Əgər Koreya Xalq Demokratik Respublikası (KXDR) ərazisi vasitəsilə ilə Rusiyadan Cənubi Koreyaya nəzərdə tutulan qaz kəməri çəkilərsə, KXDR tranzit haqlarından ildə təxminən 175 milyon ABŞ dolları qazana bilər
AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Koreyanın KOGAS korporasiyası məlumat yayıb. İki Koreya ölkəsi arasında münasibətlərin normallaşması istiqamətində atılan ilkin addımlardan sonra KOGAS və Rusiyanın “Qazprom” şirkəti hazırda belə bir kəmərə dair ilkin müzakirələr aparırlar.
KOGAS-ın məlumatında deyilir ki, əgər gələcəkdə Şimali Koreyaya tətbiq olunan sanksiyalar aradan götürülərsə, qaz təchizatının sabitliyi, diplomatik və təhlükəsizlik məsələləri nəzərə alınaraq, Transkoreya qaz kəmərinin çəkilişi reallaşa bilər.
MilliYol.Az