• Xəbər lentİ
Fləş

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 05 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

Bu qız gər gün Sumqayıtdan Qubaya dərs deməyə gedir (FOTOLAR)

13:01 14.02.2019 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Təhsil Nazirliyi Quba rayonuna mediatur təşkil edib.

“Report”un əməkdaşının da iştirak etdiyi tədbir çərçivəsində jurnalistlər ilk olaraq şəhid İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbində fəaliyyət göstərən İcma əsaslı Uşaq Təhsil Mərkəzinə baş çəkiblər.

Media nümayəndələri mərkəzdə keçirilən məşğələləri, həmçinin müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayan və həvəsləndirmə tədbirləri çərçivəsində burada çalışan müəllimlərin dərslərini izləyiblər.

Məqsəd şəffaflıq və hesabatlılığın təmin olunmasıdı

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsinin meneceri İlahə Rəsulova bildirib ki, əsas məqsəd icma əsaslı vətəndaş qrupları vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyini artırmaq və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakını təmin etmək, bununla da şəffaflıq və hesabatlılığın, eləcə də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdır.

O qeyd edib ki, layihə ötən ilin oktyabr ayından başlayıb və müddəti 30 aydır: “Layihə çərçivəsində bölgələrdəki ucqar kəndlərdə və sərhəd zonası da daxil olmaqla ümumilikdə 50 İcma əsaslı Məktəbəqədər Təhsil Mərkəzi fəaliyyət göstərir. İcma əsaslı Uşaq Təhsil mərkəzləri 10 rayonu - Ağcabədi, Biləsuvar, Cəlilabad, Goranboy, Masallı, Sabirabad, Salyan, Şəmkir, Quba və Xaçmazı əhatə edir. Hər mərkəzdə orta hesabla 20 nəfər 3-4 yaşlı uşaq olmaqla ümumilikdə 1000 nəfərə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib”.

Avropa İttifaqının nümayəndəsi əlavə edib ki, gələcəkdə valideynlərdən müəyyən məbləğdə ödənişlər alına bilər: “Çünki layihənin davam etməsi üçün maliyyəyə ehtiyac var”.

Nənənin sevinci

Layihə çərçivəsində uşaqlarla məşğul olmaq hüququ qazanan ibtidai sinif müəllimi Fidan Əliosmanova deyib ki, belə icmaların yaradılması həm müəllimlərin işlə təmin olunması, həm də uşaqların aktivliyi, gələcəkdə məktəbdə rahat ünsiyyəti, sinif şəraitində nizam-intizama əməl etməsi baxımından müsbət haldır. O söyləyib ki, layihəyə uyğun olaraq, mərkəzdə dərslər hər biri 2-2,5 saat olmaqla həftədə 4 dəfə təşkil olunur. Dərslər yerli və eston mütəxəssislərdən ibarət işçi qrup tərəfindən hazırlanmış proqram əsasında keçirilir.

Mərkəzdə olan 4 yaşlı Kərim Tapdıqovun nənəsi Rəhimə Tapdıqova layihənin məhz nəvəsinin oxuduğu məktəbdə həyata keçirilməsini alqışlayıb: “Bizim kənddə bağça olmadığından belə qrupun yaradılması nəvəm üçün məktəbə hazırlıq baxımından ilkin addımdır. Az müddət olmasına baxmayaraq, nəvəm artıq şeirlər deyir və saymağı bacarır”.

Qəçrəş kənd tam orta məktəbinin direktoru Həbib Hacıyev bildirib ki, bu vəzifəyə yeni təyinat alıb: “Direktorların işə qəbulu üzrə keçirilən müsabiqədə 38 bal toplamışam. 2006-cı ildən elə bu məktəbin ibtidai siniflərində dərs keçirəm. 2009-cu ildə məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olunmuşam. Hazırda isə direktorluqla yanaşı, müəllimlik peşəsini də davam etdirirəm. Məktəbimiz 2006-cı ildə Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi əsasında tikilib. Hazırda məktəbdə təhsil alan 409 şagirdin təlim-tərbiyəsi ilə 38 nəfər pedaqoji işçi məşğul olur. Məktəbəhazırlıq qruplarında isə 36 uşaq təhsil alır. Son illər məktəbimizin uğurları əvvəlki illərlə müqayisədə artıb. Hər il 10-dan artıq məzunumuz ali məktəblərə yüksək balla qəbul olurlar”.

Hər gün Sumqayıtdan Qubaya dərs deməyə gedir

Media nümayəndələri məktəbin gənc müəllimləri ilə də görüşüblər.

Qəçrəş kənd tam orta məktəbində dərs deyən alman dili müəllimi Maral Yusifova hazırda Azərbaycan Dillər Universitetində magistr təhsilini davam etdirir. O, hər gün yaşadığı Sumqayıt şəhərindən Qəçrəşə dərs deməyə gedir, oradan isə Bakıya gəlir. Bakıda magistr kimi dərslərini yekunlaşdırdıqdan sonra Sumqayıta qayıdır.

7-11-ci siniflərə dərs deyən M.Yusifova 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanında 45 bal toplayaraq bu məktəbə təyinat alıb. Elə həmin il də magistraturaya qəbul olunub: “Sumqayıt şəhərində yaşayıram. Hər gün Sumqayıtdan səhər saat 5-də atam məni Qubaya gətirir və dərsim bitənə qədər gözləyir. İşimi yekunlaşdırdıqdan sonra Bakıya qayıdıb magistr təhsilimi alıram. Çətinliklərə baxmayaraq, sənətimi sevdiyim üçün bu iş məni daha da ruhlandırır. Məqsədim şagirdlərə alman dilini öyrətmək və onların dil bacarıqlarını inkişaf etdirməkdir. Şagirdlərim də dərsi yaxşı qavrayır”.

Bundan əvvəl də iş təcrübəsi olan 24 yaşlı gənc müəllimin 22 saat dərs yükü var və ayda 400 manat civarında əmək haqqı alır.

600 manat maaş

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin məzunu olan 24 yaşlı digər gənc müəllim Nigar Bəşirova 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanında yüksək bal (52) toplayaraq bu məktəbi seçib. O qeyd edib ki, ucqar kəndlərdə gənc müəllimlərə daha çox ehtiyac var, çünki onlar getdikləri yerlərə yeni nəfəs gətirirlər: “Uşaqların uğurlarında az da olsa pay sahibi olmaq insana sevinc yaşadır”.

N.Bəşirova çalışdığı məktəbin adını daşıdığı Şahmərdanovlar ailəsində kirayə qalır. N.Bəşirova istər məktəbdə müəllim və şagirdlərin, istərsə də kənd sakinlərinin ona münasibətindən razılıq edir: "Hələ ki, bu məktəbdə pedaqoji fəaliyyətimi davam etdirmək niyyətindəyəm. Aldığım məvacib məni qane edir. Həvəsləndirmə ilə birlikdə təxminən 600 manata yaxın maaş alıram, 70 manat kirayə haqqı verirəm. Dərsdənkənar şagirdlərin bir neçəsini ali məktəbə hazırlaşdırıram və nəticələri də məni qane edir. Gələcəkdə isə magistr təhsili almaq istəyirəm”.

Məktəbin daha bir gənc müəlliməsi 44 bal toplayaraq şagirdlərə Biologiya fənnindən dərs deyən Gülər Abdullayevadır. Niyə məhz bu məktəbi seçməsinə aydınlıq gətirən sinif rəhbəri 23 yaşlı G.Abdullayeva qeyd edib ki, Qubada tədris mərkəzlərinin birində praktika keçərkən buranın təbiəti, insanları onun diqqətini çəkib və bu səbəbdən müəllimlərin işə qəbulu imtahanlarında ilk yerdə məhz bu məktəbi yazıb: “İki ildir pedaqoji fəaliyyətlə məşğul oluram və 24 saatlıq dərs yükü ilə 567 manat maaş alıram. IV qrupa imtahan vermək istəyən bir şagirdi hazırlaşdırıram. Magistr təhsilimi Türkiyədə almağı düşünürəm”.

Gənc müəllimlər və gələcəyə ümid

Jurnalistlər daha sonra 2-ci Nügədi kənd 3 nömrəli tam orta məktəbdə yaradılan İcma əsaslı Uşaq Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

1993-cü ildən bu məktəbdə Fizika müəllimi vəzifəsində çalışan Müşfiq Bilalov bu il direktorların işə qəbulu üzrə müsabiqənin I mərhələsində az bal topladığından bu vəzifə ona müvəqqəti həvalə olunub. Elə bu məktəbin məzunu olan M.Bilalov əsas hədəflərinin bu məktəbin ən yaxşıların sırasına düşmək olduğunu qeyd edib: "Bunun üçün də şagirdlərə savadlı müəllimlər dərs deməlidir. Ona görə də gənc kadrların işləmək üçün ucqar kəndlərə gəlməsi vacib amildir. Ötən ilin qəbul imtahanında 16 məzunumuzdan 4-ü ali təhsil müəssisəsinə qəbul olunub. Bu ilin göstəricilərinin daha yüksək olacağına əminəm”.

Mətbuat nümayəndələrinə məlumat verilib ki, 2-ci Nügədi kənd 3 nömrəli tam orta məktəb 1964-cü ildə yaradılıb, 2012-ci ildə məktəb üçün yeni bina tikilib. Hazırda məktəbdə 334 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 29 müəllim məşğul olur.

BDU-nun məzunu olan və bu il müəllimlərin işə qəbulu üzrə imtahanlarda 52 bal toplayan 23 yaşlı Kəmalə Fazilova isə V-VI siniflərə dərs demək üçün Riyaziyyat müəllimi işləmək hüququ qazanıb. 10 saatlıq dərs yükü olan K.Fazilova aldığı 256 manat məvacibin onu qane etdiyini deyib. O, işindən çox razıdır.

22 yaşlı Arzu Məmmədova isə məktəbin gənc Kimya müəlliməsidir. 37 bal toplayan A.Məmmədova bundan əvvəl bir il Lerik rayonunda pedaqoji fəaliyyətlə məşğul olduğunu, daha sonra Qubaya gəldiyini bildirib. 7-ci sinifdən 11-ci siniflərə qədər dərs deyən müəllim 9 saatlıq dərs yükünün olduğunu, məktəbdə şagirdlərin kimya üzrə biliklərinə sıfırdan başladığını və az da olsa irəliləyişin olduğunu söyləyib.

Fotolar


Etiket:

Digər xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026

05.06.2026
Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

05.06.2026
Prezident Azərbaycan millisini təbrik etdi

Prezident Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

05.06.2026
“Psixologiya tarixi

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

05.06.2026
Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

05.06.2026
Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

05.06.2026
XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

05.06.2026

05.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az