• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Müsahibə

“Palmali”nin gəmi daşımaları sektorunda qlobal miqyaslı rolu yüksəkdir“ - MÜSAHİBƏ

18:37 17.10.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
"Palmali" Şirkətlər Qrupunun regional ofisinin rəhbərinin birinci müavini Tuyqun Nadirov Trend-ə müsahibə verib. Həmin müsahibəni tədim edirik.

- Ötən həftə “Klarksons” tərəfindən tərtib olunan reytinqdə “Palmali Shipping”in 7-ci pillədə qərarlaşması xəbəri kifayət qədər rezonans doğurdu. Öncə reytinqi tərtib edən şirkət barədə sizdən daha ətraflı məlumat almaq istərdik.
- “Klarksons” şirkəti gəmiçiliyin müxtəlif seqmentlərində fəaliyyət göstərir və dünyada bu sahə üzrə aparıcı şirkətlərdən biridir. Şirkət artıq uzun müddət ərzində London fond birjasının FTSE 250 indeksində yer almaqdadır ki, bu da sırf gəmiçilik profili üzrə ixtisaslaşan bir biznes üçün kifayət qədər ciddi nüfuz göstəricisidir. 150 ildən çox tarixi olan “Klarksons”un fəaliyyət istiqamətlərindən biri də dünya miqyasında gəmiçilik sektoru üzrə araşdırmaların aparılmasından ibarətdir. Sözsüz ki, onlar tərəfindən tərtib olunan reytinqlər, eləcə də mütəmadi şəkildə dərc olunan hesabatlar çox ciddi və önəmli xarakter daşıyır. “Palmali”nin də son reytinqdə ilk onluqda yer alması şirkətimizin gəmi daşımaları sektorunda qlobal miqyaslı rolunun nə dərəcədə yüksək olduğunu növbəti dəfə nümayiş etdirdi.

- Bu reytinqdə tutduğunuz mövqe nəyin hesabına əldə edilib? Ümumiyyətlə, bu mövqedə olmaq “Palmali” üçün hansı əhəmiyyət daşıyır?
- Tərtib olunan reytinqə nəzər saldıqda gəmiçilik sahəsində ixtisaslaşan aparıcı şirkətlərin adlarını görə bilərsiniz. Ümumilikdə isə, gəmi daşımaları biznesində dünya üzrə minlərlə şirkət fəaliyyət göstərir. Bu sektorda uzunmüddətli tərəfdaşlar qazanmaq və yeni müştərilər cəlb etmək üçün biznesin istər regional, istərsə də dünya miqyasında güclü rəqabətə davam gətirməsi şərtdir. Bazara daxil olan yeni oyunçular möhkəmlənmək üçün müəyyən müddət gözləməli olurlar. Biz artıq bu işdə yeni deyilik, lakin reytinqdə geridə qoyduğumuz bir çox şirkətdən daha sonra bazara daxil olmuşuq. İyirmi ildən az müddət ərzində Türkiyə, Rusiya və Azərbaycanda uzunmüddətli tərəfdaşlar qazanmışıq, eləcə də digər regionlarda uğurlu nəticələr əldə edə bilmişik. “Palmali”nin yarandığı dövrdən bu günə kimi gəmiçilik çox inkişaf edib və biz hər zaman bu sahənin trendləri ilə ayaqlaşmağı bacarmışıq. İki il bundan öncə “Armada” zavodunun fəaliyyətinə start verərək özümüz də gəmi inşaatına start vermişik. Artıq yeni qütblər barəsində düşünməliyik, qarşımıza qoyduğumuz hədəfləri və bu hədəflərlə birgə özümüzü də inkişaf etdirməliyik. Bu gün qlobal bir reytinqin yuxarı pillələrində olmağımız nailiyyətlərimizin layiqli qiyməti və yeni hədəflərə çatmağımız üçün çağırışdır.

- Bəs sırf biznes baxımından bu reytinqin ilk onluğunda olmağınızın şirkətiniz üçün hansı dərəcədə əhəmiyyəti var?
- Hər bir işdə bir sifarişçi hüquqi münasibətləri rəsmiləşdirməkdən öncə icraçının fəaliyyətini geniş şəkildə analiz edir. Və əgər söhbət on minlərlə ton yüklərin su yolları ilə daşınmasından gedirsə, bu araşdırma ən detallı səviyyədə aparılır. Bizim çalışdığımız sahədə bu tip araşdırmaların ən əsas mənbəyi olaraq məhz “Klarksons” kimi nüfuzlu şirkətin hesabatlarını qeyd etmək olar. “Palmali”nin bu reytinqdə yerləşdiyi mövqe istənilən potensial müştəri üçün ən yaxşı portfoliodur. Hazırkı iqtisadi reallıqların və güclü rəqabətin fonunda belə nailiyyətlərin rolu danılmazdır.

- “Palmali Shipping”in baş ofisinin yerləşdiyi Türkiyədə bu xəbər nə dərəcədə əks-səda yaratdı?
- Əvvəlcə Azərbaycan mətbuatına bu vacib xəbərə diqqətlə yanaşdığı üçün şirkətimiz adından təşəkkür edirəm. “Palmali” üçün Azərbaycanda həyata keçirilən hər bir layihənin xüsusi əhəmiyyəti var və fəaliyyətimizin sosial yüklü tərəfinin əsasən ölkəmizdə həyata keçirilməsi bizə böyük qürur verir. Bu səbəbdən dövlətimizin vətəndaşlarının uğurlarımız haqqında bilgi alması vacibdir. Bəli, ölkəmizlə yanaşı, Türkiyənin nüfuzlu media resursları da bu xəbəri diqqət mərkəzində saxladı. Qeyd etmək istərdim ki, Türkiyə hökuməti bizə bununla əlaqədar məmnunluğunu ifadə etdi. Türkiyə iqtisadiyyatının dünya miqyasında təbliği və iqtisadiyyata verdiyimiz töhfəni nəzərə alaraq, bizə xüsusi güzəştlərin olacağı bildirildi. Əlbəttə, bu dəstək bizim fəaliyyətimiz üçün əlavə stimul olacaq. Ümumiyyətlə, hesab edirik ki, bu reytinqə düşməklə “Palmali” olaraq biz həm Türkiyənin, həm də Azərbaycanın adını ucaltmış oluruq.

- Yaxın keçmişdə bəzi mətbu orqanlarda “Palmali” barədə mənfi xarakterli məlumatlar dərc edilmişdi. Bu baxımdan yəqin ki, əldə etdiyiniz uğura həm də imic qələbəsi kimi yanaşırsınız.
- “Palmali”nin imic və ictimai reytinqlə bağlı heç bir problemi olmayıb. Buna istənilən sosial sorğu həyata keçirməklə şahid ola bilərsiniz. Şirkətimizin rəhbəri Mübariz Mənsimovun da dediyi kimi, biz işimizi tam şəffaf şəkildə görürük və bütün böhtanlara öz işimizlə cavab veririk. Dərc olunmuş həmin yazıların qarayaxma və qeyri-sağlam rəqabət vasitəsi olduğunu müəyyən etmək çox rahat idi. Zamanında bütün o yazıların böhtan olduğunu bildirmişik və öz yolumuza davam etmişik. Bu gün də biz irəli gedirik, nailiyyətlərimiz göz qabağındadır və bu nailiyyətlərimizi Azərbaycan xalqı ilə bölüşməkdən fərəh hissi keçiririk. Böhtan atanlar isə ortalıqda yoxdur, çünki əsası olmayan heç nəyin ömrü uzun ola bilməz. Bizim dayaqlarımız möhkəm, vicdanımız təmizdir. Odur ki, yolumuza davam edirik.

- “Palmali”nin Azərbaycanda gəmiçiliklə bağlı hazırkı fəaliyyəti nədən ibarətdir?
- Azərbaycanda əvvəlki illərdə olduğu kimi fəaliyyətimiz davam etməkdədir. Hazırda Bakı ofisimizin əsas fəaliyyət istiqaməti gəmilərə agentlik xidmətlərinin göstərilməsindən ibarətdir. Agentlik dedikdə gəmi sahibinin tapşırığına əsasən limanda və ya müəyyən ərazidə göstərilən kompleks xidmətlər nəzərdə tutulur. Bu xidmətlərə əsasən gəminin limana daxil olması ilə bağlı sənədləşmənin aparılması, yüklərin boşaldılması və yüklənməsi ilə əlaqədar dəstək, gəmi sahibi ilə liman administrasiyası arasında vasitəçilik və digər xidmətlər daxildir. Hər ay Bakının limanlarına daxil olan 40-dan çox gəmiyə bu xidmətlər tərəfimizdən göstərilir.

- “Palmali” Azərbaycanın qida sektorunda da “Palsüd” brendi ilə təmsil olunur. Bu sahədə işlər hansı səviyyədə gedir?
- Cari il “Palsüd” brendi üçün bir sıra əlamətdar hadisələrlə yadda qaldı. İyun ayında məhsullarımızın qonşu Gürcüstana ixracına start verildi. Bundan əlavə iki ay öncə şirkətimizin məhsulları Rusiya Federasiyasının Ekoloji, texnoloji və nüvə nəzarəti üzrə federal xidməti (“Rostexnadzor”) tərəfindən müvafiq şəkildə sertifikatlaşdırıldı. Bu isə o deməkdir ki, artıq məhsullarımızı Rusiya bazarlarına da çıxarmaq imkanı əldə etmişik. Hazırda dövlətimiz tərəfindən qeyri-neft məhsullarının ixracına dair atılan önəmli addımların fonunda şirkətimizin öz ixrac potensialından istifadə etməsi bizim üçün prioritet məsələlərdən biridir.

- Yeniliklər təkcə ixracla əlaqəlidir, yoxsa daxili bazarlarda satışla bağlı da hər hansı addımlar atılıb?
- Bəli, daxili bazara hesablanmış vacib qərarlar verilib. Ölkə ərazisində bütün market şəbəkələri və digər pərakəndə satış mağazalarına mallarımızın satışını müqavilə əsasında yerli şirkətə həvalə etmişik. Hotellərə, ictimai iaşə obyektlərinə və müəssisələrə məhsulun satışı öz komandamız tərəfindən həyata keçirilir və bu kateqroiya üzrə son 9 ayda satış dövriyyəmiz 17% artıb. “Palsüd” olaraq biz əsas diqqətimizi istehsalın təkmilləşdirilməsinə, məhsulların çeşidlərinin artırılmasına yönəldəcəyik. Alıcıların məhsullarımızdan məmnunluğunun əsas səbəbi “Palsüd”ün yüksək keyfiyyətidir və biz bu keyfiyyətə daim ciddi nəzarət etməliyik

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az