• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İdman

Fazil Məmmədovun qudası ilə bağlı beynəlxalq qalmaqal

13:00 20.09.2019 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Məlum olduğu kimi, Qazaxıstanın paytaxtı Nur-Sultanda sərbəst güləş üzrə dünya çempionatında Azərbaycan idmançıları ilə bağlı qalmaqal yaşanıb. Bunlar barədə bir qədər sonra...

Əvvəla, onu qeyd edək ki, çempionatdan bir gün əvvəl məlum olub ki, Azərbaycanın sərbəst güləş üzrə milli komandası Qazaxıstana baş məşqçisiz gəlib. Bildirilib ki, dağıstanlı baş məşqçi Saypulla Absaidov mundial öncəsi komandanın sükanını tərk edib.

Onun üçün çempionata bilet alınsa da, özü kollektivlə birgə olmaq istəməyib. Absaidovun bu addımının səbəbi açıqlanmayıb. Komanda Nur-Sultana köməkçi-məşqçilər Arif Abdullayev və Zəlimxan Hüseynovun rəhbərliyi altında gəlib.

"Report” xəbər verib ki, federasiyanın sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov dağıstanlı mütəxəssisin bu addımını şərh etmək istəməyib.

"Yeni Müsavat” bildirir ki, Saypulla Absaidov 68 kq çəki dərəcəsində 2 dəfə SSRİ çempionu olub. 1980-cı ildə olimpiya və Avropa, növbəti il dünya çempionatında qızıl medal qazanıb.

2009-cu ildə sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub.

10 il baş məşqçi işləyən Absaidovun qəfil yoxa çıxması, hətta qaçması haqda iddialara isə hələ ki cavab yoxdur. Daha dəqiqi var, amma o cavablar müəmmaları azaltmayıb, əksinə...

Belə ki, Azərbaycan Güləş Federasiyasının prezidenti vəzifəsini icra edən Namiq Əliyev yalnız bir gün sonra Saypulla Absaidovun niyə milli komanda ilə gəlməməsinin səbəbi barədə danışıb. Amma qeyd etdiyimiz kimi, onun dedikləri də məsələyə aydınlıq gətirməyib.

Namiq Əliyev deyib ki, dağıstanlı mütəxəssis tutduğu vəzifədən istefa verməyib, onun çempionata gəlməməsi başqa səbəbdəndir(?-red) . "Heç bir istefa söhbəti yoxdur” deyən federasiya rəhbəri sərbəst güləşçilərin şəxsi məşqçiləri ilə gəlmələrini məqsədəuyğun saydıqlarını vurğulayıb: "Müəyyən idmançılarımız şəxsi məşqçilərlə hazırlaşırlar. Xüsusən də Dağıstan Respublikasından olan idmançılar. Bu halda onlar özlərini daha komfort hiss edirlər. Belə məsləhət oldu ki, onlar öz məşqçiləri ilə çalışmaqda davam etsinlər. Ona görə də belə formatda gəlmişik. Burada bir problem görmürəm”.

Namiq Əliyev dağıstanlı baş məşqçi üçün dünya çempionatına biletin sifariş olunmasına dair fikirlərə isə belə münasibət bildirib: "Bilet çox adama alına bilər. Akkreditasiyadan isə bir ay öncədən keçmək lazımdır. İdmançı öz psixoloji durumunun pozulmaması üçün öz şəxsi məşqçisi ilə hazırlaşmaq istəyir. Bu cür amillər də var”.

2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya verəcək çempionat haqda federasiya rəhbərinin dedikləri də maraq doğurur. "Dünya çempionatını yola verək, daha sona bu məsələ ilə bağlı geniş açıqlama verəcəyik”, - deyə, o bildirib.

Amma məlumdur ki, çempionatı asan " yola vermək” mümkün olmayıb.

Belə ki, sentyabrın 18-də sərbəst güləşçi Hacı Əliyev ilk görüşünə çıxıb. 65 kq çəki dərəcəsində yer alan titullu pəhləvan təsnifat mərhələsində rusiyalı Hacımurad Rəşidovla üz-üzə gəlib. İlk hissədə üçqat dünya çempionumuz Hacı Əliyev hesabda geri düşsə də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişib - 2:1. Lakin sona doğru Rəşidov önə çıxıb - 3:2. Bununla belə, güləşçimiz son saniyələrdə 2 xallıq fənd işlədib. Hakimlər əvvəlcə bu xalı qeydə alıb və azərbaycanlı pəhləvan yenidən irəli çıxıb - 4:3. Lakin Rusiya tərəfi qərara etiraz edib. "Çelenc”ə baxıldıqdan sonra onların etirazı qəbul edilib. Nəticədə Əliyevin 2 xalı silinib, rəqibinə 1 xal verilib. Beləliklə, rusiyalı qalib elan olunub - 4:2.

Qərardan narazı qalan Azərbaycan güləşçisi hakimə ciddi etiraz edib. Ona qırmızı vərəqə göstərib və diskvalifikasiya ediblər. Sonra güləşçimiz hakimlərin üzərinə getmək istəyib. İşə yerli polislər qarışıb. Yalnız bundan sonra üçqat dünya çempionu sakitləşib. Sonra məlum olub ki, qırmızı vərəqə ləğv edilib və pəhləvanımız minimal da olsa, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə etmək şansını saxlayır.

Sentyabrın 19-da daha bir sərbəst güləşçimiz Mahir Əmiraslanov 1/16 final görüşünə çıxıb. 57 kq çəki dərəcəsində yer alan Əmiraslanov rusiyalı Zavur Uquyevlə qarşılaşıb. Minsk-2019 II Avropa Oyunlarının qalibi ilk hissədə 1:0 hesablı üstünlük əldə edib. Lakin ikinci hissədə Uquyev hesabı öz xeyrinə dəyişərək qalib gəlib - 4:3.

Qeyd edək ki, hələlik Azərbaycan təmsilçilərindən qadın güləşçi Mariya Stadnik (50 kq) qızıl medal və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya, yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb.

Yunan-Roma güləşçiləri 2 medal qazansalar da, lisenziyasız qalıblar. Federasiya prezidenti əvəzi deyib ki, bu uğursuzluğa görə mütləq cəza olacaq. "Lakin bu, uzun söhbətin mövzusudur. Burada xırdalamağa zaman lazımdır. Bakıya qayıdandan sonra bunları müzakirə edəcəyik və sizinlə də görüşərək məlumat verəcəyik”.

Qəzet yazır ki, Namiq Əliyev sabiq vergilər naziri Fazil Məmmədovun qudasıdır. Belə ki, Fazil Məmmədovun qızı Namiq Əliyevin gəlinidir. Onlar qohum olana qədər də birlikdə işləyiblər. Namiq Əliyev F.Məmmədovun həm Vergilər Nazirliyində, həm də AGF-də müavini vəzifəsini tuturdu.

Onlar quda olduqdan sonra Namiq Əliyev Azərbaycan Güləş Federasiyasından istefa vermişdi. Fazil Məmmədov nazir postundan ayrıldıqdan sonra Namiq Əliyev də nazirlikdəki vəzifəsini itirdi. Maraqlıdır ki, ötən ilin oktyabrında Namiq Əliyev gözlənilmədən yenidən AGF-yə, bu dəfə F.Məmmədovun yerinə- prezident vəzifəsinə qaytarılıb. Aydındır ki, baş verənlər həm də prezident kimi Namiq Əliyevin məsuliyyətidir. Bu "yıxılma”nın səbəbi hakim qərəzliyi olsa belə, Azərbaycan adına üzücüdür. Səbəbi isə federasiya prezidentinin dediyi kimi, çempionatı "yola verəndən” sonra Bakıda aydınlaşdırırlar.


Etiket:

Digər xəbərlər

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az