• Xəbər lentİ
Fləş

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

20:12 / 16.06.2026

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

19:12 / 16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

18:23 / 16.06.2026

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16:21 / 16.06.2026

Zeynəb Xanlarova konsert verəcək?

14:36 / 16.06.2026

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

13:58 / 16.06.2026

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

13:50 / 16.06.2026

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

10:37 / 16.06.2026

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

10:17 / 16.06.2026

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

10:17 / 15.06.2026

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

00:21 / 15.06.2026

Azərbaycanda Milli Qurtuluş Günüdür

00:10 / 15.06.2026

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

23:28 / 14.06.2026

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

23:27 / 14.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 17 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Böyük yazıçı, böyük kafir - Qismət yazır...

11:30 02.11.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
MilliYol.Az Qismətin “Gələcəyin tarixi” kitabından “Salman Rüşdini oxumaq” esesini təqdim edir.
 
“Şərq Şərqdir, Qərb də Qərb”. (Kiplinq)
 
“Biz onların yuxusuyuq... onlar da bizim”. (S.Rüşdi)
               
Salman Rüşdiyə iki tip münasibət var.
 
Birincilər onu böyük romançı kimi qəbul edən, amma kafir hesab edənlərdi.
 
İkincilər isə Rüşdini “böyük kafir” sayanlar, həm də romançı saymayanlardı.
 
Rüşdinin romanlarına yaraşan xəyali bir süfrə təsəvvür etsək və bu süfrədə birincilərlə ikinciləri üzbəüz əyləşdirsək, məncə onların fikrinin kəsişdiyi yer, təəssüf ki, ədəbiyyat olmayacaq.

Demək üçüncü bir yanaşmaya ehtiyac var. Bu isə çox sadədi: yazıçını əsəri ilə tanımaq.

Bizim ədəbi gündəmimizdə Rüşdinin düşdüyü qalmaqallar onun romançılığını üstələyir. Onun romanları isə dilimizə çevrilməyib deyə, (bir neçə jurnalda, qəzetdə bəzi romanlarından hissələrə rast gəlmişəm) Rüşdinin sanki bizim oxucuların gözündə yazıçı obrazı yoxdur.

Onlar Rüşdini daha çox avantürist, kafir, oyunbaz, öz dilinə xəyanət edib ingiliscə yazan bir hindli kimi tanıyırlar. İstisnalar  yəqin ki, var. Narahat olmayın, kimdir Rüşdi? – sualını verib onun bioqrafiyasına keçmək fikrim yoxdur. Bunun yerinə, Salman Rüşdinin “Florensiyalı sehrbaz” romanından danışaq.

Salman Rüşdi bu romanı haqqında belə deyib: “Bu kitabı yazmaq üçün neçə il oxuyub, araşdırma aparmalı olmuşam.” Romanın mən oxuduğum türkcə nəşrində müəllif kitabının sonuna  böyük bir siyahı da əlavə edib. Bu siyahıda Rüşdi romanı yazarkən bəhrələndiyi mənbələri göstərib.

Siyahıda 85 kitab adı, 20 elektron mənbənin ünvanı var. Bu kitabların içində bədii kitablar da var, akademik araşdırmalar da.

Tərcüməçi kitabın sonunda Rüşdinin dilindən balaca bir qeyd yazıb: “Bu siyahı istifadə etdiyim mənbələrin tam siyahısı deyil.Gələcək nəşrlərdə bu çatışmazlıq aradan qaldırılacaqdır.”

Keçək kitabın arxa üzündəki tanıtım yazısına. Tanıtımda yazılıb: “Müxtəlif hekayəçilər, səyyahlar, macəraçılar tərəfindən nəql olunan, Babur imperiyası, Osmanlılar, Monqollar və intibah dövrü Florensiyasının tarixinə, mədəniyyətinə işarələr edən, bölgənin tarixini nağıllarla çulğalaşdıran mükəmməl bir əsər. Kitabda erotizmin episentrində olan gözəllər gözəli florensiyalı sehrbaz, əslində kişilərin dünyasında öz taleyinə özü hakim olmaq istəyən bir qadındı. Amma öz taleyinə hökm edə-edə, həm də hökmdarların taleyini dəyişdirir və ən parlaq dönəmini yaşayan Əkbər şah və Florensiyanın ictimai həyatında da çevriliş edir. “Florensiyalı sehrbaz” sizi tale, gözəllik, savaşlar, tilsimlər və sədaqətlə hörülmüş bir yolda Renessans İtaliyasının saraylarından Hindistanın uzaq sahillərinə qədər aparacaq bir şah əsərdi.“
 
Bir zamanlar mən kitabların tanıtım yazısına inanıb çox kitab almışam və əlbəttə ki, aldanmışam. Bu aldanışdan geridə sadəcə statistika qalıb. Olsun, zərər yoxdur. Hərdən kəmiyyətlə öyünənlərin yanında bu statistika da kara gəlir.

Salman Rüşdinin “Florensiyalı sehrbaz”  romanını isə tanıtım yazısını oxumadan, vitrində görən kimi aldım. Çünki Rüşdinin “Gecəyarısı uşaqları” romanını oxuyandan bu yana, o mənim sevimli yazıçılarımdan birinə çevrilib.
 
(Balaca qeyd: Salman Rüşdinin “Gecəyarısı uşaqları” romanı 1981-ci ildə “Booker”, 1993-cü ildə “Booker of Bookers” və 2008-ci ildə “Best of Bookers” mükafatlarına layiq görülüb).

“Florensiyalı sehrbaz” romanı 19 bölümdən ibarətdir və hər bölümün adı elə həmin bölümün birinci cümləsidir. Romana Françeska Petrarkadan və Mirzə Qalibdən epiqraf verilib. Salman Rüşdi romanını “Min bir gecə nağılları”nda, qədim şərq pritçalarında, əhvalatlarında oxumağa adət etdiyimiz bəzəkli, cəzbedici bir təhkiyə ilə yazıb.
“Florensiyalı sehrbaz” şərqdə məşhur olan vəzir Birbalın əhvalatları, paradoksal bir xarakterə sahib Əkbər şahın yuxuları, fikirləri ilə, şəhərin bazarı, alverçiləri, dələduzları, fahişələri və sair şeylərlə cümlə-cümlə hörülən, olduqca rəngli, çoxsəsli bir romandı. Hər əhvalatın, hər sözün, hər cümlənin ətrafında qəribə mistik bir ab-hava, bir sirr haləsi yaratmağı bacaran Rüşdi oxucunu nağıllar dünyasına salır.

İlk baxışdan adama uydurma, təxəyyül kimi gələn (əslində də bunlar həm Rüşdinin sonsuz fantaziyasının məhsuludur) bütün bu qəribə əhvalatları oxuduqca anlayırsan ki, bunlar nağıl qəhrəmanlarının xasiyyətlərini götürmüş, libasını geyinmiş bugünün, dünənin sərt həqiqətləridir.

Magik realist üslubla postmodernizmin izdivacından doğulan bu romanda Rüşdi öldürücü ironiyasını yenə işə salıb. Rüşdinin ironiyası bu sehrli romanı oxunaqlı edən, onun canlı tutan əsas özəlliklərdən biridir.

Romanın qəhrəmanlarından biri Əkbər şah daim Qərb dünyasının həsrətini çəkir, həsəd aparır və bir gün həmin Qərb Florensiyadan yola çıxıb, “dərələrdən sel kimi, təpələrdən yel kimi” keçib, ta Əkbər şahın sarayına qədər gəlir – səyyah dell Amore-un libasında. Rüşdi səyyahın da, şahın da şişirdilmiş, bir qədər də komik obrazını yaradıb.

Bununla sanki o deyir: Şərq Qərbi, Qərb də Şərqi özü üçün o qədər ekzotikləşdirib ki, nəticədə hər iki tərəfin bir-biri barəsində təsəvvürləri bu cür gülüncləşib. Onlar həmişə bir-biri üçün kəşf edilməmiş tərəfləri olan Yeni Dünyadırlar.       

Saraya qəfildən təşrif buyuran bu sarı saçlı, qəribə əlbisəli səyyahda yalnız Əkbər şaha söylənməyə layiq bir sirr var və bu sirrin onun əlində olması səyyah üçün bütün qapıları açır. Nədir bu sirr? O sirri sizinlə bölüşmək istəmirəm. Çünki o sirri bilmək üçün hər biriniz o sirrə layiq olmalısınız, bunun isə bircə yolu var – romanı oxumaq.
 
Zatən o zaman mənə ehtiyac qalmayacaq.

kulis.az

Etiket:

Digər xəbərlər

Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

16.06.2026
Zeynəb Xanlarova konsert verəcək?

Zeynəb Xanlarova konsert verəcək?

16.06.2026
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16.06.2026
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

16.06.2026
Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

16.06.2026
24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

16.06.2026
İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

16.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az