• Xəbər lentİ
Fləş

Kamran Əliyev sabiq prokurora yeni vəzifə verdi (FOTO)

15:25 / 30.06.2022

Son sutkanın yoluxma statistikası

16:36 / 30.06.2022

Prezident bu şəxsləri təltif etdi (SİYAHI)

16:25 / 30.06.2022

Prezident Türkiyə, Pakistan və Özbəkistanın parlament sədrlərini qəbul etdi (YENİLƏNİB)

15:44 / 30.06.2022

Qarabağın qala qapısı - Kəlbəcər

15:40 / 30.06.2022

Kamran Əliyev sabiq prokurora yeni vəzifə verdi (FOTO)

15:25 / 30.06.2022

Misir Prezidentinin Azərbaycana səfəri planlaşdırılır

14:57 / 30.06.2022

Qoşulmama Hərəkatının Bakı konfransı başladı: İlham Əliyev konfransda iştirak etdi (YENİLƏNİB)

11:33 / 30.06.2022

Sabirabadda əməliyyat: Baş memar saxlanıldı

11:15 / 30.06.2022

Türkiyədə meymunçiçəyinə ilk yoluxma qeydə alındı

10:56 / 30.06.2022

Vladimir Solovyov Azərbaycandan üzr istədi (VİDEO)

10:49 / 30.06.2022

General-leytenant rektor təyin olundu (SƏRƏNCAM)

10:23 / 30.06.2022

Yevlaxda əməliyyat zamanı polisə xəsarət yetirilib

09:38 / 30.06.2022

Mişustin və Volodin Azərbaycana gələcək

09:17 / 30.06.2022

Azərbaycan strateji planlama və səmərəli əməkdaşlıq sahəsində bir çox işlər görüb

09:16 / 30.06.2022

Prezidentin Türkmənistana səfəri başa çatdı

09:00 / 30.06.2022

İlham Əliyev İbrahim Rəisi ilə görüşdü (YENİLƏNİB)

17:18 / 29.06.2022

Koronavirusa yoluxanların sayı açıqlandı

16:36 / 29.06.2022

Aşqabadda sammit başladı: İlham Əliyev toplantıda iştirak edir (FOTOLAR)

16:26 / 29.06.2022

Leyla Abdullayeva: "Bu, Ermənistan tərəfinin növbəti etirafıdır"

15:45 / 29.06.2022

Büdcədən hansı rayonlara dotasiya veriləcək? (SİYAHI)

15:30 / 29.06.2022

AQTA: "Azərbaycanda hələ ki ərzaq qıtlığı yoxdur"

14:47 / 29.06.2022

Azərbaycan və Türkmənistan Prezidentlərinin görüşü olub

14:11 / 29.06.2022

Əli Həsənovun əlindən alınan əmlak bu quruma verildi

14:07 / 29.06.2022

Azərbaycanla Gürcüstan arasında quru sərhədi nə vaxt açılacaq? - Səfir danışdı

11:55 / 29.06.2022

Göyçayda Şirinovlar kabusu - Rayonda həbslər gözlənilir

11:34 / 29.06.2022

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşdü

11:00 / 29.06.2022

Xalidə Kəngərlinin əri istintaqa cəlb edildi

10:44 / 29.06.2022

Vilayət Eyvazov polkovnik-leytenantı Bakıda rəis təyin etdi

10:11 / 29.06.2022

Azərbaycan Prezidenti Türkmənistanda səfərdədir

10:00 / 29.06.2022

Koronavirusa yoluxanların sayı açıqlandı

18:07 / 28.06.2022
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 30 İyun 2022
USD : 1.7
EUR : 1.9243
Hava
+6 ° Baku
+2 ° Quba
+2 ° Qusar
+8 ° Gəncə
+4 ° Lənkəran
+9 ° Naxçıvan
+7 ° Salyan
+8 ° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Müsahibə

Tahir Kərimli: “İndi bizim gülüş hədəfinə çevrilməyimiz mənə pis gəlir”

10:42 05.11.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

“Deputat özünü müdafiə edə bilmirsə, o, seçicilərinin, dövlətinin mənafeyini necə müdafiə edə bilər?”

Deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimlinin Milli Məclisin plenar iclasında dövlət himnimizlə bağlı dediklərinə reaksiyalar çox sərt oldu. Əbülfəz Elçibəy komandasının üzvünün, üstəlik, istiqlalçı deputatın himnə “əl gəzdirilməsi”ni təklif etməsi həm mətbuatda, həm də sosial şəbəkələrdə birmənalı qarşılanmadı. Elə deputatla digər məsələlərdən də bəhs edən müsahibəmizdə əvvəlcə himn mövzusundan başladıq.

-Tahir bəy, zaman-zaman milli atributlarımız, o cümlədən himnimiz əleyhinə fikirlər səslənib. Bu dəfə siz himnə qarşı çıxdınız. Ünvanınıza çox sərt fikirlər səslənsə də, mövqeyinizdə israr edirsiniz. Özünüz əminsinizmi ki, fikirlərinizdə haqlısınız?

- Düşünürəm ki, bəli. Həqiqət bildiyin bir şeyi demək lazımdır ki, o, fikirlərdə oturuşsun. Əvvəl bir məsələni deyim. Bizim himnimiz, gerbimiz, bayrağımız ilk variant deyil. Əgər biz deyiriksə ki, ilk variantdakı kimi saxlayaq, bunlar ilk variant deyil. Yəni sözlərində də, şəkilçilərində də dəyişiklik var. Müqəddəs idisə, onda niyə dəyişiblər? İkincisi, bütün dünya dövlətlərinin himnlərində bir meydangirlik var. Misal üçün, həmin Üzeyir Hacıbəyov Azərbaycan SSR-in himnini yazıb. “Heyrati” üzərində. İndiki imnimizsə bir növ mərsiyə janrındadır, hardasa “Mirzə Hüseyn” segahını xatırladır. Bədbin notlar üzərində qurulub.

Birincisi, mən ahəngi ilə maraqlanıram, demirəm ki, sözləri dəyişdirilsin. Mən deyirəm ki, orda iki yerdə nəqarat var, onları dəyişməklə 1 dəqiqə uda bilərik. Bizim himnimiz dünyanın ən uzun himnlərindən biridir, 4 dəqiqə çəkir. Başqa himnlər 2,5 dəqiqədən çox olmur. Dəfələrlə xaricdə, daxildə hamıdan eşidirsən ki, bu himn çox uzundur. Yəni bunu qısaltmaq imkanları var. Sözlərini ixtisar etmədən iki yerdəki nəqarəti götürməklə eləmək olar. İkincisi, həmin sözlərin üzərində və bəlkə ahəngin də kökünü saxlamaqla minor notları, bədbin hissləri götürmək lazımdır. Mən başa düşürəm e, bizim xalqımızın canındadır. İmam Hüseyn əzası həmişə bizi musiqidə müşayiət edib, nə olur-olsun. Amma himndə cəngavərlik, gələcəyə işıq, mübarizliyə çağırış olmalıdır.

- Deputat həmkarınız Fəzail İbrahimli çıxışında əsaslandırdı ki, sizin istədiyiniz mübarizlik də var himndə, cəsurluq da, tarixilik də...

- Mən Fəzail müəllimi çox istəyirəm. Çox yaxşı alimimiz, görkəmli ziyalımızdır. İclasdan sonra özü ilə danışdım. Ona da izah elədim ki, mən sözlərin ixtisarını yox, nəqarətlərin ixtisarını deyirəm. Bir də musiqinin minorunu, kədəri götürmək lazımdır. Himnin musiqisi başdan-ayağa kədərdir, olmaz axı!

- Bizim muğamımız da başdan-ayağa kədərdir. Dediklərinizdən belə çıxmırmı ki, biz gərək muğamdan da imtina edək?

- Yox. Muğamımız müxtəlif cürdür. “Heyratı” muğamımız da var axı, cəngavərlik muğamıdır. “Çahargah”ımız, “Mənsuriyyə”miz də var axı. Biz nə üçün elə ancaq mərsiyə janrına üz tutmalıyıq? Mən o vaxt Qorbaçova ölüm hökmü çıxaranda “Azadlıq” Radiosu ilə danışırdım. O zaman meydanda çıxış edəndə bir şeir həsr etmişdim.

“Növbədənkənar parlament seçkiləri üçün əsas görmürəm”

“Necə qan ağlamasın daş bu gün,

Kəsilib yetmiş iki baş bu gün"

Beytini epiqraf götürmüşdüm şeirimə. Yəni mənim də içimdən bu kədər, millətin daim əzilməsi, sıxılması çıxmır. Amma bu, dövlətin, millətin himnidir.

- Tahir bəy, təkcə Azərbaycanın yox, Şərq dünyasının dahi bəstəkarı olan Üzeyir Hacıbəyli yəni sizin dediyiniz məqamları görə bilmirdi?

- Şübhəsiz, böyük şəxsiyyətdir. Üzeyir Hacıbəyov bəlkə də bizim milli brendimizdir. Amma o vaxt gənc idi, hələ musiqi təhsili yox idi. Görürsünüz ki, zaman keçdikcə musiqi təhsili aldı, yaşlaşdı, artıq ikinci himni yaradanda “Heyratı” üzərində yazdı.

Populyarxəbərlər

İcra başçısı bazar müdirinə “xərac” kəsdi, qiymətlər qalxdı – Beyləqanda

İcra başçısı bazar müdirinə “xərac” kəsdi, qiymətlər qalxdı – Beyləqanda

28.03.2019
Dövlət kül olan “Diqlas”la bağlı hərəkətə keçdi

Dövlət kül olan “Diqlas”la bağlı hərəkətə keçdi

28.03.2019

Sumqayıtdakı partlayışla bağlı rəsmi açıqlama: Rəis ölüb, 3 yaralı var  

28.03.2019

Ağalarovların təşkil etdiyi həmin görüş... -Trampın başı dərddə

10.02.2019

Nazir idarə rəisini vəzifədən azad etdi –Təhsil Nazirliyində yeni təyinat oldu  

11.11.2018

Bakı Nəqliyyat Agentliyi sürücülərə çağırış etdi

12.11.2018

"McDonald's" salatından zəhərlənənlərin sayı 500-ü keçib

24.08.2018
Ali məktəblərdə boş qalan yerlərə qeydiyyat başladı

Ali məktəblərdə boş qalan yerlərə qeydiyyat başladı

24.08.2018

Sərxan xəstəxanaya yerləşdirildi

24.08.2018

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva idman-əyləncə parkının açılışında iştirak edib

24.08.2018

Boş qalan abituriyentlərin qeydiyyatı başlayıb

24.08.2018

Şəmkirdə yol qəzası: 4 yaralı

24.08.2018
- Bu da reallıqdır ki, biz hələ də himnimizi doğru-dürüst mənimsəyə bilməmişik. Tədbirlərdə oxumağımız da ideal səviyyədə deyil. Siz də deyirsiniz gəlin dəyişiklik edək...

- Bayrağımızı hamımız sevirik də, irad tutmuruq ki. Heç vaxt demirik ki, bayrağımızı dəyişək. Amma əksəriyyət gerbə, himnə nöqsan tutur. Düşünürəm ki, bunu dəyişmək çox çətin deyil. İlk andan mənimsəyəcəklər. Bu yaxınlarda bir xanım ifaçını gördüm. Cəmi bir neçə aydır oxuyur, amma artıq 105 milyondan artıq izləyicisi var. Hətta onun oxuduqlarını gənclər əzbərdən deyir. Özü də ancaq səsiylə məşhurlaşıb, daha libası ilə yox. Düzdür, təklifim keçmədi, amma mən inanıram ki, əgər himnimiz yüksək əhval-ruhiyyəli olarsa... Açıq danışaq da, “İgid əsgər, möhkəm dayan”, uşaqdan-böyüyə hamı əzbər bilir. Bir dəfə eşitməklə adam əzbərləyir. Himnimiz də belə möhtəşəm, nikbin olsa, “Əsgər marşı” kimi uğur qazanacaq.

- Tahir bəy, bu günlərdə ən çox danışılan mövzudan nədənsə siz danışmadınız. Söhbət deputatların mandatdan məhrum edilməsini nəzərdə tutan qanundan gedir. Sizcə, qanunları dəyişmək hansı zərurətdən yaranıb? Bu dəyişikliklər sizi narahat edirmi?

- Şübhəsiz. Mən komitə iclasında bir neçə dəfə çıxış etdim və səsvermədə də əleyhinə səs vermişəm, gizləmirəm. Amma dedim ki, plenar iclasda çıxış etməyin artıq mənası yoxdur. Əgər bu deputatlar öz talelərinə belə biganədirsə, danışmağın nə mənası? Cəmi 6 nəfər əleyhinə səs verdi. Amma bir neçə dəfə bu barədə çıxış etmişəm. Birincisi, bu dəyişiklik Azərbaycan Respublikası Konstitusiyasının 91-ci maddəsinə ziddir. Çünki konstitusiyamızın 91-ci maddəsində göstərilir ki, deputat öz deputat fəaliyyətinə, davranışına, səsverməyə görə hər hansı məsuliyyətə cəlb oluna bilməz. Belə olan halda sən hansı qeyri-etik davranışına görə deputatı məsuliyyətə cəlb edirsən? Halbuki deyir davranışına görə məsuliyyətə cəlb oluna bilməz. Hansı səsvermədə iştirakına görə onu məsuliyyətə cəlb edirsən? Hətta referendum keçiriləndə belə mən bunu nəzərə çatdırmışdım. Axı, konstitusiyaya elə bir norma salmaq olmaz ki, başqa bir normaya zidd olsun. Başqa bir hüquqi prinsip var, seçki ilə müəyyənləşmiş orqan və yaxud vəzifəli şəxs bürokratik qaydada vəzifədən kənarlaşdırıla bilməz.

Necə ola bilir ki, 40 min insanın seçdiyi bir şəxs İntizam komissiyasının rəyinin sədr tərəfindən MSK-ya göndərilməsi və MSK-nın mexaniki qərarı ilə mandatdan məhrum edilir? Siz təsəvvür edirinizmi bu, nə deməkdir? Yəni hüquqi prinsipə, konstitusiyaya zidd bir məsələdir. Nə üçün deputatın özünün müdafiə hüququ yoxdur? Ən adi bir işçinin Həmkarlar İttifaqı vasitəsilə özünümüdafiə hüququ var. Bütün başqa məsələlər plenar iclasda müzakirə olunur, hər hansı bir xəta ilə bağlı. Ona plenar iclas qərar verir. Bəs, necə olur deputatın özünün taleyi həll olunanda, özünümüdafiə imkanı olmur, plenar iclasda müzakirəyə çıxarımır? İkinci tərəfdən, deputatın taleyinin İntizam komissiyasında həll olunmasına İntizam komissiyasının statusu çatmaz. Elə bir statusu yoxdur. Üstəlik bu, İntizam komissiyasının qərarı deyil, rəydir. Rəy sübut növlərindən biridir, onu qəbul da etmək olar, rədd də etmək olar. Deməli, burada həmin rəy MSK-da təsdiq olunacaq. Bütün bunlar nəyi göstərir? Mən başa salmaq istəyirəm ki, onsuz da biz deputatların hamısını bir qazana yığıb ömür boyu tənqid edirlər. Açığını deyək, bəzən bizi varlı olmaqda tənqid edirlər, qurunun oduna yaş da yanır... Amma indi bizim gülüş hədəfinə çevrilməyimiz mənə pis gəlir. Deputat özünü müdafiə edə bilmirsə, o, seçicilərinin, dövlətinin mənafeyini necə müdafiə edə bilər? Ona görə də mən dəfələrlə deyirəm ki, biz öz hüququmuzu müdafiə etməliyik.

- Bu qanuna əl gəzdiriləcəkmi, etirazlar nəzərə alınacaqmı növbəti oxunuş üçün, yoxsa olduğu kimi qəbul olunacaq?

- Məncə, yenidən baxılacaq. Hələ ikinci və üçüncü oxunuşlar var. Yəqin ki, dəyişdiriləcək. Kim ki bunu istəyir, onları ayıltmaq istəyirəm, mən inanmıram ki, cənab prezident bu qanuna imza atacaq. Veto qoyacaq. Çünki əgər mən deputat öz hüququmu müdafiə edə bilmirəmsə, yəqin cənab prezident bizim hüququmuzu müdafiə edər. Çünki deputatın konstitusion hüququ pozulur. Ən azı statusu zəifləyir, heçə enir.

- Qanunvericilik təşəbbüsü kimə məxsusdur?

- Elə Milli Məclisin müvafiq komitələri, şöbələri hazırlayıb. Əziyyət çəkiblər. Səhv etmirəmsə, 23 maddədə 80-ə yaxın düzəlişdir. Xeyli zəhmət çəkiblər, o düzəlişlərin əksəriyyətini qəbul edirəm. Amma 23-cü maddə və bir neçə başqa maddədəki düzəlişlər qəbuledilən deyil. Bu, deputatın səlahiyyətlərinin məhdudlaşdırılmasıdır.

- Ən çox danışılan məsələlərdən biri də 55 manatdan artıq dəyəri olan hədiyyənin parlamentə təhvil verilməsini nəzərdə tutan maddədir. Sizin yanaşmanız necədir?

- Ola bilər ki, miqdarı bir az artırmaq olar. Bu, korrupsiyaya qarşı mübarizə ilə bağlıdır. 55 manat demək olar ki, bütün Azərbaycan qanunvericiliyində əksini tapıb, bizdə də əksini tapır. Əslində bu həddi 100, 500, 1000 manat da etmək olardı. Amma ən əsas qəbul etmədiyimiz başqa maddədir. Deputatı qanuna əlavə etmək hüququndan məhrum edir. Konstitusiyada əlavə və dəyişiklikləri ayırır, ayrı-ayrı termin kimi, fərqli fəsillərdə təqdim edir. Deputatın statusunu əksinə, möhkəmləndirmək lazımdır, nümayəndəli orqandır, xalqı, milləti, dövləti təmsil edir. Ona görə də düşünürəm ki, əksinə, deputatın səlahiyyətlərini artırmaq lazımdır, nəinki əksinə.

- Bütün bunların parlamentin buraxılması, yaxud növbədənkənar parlament seçkiləri keçirilməsinə hazırlıq olduğunu iddia edənlər də var...

Mən bunu deyə bilmərəm. Amma məsələ belədir ki, parlamentin buraxılması üçün əsaslar yoxdur.

Əgər cənab prezidentin təqdim etdiyi Nazirlər Kabineti, Ali Məhkəmə, Baş Prokurorluq, Mərkəzi Bankla bağlı təqdim etdiyi şəxsləri iki dəfə təsdiq etməsək, onda parlamenti buraxa bilər. İndi Milli Məclis onları təsdiq edir, parlamentin buraxılması üçün hansı əsas var? Bir də o məsələ var ki, parlament öz funksiyalarını yerinə yetirmədikdə buraxıla bilər. Demək olar ki, elə bir hallar yoxdur. Dünyada hər şey ola bilər, mən deyə bilmərəm. Amma mən növbədənkənar parlament seçkiləri üçün əsas görmürəm. Bunu adətən, prezident seçkiləri ilə bağlayırlar. Amma prezident seçkilərinin önə çəkilməsinin hüquqi səbəbləri də var idi. Çünki prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilədək artırılmışdı. Müəyyən beynəlxalq şərait, daxili amillər və s. məsələləri sadalamaq olar. Parlamentlə bağlı belə bir şey görmürəm. Amma nə desən, baş verə bilər.(musavat.com)

MilliYol.Az


Etiket: Tahir Kərimli

Şərh yazın.


Digər xəbərlər

General-leytenant rektor təyin olundu (SƏRƏNCAM)

General-leytenant rektor təyin olundu (SƏRƏNCAM)

30.06.2022
Yevlaxda əməliyyat zamanı polisə xəsarət yetirilib

Yevlaxda əməliyyat zamanı polisə xəsarət yetirilib

30.06.2022
Sabirabadda əməliyyat: Baş memar saxlanıldı

Sabirabadda əməliyyat: Baş memar saxlanıldı

30.06.2022
Vladimir Solovyov Azərbaycandan üzr istədi (VİDEO)

Vladimir Solovyov Azərbaycandan üzr istədi (VİDEO)

30.06.2022
Kamran Əliyev sabiq prokurora yeni vəzifə verdi (FOTO)

Kamran Əliyev sabiq prokurora yeni vəzifə verdi (FOTO)

30.06.2022
Azərbaycan strateji planlama və səmərəli əməkdaşlıq sahəsində bir çox işlər görüb

Azərbaycan strateji planlama və səmərəli əməkdaşlıq sahəsində bir çox işlər görüb

30.06.2022
Mişustin və Volodin Azərbaycana gələcək

Mişustin və Volodin Azərbaycana gələcək

30.06.2022
Prezidentin Türkmənistana səfəri başa çatdı

Prezidentin Türkmənistana səfəri başa çatdı

30.06.2022
Türkiyədə meymunçiçəyinə ilk yoluxma qeydə alındı

Türkiyədə meymunçiçəyinə ilk yoluxma qeydə alındı

30.06.2022
Qoşulmama Hərəkatının Bakı konfransı başladı: İlham Əliyev konfransda iştirak etdi (YENİLƏNİB)

Qoşulmama Hərəkatının Bakı konfransı başladı: İlham Əliyev konfransda iştirak etdi (YENİLƏNİB)

30.06.2022
Prezident bu şəxsləri təltif etdi (SİYAHI)

Prezident bu şəxsləri təltif etdi (SİYAHI)

30.06.2022
Prezident Türkiyə, Pakistan və Özbəkistanın parlament sədrlərini qəbul etdi (YENİLƏNİB)

Prezident Türkiyə, Pakistan və Özbəkistanın parlament sədrlərini qəbul etdi (YENİLƏNİB)

30.06.2022
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
General-leytenant rektor təyin olundu (SƏRƏNCAM)

General-leytenant rektor təyin olundu (SƏRƏNCAM)

30.06.2022
Yevlaxda əməliyyat zamanı polisə xəsarət yetirilib

Yevlaxda əməliyyat zamanı polisə xəsarət yetirilib

30.06.2022
Sabirabadda əməliyyat: Baş memar saxlanıldı

Sabirabadda əməliyyat: Baş memar saxlanıldı

30.06.2022
DTX əməliyyat keçirdi: Saxlanılanlar var (RƏSMİ)

DTX əməliyyat keçirdi: Saxlanılanlar var (RƏSMİ)

24.06.2022
Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırdı (FOTO/VİDEO)

Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırdı (FOTO/VİDEO)

24.06.2022
Audiovizual Şura “Space” telekanalına ciddi xəbərdarlıq etdi

Audiovizual Şura “Space” telekanalına ciddi xəbərdarlıq etdi

24.06.2022
Fəxrəddin Altun:

Fəxrəddin Altun: "Diyarbəkirli analar dünyada ən güclü vətəndaş müqavimətlərindən birini nümayiş etdirir"

31.05.2022
İyun ayında havanın temperaturu 40 dərəcəyədək artacaq

İyun ayında havanın temperaturu 40 dərəcəyədək artacaq

31.05.2022
Rasim Balayev sədr seçildi

Rasim Balayev sədr seçildi

31.05.2022
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az