• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

10:17 / 15.06.2026

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

00:21 / 15.06.2026

Azərbaycanda Milli Qurtuluş Günüdür

00:10 / 15.06.2026

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

23:28 / 14.06.2026

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

23:27 / 14.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə axşamı, 16 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Narkoloji Mərkəzin tibb bacısı və sanitarı məhkəmədə ifadə verib

18:30 05.10.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər – Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə iclası davam etdirilib

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Amid Ağayev ifadə verib.

O, Narkoloji Mərkəzdə sanitar vəzifəsində çalışdığını bildirib: “Mən Mərkəzdə xəstələrə qulluq edirəm. Onlar yıxılanda qaldırıram, qaçmaq istəyəni qoymuram, tibb bacısı xəstələrə iynə vuranda yanında oluram. Mərkəzdə bir gün işləyirəm, iki gün isə istirahətdə oluram. Hadisə baş verən gün də işdə idim. Təqsirləndirilən Məhəmməd Məmmədovu da tanıyıram”.

Şahid qeyd edib ki, hadisə vaxtı Narkoloji Mərkəzdə 55 xəstə olub: “Həmin gün orada növbədə Turan həkim, tibb bacılarından isə Şəlalə xanım idi. Səhərə yaxın kimsə yanğın baş verdiyini dedi. Çölə çıxdım, 15-ci otağın qapısının qabağında 3 nəfər dayanmışdı. Onlardan birinin adı Şahin idi. Digərlərinin adı yadımda deyil. Otağın sağ tərəfi yanırdı. Çöldəki yanğınsöndürən balonunu götürüb gətirdim. Nail, Rasim digər xəstələri oyatdı. Tural həkim isə FHN-ə zəng etdi. Yanğın 14 və 15-ci otaqların divarından başlamışdı, sürətlə də irəliləyirdi. Mən içəri keçib xəstələri otaqdan çıxartdım. Sonuncu dəfə gedəndə yolu səhv saldım, ayağımın altında xəstə var idi. Həmin xəstənin əllərindən tutub çölə çıxartdım. Hadisədən sonra sağ qalan xəstələri saydıq – 24 nəfər idi. Qalanları içəridə yanıb öldü. Hadisə zamanı Məhəmmədi orada görmədim. Sonradan bildik ki, qaçıb”.

A.Ağayev söyləyib ki, təqsirləndirilən M.Məmmədov Mərkəzdən çıxıb getmək istəyirmiş: “Onunla söhbət edəndə oğlundan danışırdı. O, ailəsi tərəfindən tərk edildiyini deyirdi. Hadisədən sonra eşitdim ki, Məhəmməd guya buranı yandırmaq istədiyini deyirmiş. Amma şəxsən onun ağzından eşitməmişəm. Həmin zaman elə xəstələr var idi ki, onların vəziyyətləri ağır idi deyə yuxudan qalxa bilmirdilər. Onları güclə sürüyüb çölə çıxardırdım. Hər şey gözümün qabağında oldu”.

Hakim bildirib ki, şahidin ifadələri arasında ziddiyyət var. Məhkəmədə onun istintaqa verdiyi ifadəsi elan olunub.

A.Ağayev bildirib ki, M.Məmmədov Şəlaləyə, Leylaya və Çimnaza “buranı yandırsaydım, canım qurtarardı” deyib.

Şahid isə söyləyib ki, hadisədən sonra bu barədə həmin şəxslərdən eşidib.

Daha sonra şahid qismində Şəlalə Ələkbərova dindirilib. O, Narkoloji Mərkəzdə tibb bacısı işlədiyini bildirib: “Həmin gün işdə növbətçi idim. Jurnala baxanda gördüm ki, onun girib-çıxışı qeyd edilib. Sonra mənə yaxınlaşdı. Ondan bu barədə soruşdum. Oğlunun ona icazə vermədiyini deyib və ondan şikayətləndi. Məndən çay alıb getdi. Bir qədər keçəndən sonra başqa xəstəyə baş çəkməyə getdim. Birdən səs-küy qopdu. Kimsə yanğın baş verdiyini söylədi. Dəhlizə çıxanda hər yerin tüstüyə büründüyünü gördüm. Tez çölə çıxıb Turan həkimin yanına qaçdım ki, FHN-ə zəng vursun. Zəng etdiyini dedi”.

Qeyd edək ki, bu il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Görülən tədbirlərlə Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib.

M.Məmmədov Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.

Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev saxlanılıb və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Məlumata görə, şöbə müdiri A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb.(Report)

MilliYol.Az


Etiket: Narkoloji Mərkəz

Şərh yazın.


Digər xəbərlər

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az