• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

10:17 / 15.06.2026

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

00:21 / 15.06.2026

Azərbaycanda Milli Qurtuluş Günüdür

00:10 / 15.06.2026

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

23:28 / 14.06.2026

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

23:27 / 14.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə axşamı, 16 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Rufikin “Bank Standard” əməliyyatı: on milyonlarla manat necə mənimsənilib…

16:55 23.10.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş rəhbəri Rüfət Aslanlının irimiqyaslı korrupsiya əməllərinə və oğurladığı pullar hesabına dəbdəbəli həyat tərzi keçirməsinə dair yeni sensasion faktlar, sənədlər üzə çıxıb

Bu sənədlərə əsasən Aslanlının sürətlə varlanaraq multimilyonçuya çevrilməsinin səbəblərindən birini də 2016-cı ildən Maliyyə Bazarlarına Nəzarət Palatasının birbaşa idarəçiliyinə keçən “Bank Standard”ın xilas edilməsi adı altında dövlət vəsaitlərinin talanmasında axtarmaq lazım gəlir.

Qeyd edək ki, bank hələ 2015-ci ildən böhran siqnalları verirdi və əmanətçilərin pullarını geri qaytarmağı dayandırmışdı. 2016-cı ili ortalarında Aslanlının palatası bank üzərində birbaşa idarəçilik tətbiq etdi. Şübhə yoxdur ki, həmin vaxt Rüfət Aslanlı bankın göstəriciləri barədə tam məlumatlı idi. Buna baxmayaraq həmin ilin mayında elan etmişdi ki, bankı xilas etmək mümkündür və mühümdür. Çünki bank sektorunun özəyini təşkil edən banklardan biridir.

Beləliklə, R.Aslanlı hökuməti inandıra bildi ki, bankı “sağlamlaşdırmaq” üçün vəsait ayırmağa dəyər. Nəticədə Mərkəzi Bank “Bank Standard”a 115 milyon manat ayırmağı qərara aldı. Həmin vaxt ölkə rəhbərliyi bank sektorunda yaranmış böhranın aradan qaldırılması üçün Aslanlıya böyük ümidlər bəsləyirdi, amma o özünün avantürist tryukunu işə salaraq “Bank Standard”ı sağlamlaşdırmaq adı altında 40 milyon dollar mənimsəyib!

Məsələ bundadır ki, banklar haqqında qanuna görə hər hansı bankın sağlamlaşdırılmasına dair qərarı Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında Nazirlər Kabineti qəbul etməlidir. İndiki halda isə bu qərarı nəyə görəsə Palata özü qəbul edib, Maliyyə Nazirliyi ilə razılaşdırmaqla. Nazirlər Kabinetinin “Bank Standard”a dair qərarı yoxdur. Buna baxmayaraq Aslanlı qərar vermişdi ki, bankın sağlamlaşdırılması prosesində əmanətçilər pullarını geri tələb edə bilməzlər.

Sonrası isə daha betərdir. Bankın sağlamlaşdırılmasına dair qərar verilsə də belə məlum olurdu ki, Aslanlının “Bank Standard”ı necə xilas edəcəyi barədə heç bir planı mövcud deyildi. O, sifətinə ağıllı görkəm verərək belə plan üzərində iş getdiyi barədə bank bağlanana qədər görüntü yaratmağa çalışdı. Və günlərin birində yenə də sifətində həmin ağıllı ifadə ilə çıxıb elan etdi ki, bankı xilas etmək mümkün deyil və onu bağlamaq qərara alınıb.

Bəs Mərkəzi Bankdan ayrılan həmin məqsədlə ayrılan 115 milyon manat hara getdi? Aslanlının özünün dediyi kimi 15 milyon manat həcmində birinci tranş tamamilə əmanətçilərin tələblərinin yerinə yetirilməsinə xərclənib, 43 min əmanətçinin tələbi ödənilib. Lakin bu rəqəmi tanınmış ekspert, “Bank Standard”ın fiziki şəxslər olan 44 min əmanətçinin hüquqlarını müdafiə edən, bankın Kreditorlar Komitəsinin rəhbəri Əkrəm Həsənov tamamilə təkzib edir. “Həmin əmanətçilərə 15 milyon manatdan bir qəpik də çatmayıb”-o deyir.

İkinci tranşda isə “Bank Standard” Mərkəzi Bankdan qalan 100 milyon manatı alıb. Bizim Rufik bu dəfə iddia edib ki, həmin vəsaitin 60 milyon manatı fiziki şəxslərin əmanətlərinin qaytarılmasına yönəldilib. Lakin Əkrəm Həsənovun müdafiə etdiyi əmanətçilər bu dəfə də heç nə almayıblar. O zaman bu 75 milyon manat haradadır?

Ə.Həsənli təxmin edir ki, həmin pulları bankın iri əmanətçiləri arasında bölüblər, əvəzində Aslanlı sanballı “otkat” alıb. Virtualaz.org-a bank çevrələrindəki mənbələrdən deyiblər ki, Rüfət Aslanlı təkcə “Bank Standard”dan 40 milyon manat əldə edib, amma həmin bankı talayan digərlərindən, o cümlədən “Çudo Peçka” mağazalarının sahibindən fərqli olaraq Aslanlı azadlıqdadır.

Ən başlıcası budur ki, dövlət həmin pulları bankın əmanətçilərinin pullarını qaytarmaq üçün deyil, onun əməliyyat fəaliyyətini qaydaya salmaq üçün ayırmışdı. Əmanətçilərin pulları isə bankın gəlirlə işləməyə başlamasından sonra qaytarıla bilərdi. Amma Aslanlı milyonları mənimsəmək üçün pulları dərhal iri əmanətçilərlə bölüşdürməyə başlayıb.

Lakin bunlar hələ hamısı deyil. Virtualaz.org Rüfət Aslanlının “Bank Standard”ın müflisləşməsi və bağlanması prosesində mənimsədiyi pullarla bağlı sensasion sənədlər əldə edib. Bu sənədlərə əsasən Rüfət Aslanlı bir neçə yaxınlarının adlarını “Bank Standard”ın əmanətçiləri siyahısına yazıb və Əmanətlərin Sığortalanması Fondundan onlara yüz minlərlə manat ödənilməsini təmin edib. Həmin şəxslərin adları aşağıda təqdim etdiyimiz sənədlərdə qırmızı haşiyəyə alınıb. Başqa sözlə, bu şəxslər bankın əmanətçiləri olmadıqları halda Əmanətlərin Sığortalanması Fondundan böyük məbləğlərdə pullar alıblar. Əlbətdə, pullar Rüfət Aslanlının cibinə gedib.

 

 

Digər sensasion fakt bundan ibarətdir ki, əmanətçilər “Bank Standard”a pullarını illik 10.11 faizlə yatırıblar. Lakin bankın ləğvetmə komissiyasının rəhbəri kimi Rüfət Aslanlı əmanətçilərə pulları illik cəmi 3 faizlə qaytarmağı rəsmiləşdirib. Aradakı 8 faizlik fərq, yaxud milyonlarla manat əlbətdəki, Aslanlının cibinə gedib.

“Bank Standard”ın ləğvi prosesində ekspertlər və bankın rəhbərliyinə daxil olan şəxlər bildirmişdilər ki, əmanətçilərin vəsaitlərini qaytarmaq üçün 462 milyon manat vəsait lazımdır. Lakin Rüfət Aslanlı dövlət büdcəsindən 565 milyon manatın ayrılmasına nail olub. Aradakı fərq-103 milyon manatın bir qismi isə bu korrupsioner məmur tərəfindən Əmanətlərin Sığortalanması Fondu üzərindən mənimsənilib. Mənimsəmə sxemlərindən biri də yuxarıda qeyd olunduğu kimi, bankda əmanəti olmayan müxtəlif şəxslərin adlarını əmanətçilər siyahısında göstərmək və onların adına iri məbləğlərdə depozitlər rəsmiləşdirmək idi.

Əlbətdə, korrupsiya yolu ilə sürətlə varlanan R.Aslanlı kralsayağı həyat tərzi keçirirdi və onu tanıyanların dediyinə görə gündəlik xərcləri on minlərlə manat təşkil edirdi. O cümlədən Rüfət Aslanlı korrupsiya yolu ilə çırpışdırdığı vəsaitlər hesabına xarici səfərləri zamanı günü minlərlə avroluq otellərdə qalıb, o cümlədən həmin pullara Böyük Britaniyada daşınmaz əmlak alıb. 2016-cı ilin avqust, sentyabr və oktyabr aylarında Rüfət Aslanlı tez-tez Londonda peyda olub.

Məsələn, aşağıdakı sənədlərdən görünür ki, Rüfət Aslanlı 2016-cı il avqustun 15-də və 19-da Londondakı “Windsor Suite” otelində iki gün qalıb, hər dəfə üçün 3600 avro ödəyib. Ödəmə üçün Aslanlı “Lloyds Bank PLS”dəki hesabından istifadə edib. Həmin il avqustun 29-da və sentyabrın 4-də Aslanlı Hitrou aeroportunda yerləşən həmin oteldə yenə də 1 gün üçün 3600 avro məbləği ödəyib.

2016-cı il oktyabrın 30-dan noyabrın 1-nə dək olan bir sutka üçün Aslanlının yenə də “Windsor Suite” otelinə 4300 avro ödədiyi görünür.

Ehtimal var ki, bu dalbadal səfərlər korrupsiya yolu ilə əldə edilmiş pulların “yuyulması”, hansısa aktivlərə və offşor hesablara yatırılması üçün edilmişdi.

MilliYol.Az


Etiket: Rüfət Aslanlı Bank Standard

Şərh yazın.


Digər xəbərlər

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az