• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

00:21 / 15.06.2026

Azərbaycanda Milli Qurtuluş Günüdür

00:10 / 15.06.2026

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

23:28 / 14.06.2026

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

23:27 / 14.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 15 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Türk dünyası yasda - Abdurrəhim Heyitin zindanda ölməsi Çin rejiminin cinayətidir

20:57 10.02.2019 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Çin hökuməti türklərə qarşı repressiyalarını davam etdirir; Türkiyə XİN Çin hökumətinə və BMT TŞ-na çağırış etdi

Böyük ozan, uyğur türklərinin ünlü ismi Abdurrəhim Heyit həbsxanada vəfat edib. Çin hökuməti bir neçə gündür yayılan xəbəri fevralın 9-da təsdiqləyib.

Onu Çin kommunist rejiminin basqısı altında qalan uyğur türklərinin səsi adlandırırdılar. Ozan Abdurrəhim Heyit ifa etdiyi musiqilərlə Çinin bütünlüklə assimilyasiyaya məhkum etmək istədiyi 30 milyonluq uyğur türkünün qan yaddaşına xitab edir, onların milli ruhunu ölməyə qoymurdu.

Ozanın

Dedim adım - nədir dedi Heyitdir.
Dedim bəs məqamın - dedi şəhiddir
Dedim suçun nədir - dedi Türklükdür,
Dedim peşmanmısan, o dedi yox, yox...

türküsü dillərə dastandır.

2017-ci ildə Abdurrəhim Heyit ifa etdiyi bir türküsünə görə 8 il azadlıqdan məhrum edilmişdi. Aydın idi ki, ozanın azadlığa çıxması dünyanın siyasət masasına gəlməyənə qədər mümkün olmayacaq. Məhbus kimi onun heç bir hüququ təmin edilməyib. Həbsxanada keçirdiyi 2 ildə ozana oğlu ilə cəmi 1 dəfə görüş izni verilib. Atası ilə görüşdən sonra oğlu bildirib ki, Heyit ağır işgəncələr gördüyündən səhhəti çox zəifləyib və ömrünə çox qalmayıb.

Ozanın vəfatı ilə bağlı xəbər bir neçə gün öncə yayılsa da, faktın dəqiqləşdirilməsi mümkün olmayıb. Ağır kommunist basqısı altında qalan Heyit ailəsinin bu haqda sorğularına cavab verilməyib. Fevralın 9-da isə hökumət faktı təsdiqləyib.

Abdurrəhim Heyitin cənazəsinin ailəsinə verilib-verilməyəcəyi də böyük sual altındadır. Faktiki hərbi rejim altında yaşamağa məhkum edilmiş uyğur türklərinin cənazə törəni keçirmələrinin yasaqlanarağı, nəşin ailəsinə xəbər verilmədən dəfn ediləcəyi ehtimalı böyükdür.

Böyük türk ozanının həbsxanada vəfat etməsini dünyanın dörd bir yanında yaşayan türk aydınları böyük kədərlə qarşılayıb. Sosial şəbəkə üzərindən Çin rejimini lənətləyən paylaşımlar edən aydınlar Türk dövlətlərini uyğur türklərinin harayına səs verməməkdə suçlayırlar.

Türkiyə Yazarlar Biliyinin üzvü Cemal Kurnaz başsağlığı açıqlamasında 1991-ci ildə Abdurrəhim Heyitin Türkiyəyə ilk gəlişlərindən yazıb: “1991-ci ildə ilk dəfə qarşılaşdıq. Konyanın köylərindən gələn qarayanız gənclərdən birinə bənzətdim. Eyni dil, eyni ləhcə... Demə, uyğur qardaşımızmış. Çin rejimindən qaçıb Türkiyəyə gəldiyini dedi. Yaşı gənc, yaşadığı ölkə türklük düşməni olsa da dərin zəkası, milli düşüncəsi böyük sayğıya layiqdi. 1 həftə qonağım oldu. 200-ə qədər bəstəsi olduğunu öyrəndim, səsini dinlədim. Qazi Universitetindəki dostlarımızla onun konsertini təşkil etdik. Səhnədə ilk sözü – siz Mahmud Kaşğarini tanıyırsınızmı? O mənim ulusumun atasıdır. Mən onun yurdundan gəldim - dedi. Salon onu böyük coşğu ilə qarşıladı. Söylədiyi türkülər türk damarımıza elə basmışdı ki, uzun zaman təsirindən çıxa bilmədik.

2015-ci ildə Türkiyəyə yenə gəlmişdi. Yenə konsert verdi. Millətinin hayqırtısını çatdırmaq üçün gəlmişdi... Yenə sarmaş-dolaş olduq. Ancaq qala bilmədi. Konsertdən dərhal sonra...hava limanına getməliydi... Onu ötürdüm. Orda qucaqlaşanda ikimiz də bilirdik ki, bu son görüşümüzdü.

Türkülər türklüyün qutsal mətnləri kimidir. Millətin bir çox tərifi var. Biri də belədir – bir-birindən xəbərsiz eyni türküləri söyləyən insan topluluğuna millət deyilir.

Abdurrəhim türkü bəsdələdiyi, türkü söylədiyi üçün şəhid edildi. Türkülərimiz, dilimiz kimi millətimizi bir-birinə bağlayan bir üst dildir. Dilimizi itirsək, özümüzü də itirərik. Abdurrəhim türkülər yox olmasın deyə özünü fəda etdi.

Yerin uçmaq olsun, böyük türk!”

Türkiyə Xarici İşlər Nazirliyi isə ozanın vəfatına səssiz qalmayıb. XİN sözçüsü Hami Aksoyun adından yayılan açıqlamada Çin rejimi suçlanıb: “Sincan Uyğur Muxtar Vilayətindəki uyğur türklərinin və digər müsəlman toplumlarının təməl insan haqlarını tapdalayan hərəkətləri xüsusən son 2 ildə daha da ağırlaşıb və bu məsələ beynəlxalq gündəmə daşınıb. 2017-ci ildə “Bütün dinlərin və inancların cinliləşdirilməsi” siyasətinin rəsmən elan edilməsi, uyğur türklərinin və digər müsəlman toplumların etnik, dini, mədəni kimliklərinin gözardı edilməsi üçün atılan yeni bir addımdır. Səbəbsiz həbs edilən uyğur türklərinin sayının 1 milyona çatması, onların cəza düşərgələrində, həbsxanalarda işgəncə altında saxlanması, beyinlərinin yuyulması artıq heç kimə sirr deyil. Düşərgələrdən kənarda qala bilən uyğurlar da ağır basqı altında yaşamaq məcburiyyətindədir.

Xaricdə yaşayan uyğur soydaşlarımız və vətəndaşlarımız öz doğmalarından xəbər ala bilmirlər. Minlərlə uşaq vallideynindən uzaqlaşdırılıb, yetim qalıb. 21-ci əsrdə yenidən cəza düşərgələrinin yaradılması, Çin hökumətinin uyğur türklərinə sistemli assimilyasiya siyasəti həyata keçirməsi insanlıq üçün böyük bir utancdır. Cincan bölgəsində yaşanan fəlakətlər haqqında fikirlərimizi Çin hakimiyyətinə dəfələrlə bildirmişik. Belə bir ortamda xalq ozanı Abdurrəhim Heyitin 8 il cəzaya məhkum edildiyi həbsxanada vəfat etdiyini dərin təəssüflə öyrəndik. Bu faciə türk ictimaiyyətinin diqqətini Sincanda baş verən fəlakətə bir daha yönəldib, insan haqlarının bu şəkildə ayaqlar altına atılmasına təpkiləri daha da qüvvətlənib. Çin hakimiyyətinin bu təpkiləri diqqətə almasını gözləməkdəyik.

Abdurrəhim Heyiti və türk, müsəlman kimliyinə sahib çıxamaq uğrunda həyatını itirən bütün soydaşlarımızı rəhmətlə anırıq. Çin iqtidarını uyğur türklərinin təməl haqlarına sayğı ilə yanaşmağa, cəza düşərgələrini ləğv etməyə dəvət edirik. Beynəlxalq ictimaiyyəti və BMT Təhlükəsizlik Şurasını Sincan bölgəsindəki insanlıq faciəsinə son qoyulması üçün effektiv addımlar atmağa çağırırıq“.

Bu youtube videosu ilə Abdurrəhim Heyiti həbsxanaya və ölümə götürən türküsünü təqdim edirik.

Aygün Muradxanlı (Musavat.com)

pia.az


Etiket: Abdurrəhim Heyiti Uyqur ozanı Çin Həbsxanada ölüm

Digər xəbərlər

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

14.06.2026
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

14.06.2026
Azərbaycanda Milli Qurtuluş Günüdür

Azərbaycanda Milli Qurtuluş Günüdür

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

14.06.2026
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

14.06.2026
Azərbaycanda Milli Qurtuluş Günüdür

Azərbaycanda Milli Qurtuluş Günüdür

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

11.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az