• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 14 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

“Separatçıları müstəqil tərəf kimi danışıqlara gətirmək təhlükəlidir”

14:33 05.10.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Mili Məclisin deputatı, ATƏT PA-nın vitse prezidenti Azay Quliyev qurumun payız sessiyası çərçivəsində keçirilən Daimi Komitənin iclasında çıxış edib

Trend-in məlumatına görə, Azay Quliyev bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlamasından əsrin dörddə biri qədər vaxt keçsə də, təəssüf ki, hələ də problemin həlli üçün heç bir irəliləyişə nail olunmayıb. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, eləcə də BMT Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının qərarlarını, habelə ATƏT PA-nın 2015-ci ildə qəbul etdiyi Helsinki bəyannaməsini kobud şəkildə pozaraq, Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirir.

A.Quliyev ATƏT PA-nın prezidenti G.Seretelinin münaqişə tərəfi olan ölkələrin parlament rəhbərlərinin görüşünün keçirilməsiylə bağlı təklifinə münasibət bildirərək deyib ki, yaxın zamanda Azərbaycan Milli Məclisinin bu məsələylə bağlı rəsmi mövqeyini öyrənərək onlara məlumat verəcək: “Fikrimcə, biz Ermənistan və Azərbaycanın parlamentlərinin rəhbərlərinin görüşü də daxil olmaqla, münaqişənin həlli istiqamətində bütün mümkün vasitələrdən istifadə etməliyik. Bu, danışıqlar prosesinə müəyyən impuls verə və mövcud status-kvonu dəyişməyə yardım edə bilər”.

ATƏT PA-nın vitse-prezidenti Assambleyanın Daimi Komitəsi və Büro üzvləri üçün münaqişənin həlli ilə bağlı hazırkı vəziyyətə dair iki əsas komponentə aydınlıq gətirib: “Əslində, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında ikitərəfli görüşlər nəzərə alınmasa, hazırda ən yüksək səviyyədə davam edən real danışıqlar yoxdur. Danışıqlar prosesi Ermənistanın yeni rəhbərliyi tərəfindən dayandırılıb. Baş nazir Paşinyan vəzifəyə gəldikdən sonra nümayişkaranə şəkildə indiyədək əldə edilmiş nəticələrə göz yumur və ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar formatından imtina edir. Beləliklə, o, sülh yolu ilə məsələnin həll olunması formatını dəyişdirməyə və Dağlıq Qarabağ separatçılarını müstəqil tərəf kimi danışıqlar masasına gətirməyə çalışır. Bu nəinki qəbuledilməz, həm də təhlükəlidir. Məlum olduğu kimi, münaqişənin iki tərəfi var: Ermənistan və Azərbaycan. Bu beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT tərəfindən təsdiq edilmişdir”.

A.Quliyev N.Paşinyanın mövcud formatı dəyişdirmək üçün etdiyi qeyri-realist və əsassız cəhdlərin sülh danışıqları prosesini pozaraq tamamilə dayandırmaq məqsədi daşıdığını deyib: “Münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqlar prosesinin pozulmasının ağır nəticələrini hər birimiz aydın təsəvvür edə bilirik”.

ATƏT PA-nın vitse-prezidenti deyib ki, Azərbaycan Dağlıq Qarabağ əhalisinin regionun yekun hüquqi statusunun müəyyənləşdirilməsində iştirak etməsi məsələsini anlayır və bunu həyata keçirməyə hazırıq: “Amma bu, yalnız 7 ətraf rayonun işğaldan azad edilməsindən və bütün məcburi köçkünlərin doğma yurdlarına qayıtmasından sonra mümkündür. Rəsmi Bakı Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən ərazi bütövlüyü və suverenliyi çərçivəsində Dağlıq Qarabağın həm erməni, həm də azərbaycanlı icmalarının gələcəkləri barədə qəbul edəcəkləri birgə qərarı dəstəkləməyə hazırdır”.

A.Quliyev Assambleya üzvlərinin diqqətini münaqişəylə bağlı aydınlaşdırılmasına ehtiyac olan digər bir aspektə də çəkib: “Bəziləri münaqişəni səhvən “Dağlıq Qarabağ münaqişəsi” adlandırırlar. Bu doğru deyil. Azərbaycanın Dağlıq Qarabağdan başqa, işğal altında Dağlıq Qarabağın ərazisindən 3 dəfə, əhalisindən isə 6 dəfə çox olan 7 ətraf rayonu da var: Kəlbəcər, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan. Bu 7 ətraf rayonun Dağlıq Qarabağla heç bir əlaqəsi yoxdur və biz şahidik ki, Ermənistan işğal etdiyi bu ərazilərdən siyasi manipulyasiya və istifadə edir.

ATƏT PA-nın vitse-prezidenti bildirib ki, bu bölgələrin statusu müzakirə mövzusu deyil: “Ermənistan hərbi birləşmələrini bu torpaqlardan şərtsiz çıxarmalıdır. Bu məsələ hər hansı bir qondarma kompromis mövzusu ola bilməz”.

A.Quliyev çıxışında vurğulayıb ki, Ermənistanın siyasi rəhbərliyi Azərbaycana məxsus olan Dağlıq Qarabağın və ətraf rayonların işğalını davam etdirərək və orada qeyri-qanuni və marionet rejim yaradaraq heç bir nəticə əldə edə bilməyəcəyini unutmamalıdır: “Bu cür addımlar heç nəyi dəyişmir və Ermənistana sülh və rifah gətirmir. Əksinə bu hal, vəziyyəti daha da ağırlaşdırır və çoxlu sayda gənclərin həyatına son qoyur”.

MilliYol.Az


Etiket: Azad Quliyev separatçı

Şərh yazın.


Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

11.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az