• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Yaşam

İlk paltar geyinən, oğul xəyanəti ilə qarşlılaşan, kəsilərək öldürülən - Peyğəmbərlər

13:03 24.11.2019 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Peyğəmbərlər Allahın dünyadakı elçiləri sayılır. Dini rəvayətlərə görə, onlar Allahın sözünü insanlara çatdırırdı. Əsrlər əvvəl yaşayaraq vəfat etmiş bu insanlara hələ də inananlar var.

MilliYol.Az teleqraf.com-a istinadən peyğəmbərlər haqda məlumatları təqdim edir.

Adəm peyğəmbər

Dini rəvayətlərə görə, Allah ilk insan Adəmi torpaqdan yaratdı. Adəmdən sonra Həvva – qadın xəlq olundu. Adəm və Həvva doğulan uşaqları ilə nəsil artırmağa başladı. İlk cinayəti də onların böyük oğlu Qabil kiçik qardaşı Habili öldürməklə işlədi.

Bundan sonra Allah Adəmə peyğəmbərlik verdi və ona on səhifə endirildi.

İdris peyğəmbər

İdris peyğəmbər Şeysin oğlu, Adəmin nəvəsidir. Onun dövründə əsas problem doğruluq və dürüstlüyün qalmaması idi.

İdrisə insanlara doğruları göstərmək üçün peyğəmbərlik verildi. Astronomiya və riyaziyyatla ilk maraqlanan, ilk dəfə iynə ilə paltar dikən və geyinən, ölçü və çəki alətlərindən ilk istifadə edən, ilk yazı yazan insan olduğu rəvayət edilir. İdrisə 30 səhifə endirilib.

Nuh peyğəmbər

Nuh indiki İraqda doğuldu. O, zəngin bir qövmlə uzun müddət mübarizə apardı, qövmü onu dəlilikdə ittiham etdi.

Rəvayətə görə, Allah Nuha ağacları kəsib böyük bir gəmi hazırlamaq əmrini verdi. Gəmi hazır olandan sonra ailəsini və ona inananları, hər canlıdan bir cüt gəmiyə mindirməsini əmr etdi. Qırx gün yağış yağdı. Bütün yer üzü su altında qaldı. Gəmidə olanlardan başqa hər kəs öldü. Nuhun gəmisi altı ay dayanmadan nəhəng dalğalar arasında bütün dünyanı dolaşdı. Tufan sakitləşdikdən sonra dünya yenidən əvvəlki halına qayıtdı. İnsan nəsli Nuhla davam etməyə başladı.

Hud peyğəmbər

Hud İrəm şəhərində hündür mərtəbəli binalar tikən Ad qövmünə göndərildi. Böyük tufandan sonra göndərilən ilk peyğəmbərlərdən biridir. Peyğəmbər kimi göndərildiyi qövm bugünkü Yəmən torpaqlarında yaşayırdı. Hud mərhəmətli və yoxsullara yardım edən bir peyğəmbərdi.

Saleh peyğəmbər

Saleh İsa kimi ayaqyalın gəzir, ayaqqabı geyinməzdi. O, dağlar və qayaları dələrək qeyri-adi evlər tikən Səmud qövmünə göndərildi.

Səmud qövmü imtahan üçün göndərilən Salehin dəvəsini öldürüb imtahandan pis çıxdılar, bundan sonra qövm həlak oldu.

İbrahim peyğəmbər

İbrahimin atası Azər Karr xalqından idi. Babil hükmdarı Nəmrud onu alovun içinə atdı, amma o, yanmadı. İbrahimin ilk övladı İsmayılın anası Həcər idi. Birinci arvadı isə İshaqı dünyaya gətirdi. İbrahim oğlu İsmayılla birlikdə Kəbəni tikdi. Allah üçün qurban kəsilməsi İbrahimlə bağlıdır, ona on səhifə endirildi. İbrahim Allahın dostu kimi xatırlanır.

Lut peyğəmbər

Lut İbrahimin qardaşının oğludur. Lutun peyğəmbər kimi göndərildiyi qövm əxlaqsız idi. O, hökm və elm verilən peyğəmbərdir. Söyüş və əxlaqsızlıqları ilə məşhur olan Sədum və digər dörd şəhərə peyğəmbər göndərilmişdi.

Lut bu qövmün arasında iyirmi doqquz il yaşadı. Vəfat edənə qədər İbrahimin yanında qaldı.

İsmayıl peyğəmbər

İsmayıl İbrahimin ilk övladı idi. İslam peyğəmbəri onun soyundan gəlir. İsmayıl 137 yaşında Məkkədə vəfat etdi və nəşi anası Həcərin yanında dəfn edildi.

İshaq peyğəmbər

İshaq İbrahimin ilk arvadı Saranın oğludur. İshaq İsrailoğulları nəslinin ilk nümayəndəsi sayılır. Atası İbrahimə oxşayırdı, qocalanda gözləri görmədi. İbrahimin vəfatından sonra Şamda peyğəmbərlik verildi. Rəvayətə görə, anası Sara onunla birlikdə həcc ziyarətinə getdi.

Yaqub peyğəmbər

Yaqub İshaqın oğludur. Övlad itkisi və övlad xəyanəti ilə üzləşdi. Qardaşları atalarının sözünə baxmayaraq Yusifi quyuya atdılar.

Yusifin başına gələnlərdən sonra gözləri tutuldu, amma ona qovuşduqdan sonra yenidən açıldı.

Yusif peyğəmbər

Yusif Adəmə oxşayırdı. Yaqubun on iki oğlundan ən çox sevdiyi oğlu idi. Qardaşları ona paxıllıq edib quyuya atdılar. Yusifə yuxuları yozma istedadı verildi. Bunun sayəsində Misiri idarə etdi.

Əyyub peyğəmbər

Əyyubun anası Lutun qızı idi. Atası İbrahimə inanırdı. Davuda görə, Əyyub insanların ən həlim və sakiti, ən səbirli və hirsinə məğlub olmayanı idi. Əyyub süfrəsi ətrafında yoxsul insan oturmadıqca yemək yemirdi. Ağır bir xəstəlik keçirdi, amma bu imtahanı səbirlə keçdi.

Zulkifl peyğəmbər

Əyyubdan sonra Zulkifl peyğəmbər göndərildi, Şamda yaşadı. Əyyubun oğludur. Səbirli insan idi.

Şüeyb peyğəmbər

Şüeyb gözəl nitqinə görə "peyğəmbərlərin xətibi” adlandırıldı. Ölçü və çəkidə hiyləyə əl atan Mədyən əhlinə peyğəmbər göndərildi. Şüeybin qızlarından biri Musa ilə evləndi.

Yunus peyğəmbər

Yunus İlyasdan sonra peyğəmbər göndərildi. Otuz üç il qövmünü Allaha ibadətə dəvət etsə də, bu illər ərzində ona yalnız iki nəfər inandı. İman edənlərdən biri Rubil, digəri Tənuh idi.

Musa peyğəmbər

Sağ əlində nübuvvət xalı vardı. Şüeybin kürəkəni idi. İsrailoğullarına peyğəmbər göndərildi. İsrailoğulları onun başçılığı altında Misirdən çıxdı. "Tövrat” ona göndərildi.

Harun peyğəmbər

Harun Musadan bir yaş böyük idi, onunla qardaşdır. Harun Musanın köməkçisi olaraq göndərildi. Musa Mədyəndən Misirə qayıdanda Allahın sözlərini Haruna çatdırdı. O da bunları qəbul edərək Musaya kömək etdi.

İlyas peyğəmbər

İlyas İsrailoğullarına peyğəmbər göndərildi. Musanın köməkçisi İsus Navinin nəvəsi idi. Qövmü ona inanmadığı üçün məhv oldu.

İlya peyğəmbər

İlyanın İlyasın əmisi oğlu olduğu deyilir. İlya həyatının sonunadək İsrailoğullarının arasında yaşayıb onları Allaha inanmağa dəvət etdi.

Davud peyğəmbər

Əvvəllər Talutun ordusundə bir əsgər kimi döyüşdü, daha sonra peyğəmbər olaraq İsrailoğullarının kralı oldu. Dəmirçi idi. "Zəbur” Davuda göndərildi.

Süleyman peyğəmbər

Davudun oğludur. İbrahimin nəslindən idi. Atası Davudun vəfatından sonra krallıqla birlikdə peyğəmbərlik də verildi. Bütün canlılarla danışa bilmək özəlliyi vardı. İnsanlarla yanaşı, quşlar, külək və cinlər də ona xidmət edirdi.

Zəkəriyyə peyğəmbər

Süleymanın nəslindəndir. Dülgərlik peşəsini o tapdı. İsrailoğullarının həm peyğəmbəri, həm də onların adından danışan insan idi. Qüdsdə Məryəmi o qorudu. İsrailoğulları tərəfindən bağlandığı ağacla birlikdə kəsilərək öldürüldü.

Yəhya peyğəmbər

Zəkəriyyənin oğludur. Yəhya hələ kiçik yaşda olanda ona peyğəmbərlik verildi. O da atası kimi yəhudilər tərəfindən öldürüldü. Ona qədər kimsəyə Yəhya adı verilmədi, rəvayətə görə, bu adı ona Allah verdi. İsanın gələcəyini o dedi.

İsa peyğəmbər

Atasız doğuldu. Rəvayətə görə, hələ beşikdə olanda danışdı, ölüləri diriltdi, xəstələri sağaltdı, korların gözlərini açdı. İsanın doğulduğu il milad təqviminin başlanğıcı sayılır. "İncil” ona göndərildi.

Məhəmməd peyğəmbər

Məhəmmədin nəsli İbrahimdən başladı. Qüreyş qəbiləsindən idi. Qırx yaşında peyğəmbərlik verildi. Məhəmmədə ilk inananlar arvadı Xədicə, Əli, Zeyd və Əbu Bəkir oldu. "Sonuncu peyğəmbər” deyə xitab edilir. "Quran” ona göndərildi.

Mənsur Rəğbətoğlu
Teleqraf.com


Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az