• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 13 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

"Xalq Sığorta" aprel döyüşçüsünün sığorta pulunu niyə vermir? (ABSURD SƏBƏB) 

15:59 06.03.2019 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

2016-cı ildə Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən hərbi zavodunda baş vermiş güclü partlayış səbəbindən Şirvan şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən 64 nömrəli evə ciddi ziyan dəyib. Lakin evi sığortalayan "Xalq Sığorta" şirkəti vətəndaşın sığorta pulunu 3 ildir ki, vermir.

Bu barədə Qaynarinfo-ya zərərçəkmiş Zaur Əhmədov özü məlumat verib. O, məsələ ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etdiyini, lakin heç bir nəticəsi olmadığını deyib.

"Mən evi 2015-ci ildə ipoteka ilə almışam. 2016-cı ildə evin yaxınlığında hərbi zavodda partlayış olub. Özüm hərbçi olduğumdan daim işdə olurdum və evdə tam yaşayış yox idi. 2016-cı ilin avqustunda gələndə gördüm ki, evin divarı bölünüb. Bir tərəfdən baxanda, o biri tərəf görünürdü. Ev sığortalı olduğundan bu haqda sığorta şirkətinə məlumat verdim. Amma uzun müddət şirkətdən heç kəs gəlmədi və dedilər ki, baxmırıq. Nəhayət 2017-ci ildə dəfələrlə etdiyim şikayətlərdən sonra "Xalq Sığorta"nın tapşırığı ilə Şirvanda yerləşən "Azsurvey" MMC-dən gəlib evə baxdılar. Baxandan sonra dedilər ki, evdə drenaj sistemi olmadığına görə çökmə olub. Bu səbəbdən də pul düşmür. Qayıtdım ki, əgər belə idisə, müqaviləni bağlayanda hansısa bir xəbərdarlıq edərdiniz. Lakin bildirdilər ki, guya o vaxt evə baxan işçilər təcrübəsiz olublar, ona görə diqqət edilməyib. Müqavilə bağlanıb, bunun üçün vəsait ödəmişəm, indi deyirlər ki, işçilər təcrübəsiz olublar. Qeyd edim ki, evdə heç bir konstruksiya işi aparılmayıb. Müraciətimdən sonra rəy vermələri üçün Fövqəladə Hallar Nazirliyindən də gəlib baxdılar. Əvvəlcə dedilər ki, partlayış səbəbindən çökmə olduğu üçün evə ziyan dəyib. Lakin bir həftə sonra məktub göndərdilər ki, bu evə rəy verə bilmərik, hansısa institutla müqavilə bağlamalısız. İnstitut da deyir ki, məsələni "Xalq Sığorta" ilə həll edin. Yaxşı indi mənim evimə kim rəy verməlidir?! Əgər ev həqiqətən drenaj sisteminin olmamasından bu vəziyyətə düşübsə, onda dediyim kimi müqavilə bağlayanda deyərdilər. Bununla bağlı məhkəməyə də müraciət etmişdim. Bu ilin fevralın 15-də keçirilməli olan məhkəmə fevralın 21-də nə mənə, nə də vəkilimə xəbərdarlıq edilmədən keçirildi və şikayətim təmin olunmadı. Yasamal Rayon Məhkəməsinin hakimi dedi ki, yaxınlıqda hərbi zavodda partlayış olub, amma evə mərmi düşməyib. Anlamıram. Məgər evə mərmi düşdükdən, mən və ailə üzvlərim həlak olduqdan sonramı sığorta ödənilməli idi?! Bizim evin yaxınlığında da bir neçə evdə çatlar əmələ gəlib, orta məktəb sökülüb və təzədən tikilib. Mən 24 il bu vətənə xidmət etmişəm. Kapitan rütbəsinə qədər yüksəlmişəm, Aprel döyüşlərində iştirak etmişəm, amma indi belə haqsızlıqlarla üzləşirəm", - deyə o, şikayət məktubunda bildirib.

"Xalq Sığorta" şirkətinin mütəxəssisi Toğrul Abbasov isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, Zaur Əhmədov müraciətlərinin heç birində partlayış səbəbindən evinə zərər dəydiyi iddiasını qeyd etməyib və həmin ərəfədə yaxınlıqda partlayış olub-olmaması haqda da məlumatları yoxdur. Toğrul Abbasov həmçinin məsələnin məhkəmə müstəvisində öz həllini tapdığını vurğulayıb.

"Bizim nümayəndələrimiz həmin evdə ekspertiza keçirib. Məlum olub ki, evdə drenajın olmaması və bünövrənin düzgün qoyulmaması səbəbindən çatlar əmələ gəlib. Bu da sığorta təminatına daxil deyil. Bununla bağlı Zaur müəllim dəfələrlə icbari büroya müraciət edib. Biz həmin məktubları da cavablandırmışıq. Eyni zamanda məhkəmədə də bizim haqlı olduğumuz təsdiqlənib. Burada ödəniş etməməkdən söhbət gedə bilməz. Partlayış səbəbindən evə zərər dəyməsi məsələsini də ilk dəfə sizdən eşidirəm. Bizə etdiyi müraciətlərin heç birində bu barədə bir şey yazmayıb. Ola bilər ki, həmin ərəfədə yaxınlıqda partlayış olub, bu barədə dəqiq məlumatım yoxdur. Amma evə məhz drenaj sisteminin olmaması səbəbindən zərər dəyib. Məhkəmə ali orqandır. Onun çıxardığı qərarı heç kim poza bilməz. Məhkəməyə müraciət edib və məhkəmə də bizim və qiymətləndiricinin doğru rəy çıxartdığı qənaətinə gəlib. Ona görə burada hansısa ikinci bir məsələdən danışmaq artıq olar", - deyə o, bildirib.

Şirkət rəsmisi vətəndaşın müqavilə bağlanılarkən drenaj məsələsinə toxunulmaması ilə bağlı etirazına da aydınlıq gətirib: "Biz banklarla müqavilə bağlayaraq, işləyirik. Bu səbəbdən sığortaladığımız bütün evləri bir-bir yoxlamağımız fiziki olaraq mümkün deyil. Necə ki, avtomobillər icbari sığortalanır, bu da elə. Yəni, biz gedib hər bir avtomobili ayrılıqda yoxlamırıq ki, hansı problemləri var?! Evin sığorta müqaviləsində də təminatlar qeyd olunub. Həmin müqavilədə sözügedən məsələyə görə sığorta təminatı nəzərdə tutulmayıb. Biz təminatlara daxil olmayan bəndlərdə müvafiq şərtlər qoymuşuq və həmin şərtlərə görə də təminatı ödəməkdən imtina etmişik. Ali orqan olan məhkəmə də təsdiqləyib ki, həqiqətən evə dəymiş zərər təminata düşmür".

Şirkət rəsrmisinin açıqlaması çox maraqlı məqamı ortaya çıxarır: "Xalq Sığorta" "tələblərə cavab verməyən" evləri onda niyə sğıortalayır? Necə yəni "evlərə baxmadan sığortalıyırıq"? Əgər müqavilə bağlayıb, evi sığortaya qəbul edirsinizsə, ödənişi qəbul etmisinizsə, deməli indi sğorta hadisəsinə görə də ödəniş etməlisiniz. Qanunların nə deməsindən asılı olmayaraq, bu, istənilən özünə hörmət edən şirkətin mənəvi borcudur. Həm də söhbət sağlamlığını bu VƏTƏN üçün ortaya qoyan hərbçimizdən gedirsə...

Axı onlar bu VƏTƏNİ qorumasa, siz rahat pul qazana bilməyəcəksiniz, cənablar!


Etiket:

Digər xəbərlər

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Elvin Cəfərquliyev üçün

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12.06.2026
Azərbaycanda milyonluq

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

12.06.2026
Azərbaycanın tanınmış diplomatı vəfat etdi

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

12.06.2026
TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

12.06.2026
İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

12.06.2026
Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

12.06.2026
İlham Əliyev Vladimir Putini təbrik etdi

İlham Əliyev Vladimir Putini təbrik etdi

12.06.2026
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

12.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Elvin Cəfərquliyev üçün

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12.06.2026
Azərbaycanda milyonluq

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

12.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az