• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Mədəniyyət

Vyanada Azərbaycan mədəniyyətinə həsr edilən tədbirlər keçirilib (FOTO/VİDEO)

14:14 10.09.2019 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Sentyabrın ilk həftəsi Vyanada “Mədəniyyətlərarası bağlılığın uzun gecələri” mədəniyyət həftəsi keçirilib. Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatının (BMMT) hər il təşkil etdiyi silsilə tədbirlər mədəni müxtəlifliyin təbliği məqsədini daşıyır.

“Finans.az” xəbər verir ki, Vyana Şəhər Bələdiyyəsində keçirilən açılış mərasimində təşkilatın rəhbəri Yosipa Palaç çıxış edərək mədəniyyət həftəsinin mahiyyəti barədə danışıb.

Qeyd olunub ki, mədəni müxtəlifliyi insanlar arasında bir körpü kimi qəbul edən BMMT mədəniyyətlərarası bağlılığa, fərqli mədəni ifadə formalarına tolerant yanaşma və ümumbəşəri mədəni dəyərlərin təbliğini öz missiyasına çevirib. “Mədəniyyətlərarası bağlılığın uzun gecələri” həftəsi musiqi, milli kulinariya, incəsənət, geyimlər, podium müzakirələri və digər layihələrlə mədəni müxtəlifliyi müxtəlif aspektlərdən təqdim etməyə xidmət edir.

Tədbirin bədii hissəsində dünyanın müxtəlif ölkələrindən milli rəqs qrupları öz musiqi proqramları ilə çıxış ediblər. Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri Alina Qontareva, Valeriya Konkina, Nurlan Rza-zadə və Eldar Hüseynovun ifasında təqdim olunan milli rəqslərimiz tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Tədbir çərçivəsində Vyana Şəhər Meriyasının foyesində yaradılmış guşədə Azərbaycana həsr olunmuş kitab və broşürlər nümayiş etdirilib, tədbir iştirakçılarına milli şirniyyatlarımız paylanıb.

Tədbirin ikinci günü Vyanada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunub. Tədbiri mərkəzin rəhbəri Leyla Qasımova açıb. O, mədəniyyətlərarası əlaqələrin inkişafına töhfə verən bu cür tədbirlərin qarşılıqlı münasibətləri inkişaf etdirdiyini, mədəni və incəsənət əlaqələrinin inkişafının dinc, birgəyaşayış üçün ən uğurlu vasitələr olduğunu qeyd edib. Sonra tədbir iştirakçılarına azərbaycanlı rəssam və heykəltəraş Elvin Nəbizadənin “LOST LAND” videoinstallasiyası təqdim olunub. Həmçinin Azərbaycanda “Multikulturalizm ili” çərçivəsində ərsəyə gələn və Azərbaycanda məskunlaşmış etnik qruplara həsr olunan “Bir günəş altında” sənədli filmi nümayiş edilib. Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri Alina Qontareva, Valeriya Konkina, Nurlan Rza-zadə və Eldar Hüseynovun ifasında “Qarabağ”, “Naz eləmə”, “Ağ çiçəyim”, “Sarı gəlin” və digər Azərbaycan milli musiqi nümunələri məharətlə ifa olunub.

“Mədəniyyətlərarası bağlılığın uzun gecələri“ mədəniyyət həftəsi çərçivəsində incəsənət üzrə beynəlxalq ekspertlər üçün Azərbaycan Mədəniyyət Mərkəzi ilə tanışlıq görüşü keçirilib.

Görüşdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qonaqlara təsis olunduğu ilk gündən mərkəzin fəaliyyəti barədə məlumat verib, bu mərkəzin Azərbaycan mədəniyyət və incəsənətini tanıtmaq məqsədilə Avropanın mədəniyyət paytaxtlarından biri olan Vyana şəhərində müxtəlif səpkili layihələrə imza atdığını diqqətə çatdırıb. Qeyd edilib ki, Mədəniyyət Mərkəzinin əsas hədəfləri sırasında müxtəlif mədəniyyətləri təmsil edən insanları bir araya gətirmək, mədəniyyətlərarası dialoqun baş verdiyi tolerant bir məkana çevrilməkdir.

Dünyanın müxtəlif ölkələrindən olan incəsənət ekspertləri, sənətşünas və menecerlər tanışlıq görüşündən məmnunluqlarını ifadə ediblər, gələcəkdə Azərbaycanla bağlı layihələr və bu layihələr çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq imkanları barədə danışıblar.

Növbəti gün qadınların cəmiyyətdə roluna dair podium diskussiyası və qala gecəsi keçirilib. Tədbirin bədii hissəsində gənc musiqiçilər kiçik konsert proqramı ilə çıxış ediblər. Gənc azərbaycanlı pianoçu, bəstəkar və dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə Azərbaycan bəstəkarlarının əsərlərini, eləcə də özünün bəstələdiyi “Xocalıya” kompozisiyasını ifa edib və bu ifa tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Podium diskussiyasına çıxışçı qismində dəvət olunan Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova gender bərabərliyindən danışarkən, bu bərabərliyin Azərbaycanın demokratik keçmişindən irəli gəldiyini söyləyib.

Bildirib ki, ötən il Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi qeyd edilib: “Müsəlman dünyasında ilk dünyəvi parlament respublikası, etnik, dini və sosial mənşəyindən asılı olmayaraq bütün vətəndaşlarına bərabər hüquqların verilməsi bütün müsəlman və türk dünyasında baş verən çox vacib bir hadisə idi. Qadınlar kişilərlə bərabər hüquqlara sahib oldular və 100 il əvvəl qadınlara seçki hüququ verildi, bu da onlara Azərbaycanın ictimai və siyasi həyatında iştirak etməyə imkan yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcud olsa da, qəbul edilmiş qərarlar ölkəmizin gələcəyinə çox təsir etdi”.

Xüsusilə qeyd edilib ki, Azərbaycanda qadınlara yüksək dəyər verilməsi, onların cəmiyyətdə mövqeyinin gücləndirilməsi üçün atılan addımların tarixi qədimdir. Azərbaycanın tanınmış xeyriyyəçilərindən olan Haci Zeynalabdin Tağıyev 1901-ci ildə Bakıda müsəlman qızlar üçün ilk dünyəvi məktəb açıb. 1908-ci ildə Qarabağ xanlığının son hökmdarının varisi Həmidə Cavanşir oğlan və qızların birlikdə oxuduğu bir məktəb yaradıb. Bütün bu addımlar hələ XX əsrin əvvəlində Azərbaycanda gender bərabərliyi istiqamətində görülən işlər idi: “Çox qürur hissi ilə deyə bilərik ki, müstəqilliyimizi bərpa etdikdən sonra gender bərabərliyi yolunda qətiyyətli addımlar atmağa başladıq. 1998-ci ildə Azərbaycanda Qadın Məsələləri üzrə Komitə yaradıldı. 2000-ci ildə ümummilli lider Heydər Əliyev qadınlarla bağlı dövlət siyasətində böyük rol oynayan Fərman imzaladı. 2006-cı ildə qəbul edilən “Gender bərabərliyinin təminatları haqqında qanun“ gender əsaslı ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaq, siyasi, iqtisadi, sosial və mədəni sahələrdə gender bərabərliyini təmin etmək məqsədi daşıyırdı”. “Azərbaycanda gender siyasəti gücləndikcə cəmiyyətin müxtəlif təbəqələrində qadınların mövqeyi də möhkəmlənir.

Hazırda ölkəmizdə doktorantura ali təhsil pilləsində təhsil alanların 56 faizi qadınlardır, dövlət qurumlarında, eləcə də özəl sektorda da onların sayı artmaqdadır. Yeni nəsil Azərbaycan diplomatları və gənc liderlər Heydər Əliyev Fonduna rəhbərlik edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan ilham alırlar. Mehriban Əliyeva UNESKO-nun xoşməramlı səfiri kimi yorulmaz humanitar səyləri, qadınlar, uşaqlar üçün təbliğat işləri ilə də tanınır, Azərbaycan qadınları üçün əsl örnək rolunu oynayır”, - deyə, səfir qeyd edib.

Altı gün davam edən mədəniyyət həftəsinin yekununda müxtəlif ölkələrin milli geyimlərindən ibarət “Dünyanın geyimləri” adlı dəfilə təşkil edilib. Dəfilədə 60-dək ölkənin milli geyimləri təqdim olunub. Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan milli geyimləri də dəfilədə təqdim edilib. Azərbaycanlı dizaynerin milli geyimlərdən ibarət kolleksiyası tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Kolleksiyada Azərbaycanın müxtəlif regionlarının (Qarabağ, Bakı, Gəncə-Qazax) yüksək bədii ustalıqla tikilmiş kişi və qadın geyimləri də sərgilənib.

Fotolar


Etiket:

Digər xəbərlər

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az