• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 05 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhsil

Məleykə Abbaszadə:"Süni ajiotajın ciddi bir əsası yoxdur"

21:25 13.10.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

“Abituriyentlər və onların valideynləri, bu proseslə əlaqəli olan elmi-pedaqoji ictimaiyyət qəbulla bağlı baş verən dəyişikliklərdən narahat olmamalıdırlar. Çünki bu dəyişikliklər mərhələ-mərhələ, onların elmi əsası öyrənilərək, təcrübədə sınaqdan keçirilərək tətbiq olunur”

Trend-in məlumatına görə, bunu Dövlət Imtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali məktəblərə yeni qəbul modeli ilə bağlı ictimaiyyətdə aparılan müzakirələrə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 25 illik, həmçinin Dövlət İmtahan Mərkəzinin son 2 ildəki fəaliyyəti ərzində imtahanların məzmun və formasında aparılan dəyişikliklər abituriyentlərin biliklərinin daha obyektiv və şəffaf şəkildə qiymətləndirilməsi məqsədi daşımışdır. Bu gün də təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin, qiymətləndirmə mexanizmlərinin dünya standartlarına uyğunlaşdırılmasına ehtiyac var.

M.Abbaszadə əlavə edib ki, aparılan araşdırmaların əsasında 2 il bundan öncə Təhsil Nazirliyi ilə birlikdə ümumi orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının yeni qaydaları hazırlanmışdır. 2019-cu ildə tətbiq olunacaq yeni qəbul modelində nəzərdə tutulan dəyişikliklər abituriyentlərin biliklərinin daha dəqiq şəkildə üzə çıxarılmasına kömək göstərmək məqsədi daşıyır. Bu dəyişikliklərin bir sıra üstünlükləri var. İlk növbədə I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınır və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunur. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. Bununla da buraxılış imtahanlarının nəticələri yekun attestasiya, V ixtisas qrupu və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün əsas olmaqla yanaşı, I-IV ixtisas qrupları üzrə də müsabiqənin bir komponentinə çevrilmiş olur. Burada qəbul imtahanı fənlərinin saylarının azaldılması da vurğulanmalıdır. Belə ki, əvvəlki illərdə olduğu kimi abituriyentlər 3 buraxılış və 5 qəbul imtahanı fənni deyil, 3 buraxılış və 3 qəbul imtahanı fənni üzrə imtahan verəcəklər.

Abituriyentlərin imtahan yükü daha da azaldılmışdır. Bundan əlavə, yeni qaydalarla qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanlarının) nəticələrinin iki il qüvvədə olması, yəni cari və növbəti tədris illərində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququnun (birinci mərhələdə iştirak etmədən, abituriyent imtahanın ikinci mərhə ləsini verir) verilməsini nəzərdə tutur: “Bu da müsbət addım kimi qiymətləndirilməlidir. Bu imtahanlarda abituriyentlərin özləri tərəfindən yazılı şəkildə cavablandırılması tələb olunan müəyyən sayda tapşırıqlardan da istifadə olunacaq”.
M.Abbaszadə deyib ki, yeni model tapşırıqlarının sayı da ümumi imtahan suallarının sayına nisbətdə çox azdır. Hələlik qəbul imtahanlarında hər fənn üzrə cəmi 3 belə tapşırığın istifadə olunması nəzərdə tutulub:”Bu tip tapşırıqlardan istifadə kurikulum standartlarının tələbidir və bizə abituriyentlərin yeni təhsil proqramlarında nəzərdə tutulmuş məzmun xətləri üzrə bacarıqlarını ölçmək imkanı verəcəkdir.

Bu növ yazılı cavab tələb edən tapşırıqların obyektiv yoxlanılması ilə bağlı da müəyyən fikirlər səslənir. Yazı işlərinin yoxlanılması prosesi Dövlət İmtahan Mərkəzində bu məqsədlə hazırlanmış, müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüterdən istifadə etməklə markerlər tərəfindən aparılır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanmışdır. Yoxlama prosesinə respublikanın paytaxtı və regionlarından ümumtəhsil müəssisələrinin müəllimləri, ali təhsil müəssisələrinin uyğun ixtisaslar üzrə mütəxəssisləri və magistrləri cəlb edilir”.

M.Abbaszadə bildirib ki, müəllimlər arasında müəyyən qədər narahatlıq doğuran və iradlar səsləndirilən fikirlərdən biri də xarici dil fənni üzrə imtahanının məzmununda edilmiş dəyişiklikdir: “Bilirsiniz ki, burada əsas dəyişikliklərdən biri də imtahanda istifadə olunacaq 30 tapşırıqdan 6-nın “dinləyib-anlama” bacarıqlarının yoxlanılmasına aid olmasıdır. Heç kəsə sirr deyil ki, xarici dil bilmək müasir dövrdə artıq ehtiyac halına gəlmişdir. Buna görə də rus dili ilə yanaşı, ingilis, alman və s. dillərin də lazımi səviyyədə öyrədilməsi əsas məqsədlərdən olmalıdır. Bu sahədə olan mütəxəssislərin tədqiqatları göstərir ki, şagirdlər xarici dili dinləmə və danışıq kimi aktiv metodlarla da öyrənməlidir.

M.Abbaszadə bildirib ki, müasir informasiya cəmiyyətində, yeni texnoloji inqilabların baş verdiyi bir dövrdə yaşadığımızdan hazırda istənilən bir xarici dillə bağlı lazımi məlumatların tapılması şagird və müəllimlər üçün çətin olmamalıdır: “Kurikulumun bir cəhəti də tələbyönümlü olmaq deyilmi? Müasir təhsil sistemində şagird aktiv öyrənəndir, biliyə çatma yollarını araşdırandır. Hər bir məktəbdə kompüterlər mövcuddur. Hər birimizin əlində bir yox, bir neçə telefon var. Özümüz bəzən indiki uşaqların bütün günü əllərində telefon qulaqlarında qulaqlıqla vaxt keçirmələrindən şikayət etmirikmi? Bu vasitələrdən səmərəli istifadənin zamanı nə vaxt gələcək? Bir məsələ barədə də fikirləşməliyik. Məktəbdə xarici dili tədris edən müəllim hansı dildə danışır? İngilis dili dərsində müəllim ingilis dilində danışmırmı? Şagird dərsdə hansı dildə cavab verir? Bu məgər “dinləyib-anlama” bacarıqlarına təsir etmirmi? 11 ildir ki, yeni sistemdən danışılır, tətbiq olunur. Biz daha 11 il də gözləməliyikmi? Bu suallar hər kəsi düşündürməlidir. “Dinləyib-anlama mətni ilə bağlı yaranan süni ajiotajın ciddi bir əsası yoxdur. Təbii hər bir yenilik insanda müəyyən qədər həya cən yaradır. Lakin əminik ki, Mərkəz tərəfindən təqdim olunacaq materiallar, keçiriləcək sınaq imtahanları (yeri gəlmişkən DİM tərəfindən ingilis dili fənni üzrə 2018-ci ilin əvvəlində monitorinq imtahanı da keçirilib və burada şagirdlərin “dinləyib-anlama” qabiliyyətləri də yoxlanılıb) abituriyentlər üçün proqamın mənimsənilməsində yardımçı vasitə olacaqdır”.Fənn kurikulumunun xarici dil fənni üzrə müəyyən etdiyi 4 məzmun xəttinə aid bacarıqların yoxlanılması tələb olunur. DİM və Təhsil Nazirliyinin İşçi qrupunun rəyi əsasında hələlik bəzi alt standartların yoxlanılması üçün əlavə vasitələr tələb edildiyindən, onlara aid tapşırıqlardan istifadə olunmur. “Danışma” məzmun xətti üzrə bilik və bacarıqlar da buraxılış imtahanında hələ ki, yoxlanılmır. Bu imtahanda əsas etibarilə 3 (“Dinləyib-anlama”, “Oxu” və “Yazı”) məzmun xətti üzrə alt standartların yoxlanılması və qiymətləndirilməsi həyata keçiriləcək. “Dinləyib-anlama” məzmun xətti üzrə, əsasən, müraciətlər zamanı sadə sualları cavablandırmaq, müraciətlərə uyğun tapşırıqları ardıcıl icra etmək, dinlədiyi mətndəki fakt və hadisələri qruplaşdırmaq, ümumiləşdirmələr aparmaq bacarıqları yoxlanılır. Bu bacarıqların da fənn kurikulumunda, dərsliklərdə şagirdlərə aşılanması nəzərdə tutulub və 11 ildir ki, həyata keçirilir. Dərsliklərdə bununla bağlı tapşırıqlar yer alıb”.

MilliYol.Az


Etiket: Məleykə Abbaszadə ajiotaj

Şərh yazın.


Digər xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az