getdi

15:33 / 17.06.2026

"Qarabağ"ın Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşdi

15:15 / 17.06.2026

Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

15:08 / 17.06.2026

Çempionlar Liqası: "Sabah"ın II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

14:14 / 17.06.2026

"Qarabağ" dayanmayacaq - Azı 3 transfer gözlənilir

14:06 / 17.06.2026

MEDİA-da ikitərəfli görüş keçirildi (FOTO)

13:51 / 17.06.2026

20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir - Özünə yeni vəzifə verildi

12:48 / 17.06.2026

Azərbaycanlı futbolçu "Petrolul" klubuna keçdi

11:50 / 17.06.2026

Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər

11:48 / 17.06.2026

Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı (FOTO)

11:37 / 17.06.2026

Bir milyonluq qaçaqmalçılıqda ittiham olunan şəxslərdən xəbər var

11:14 / 17.06.2026

Əməkdar artistin xanəndə oğlu vəfat etdi (FOTO)

10:49 / 17.06.2026

Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi (FOTO)

10:22 / 17.06.2026

Qızının faciəvi ölümündən yazdı: "Əsas səbəbkar..."

09:32 / 17.06.2026

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

20:12 / 16.06.2026

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

19:12 / 16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

18:23 / 16.06.2026

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16:21 / 16.06.2026

Zeynəb Xanlarova konsert verəcək?

14:36 / 16.06.2026

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

13:58 / 16.06.2026

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

13:50 / 16.06.2026

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

10:37 / 16.06.2026

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

10:17 / 16.06.2026

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

10:17 / 15.06.2026

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

00:21 / 15.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 17 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

Manatın dərdi böyükdür: Baş bankir niyə dəyişdirilmir?

12:03 04.11.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

ABŞ Federal Ehtiyat Sistemi (FES) dollarla bağlı faiz artımı qərarı verməsə də, manat ucuzlaşmaqdadır. Ekspertlər musavat.com-a manatın yaxın müddətdəki taleyinin FES-dən, yaxud Mərkəzi Bankdan asılı olduğunu musavat.com-a açıqlayıblar.

Ekspert Natiq Cəfərli bildirib ki, manatın taleyi hazırda nə FES-dən, nə də Mərkəzi Bankın rəhbərindən asılı deyil: “Manatın dərdi daha böyükdür. Manat ölkənin valyuta gəlirlərinin azalmasından, ölkənin valyuta gətirə biləcək, dünya bazarlarına heç nə təqdim edə bilməməsindən, ölkənin valyuta, idxaldan asılılıqdan asılıdır. Yaxın həftələrdə Yeni il bayramının gəlməsi ilə bağlı idxalın artacağı proqnozlarından da asılıdır. Yəni bir çox şeylərdən asılıdır, xırda məsələlərdən tutmuş iri, makroiqtisadi göstəricilərə qədər hər şeydən asılıdır. Ona görə də manatın taleyi yaxın gələcəkdə heç də yaxşı görünmür. Hələ üstəlik, dekabrda FES də faizi artırsa, qonşu ölkələrdə ciddi valyutaların ucuzlaşmasına səbəb olacaq. Bu da istər-istəməz Azərbaycan manatına təsir göstərəcək. Azərbaycan təcrid olunmuş halda yaşamır, dünyada, ətrafda gedən proseslərdən də asılıdır. Üstəlik, son günlər neftin qiyməti də ciddi enişə keçib. Bu il əslində neftin qiyməti 11 faiz dəyər itirib. Bu da təbii ki, manata basqıları artırır. Bütün bu proseslər üst-üstə gəldikdə, manatın gələcək taleyi çox qaranlıq görünür”.

Ekspertin sözlərinə görə, ilin sonuna FES qərarını dəyişməsə də, manat yenə ucuzlaşacaq: “Manat yenə dəyər itirəcək. Amma ümumən, köklü və fundamental manatın məzənnəsinə təsir etməyəcək. Düşünürəm ki, ilin sonuna qədər yumşaq şəkildə gündəlik, yaxud həftəlik məzənnənin zəifləməsi yolu ilə Mərkəzi Bank manatı ucuzlaşdırmaqda davam edəcək. Çünki həm də hökumətin bunda marağı var. Manat nə qədər ucuz olsa, Dövlət Neft Fondunun və Mərkəzi Bankın ehtiyatlarına o qədər çox qənaət etmiş olur. Burada hökumətin də marağının olduğunu qeyd etmək lazımdır”.

Ekspert Əkrəm Həsənov isə qeyd edib ki, manatla bağlı qısamüddətli proqnoz vermək çətindir: “Çünki manatın məzənnəsi inzibati yolla müəyyən olunur. Kiçik dövr çərçivəsində Mərkəzi Bank istənilən məzənnəni təyin edə bilər. Özünün zərərinə olsa belə edə bilər. Buna görə də ciddi proqnoz uzunmüddətli, ən azı 1 illik ola bilər”.

Ekspertin fikrincə, uzunmüddətli perspektivdə manatın taleyi acınacaqlıdır: “Dolların xeyli bahalaşması və yaxın ildə 2 manatdan, sonra isə yəqin ki, 3 manatdan da baha olması qaçılmazdır. Ona görə ki, ölkənin valyuta gəlirləri azala-azala gedir və gedəcək. İstənilən əmtəə azdırsa, qiyməti bahalaşır. Deməli, ölkədə dollar azaldıqca, qiyməti də artacaq. Dollarımız isə azalır, o cümlədən valyuta ehtiyatlarımız da azalır. Bu, həmçinin Neft Fondunun səriştəsiz fəaliyyəti nəticəsində baş verəcək. Valyuta gəlirlərimiz ona görə azalır ki, neftin qiyməti ən azı artmır və böyük ehtimalla yenə düşəcək. İqtisadi əsaslarla yanaşı, geosiyasi səbəblər də var. Digər tərəfdən, neft hasilatımızın da həcmi azalır.

Deməli, daha az neft satırıq, özü də aşağı qiymətlə satırıq. Neft və qaz Azərbaycanın yeganə valyuta gəliri mənbəyidir. Dünya bazarında əhəmiyyətli həcmdə başqa heç nə satmırıq. Çünki qeyri-neft sektorumuz, o cümlədən kənd təsərrüfatı inkişaf etməyib və etmir də. Sahibkarlığın inkişafı üçün ciddi və real tədbirlər görülmür, məmurlar prezidentin göstərişlərini yerinə yetirmir. Məhkəmə sistemi bərbad gündədir.

Buna görə də sərmayə qoyub iş görmək istəyən yoxdur. Xaricə nə isə satmağımız bir tərəfə, heç özümüzü də təmin edə bilmirik, ərzaqın da böyük hissəsini idxal edirik. Təbii, neft gəlirləri hesabına.

Deməli, valyuta gəlirlərimizin bir hissəsi ərzağa xərclənir. Buna görə də manatın devalvasiyasının sonu görünmür. Görünməsi üçün indidən tədbirlər görmək lazımdır. İlk növbədə də müstəqil və obyektiv məhkəmə sistemi olmalıdır ki, sahibkarlarda əminlik hissi yaransın və yavaş-yavaş iqtisadiyyatımız dirçəlsin.

Bank sistemi və milli valyuta etimada söykənən institutlardır. Bu etimad ilk növbədə Mərkəzi Bankın rəhbərinə olan etimadla ölçülür. Azərbaycanda isə Mərkəzi Bankın sədri ən nüfuzsuz məmurlardan biridir, sözünə heç etimad yoxdur, düz danışanda belə etimad göstərilmir. Buna görə də məntiqlə çoxdan istefaya göndərilməli idi. Amma göndərilmir. Ona görə ki, devalvasiya bitməyib”(musavat.com).

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Çempionlar Liqası:

Çempionlar Liqası: "Sabah"ın II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

17.06.2026
Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

17.06.2026

"Qarabağ"ın Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşdi

17.06.2026
Kevin Medina

Kevin Medina "Qarabağ"dan getdi

17.06.2026
Prezident səhiyyə işçilərini təltif etdi (SİYAHI)

Prezident səhiyyə işçilərini təltif etdi (SİYAHI)

17.06.2026
Konfrans Liqası:

Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək

17.06.2026
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

17.06.2026

"Zirə"nin II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

17.06.2026
Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi (FOTO)

Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi (FOTO)

17.06.2026
Qızının faciəvi ölümündən yazdı:

Qızının faciəvi ölümündən yazdı: "Əsas səbəbkar..."

17.06.2026
Əməkdar artistin xanəndə oğlu vəfat etdi (FOTO)

Əməkdar artistin xanəndə oğlu vəfat etdi (FOTO)

17.06.2026
Bir milyonluq qaçaqmalçılıqda ittiham olunan şəxslərdən xəbər var

Bir milyonluq qaçaqmalçılıqda ittiham olunan şəxslərdən xəbər var

17.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Çempionlar Liqası:

Çempionlar Liqası: "Sabah"ın II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

17.06.2026
Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

17.06.2026

"Qarabağ"ın Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşdi

17.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az