“Qlobal maliyyə bazarlarında ABŞ dollarının hökmranlığı sarsılıb, dünya liderləri onu dominant kimi qəbul etməkdən imtina etməyə başlayıblar”
“Qlobal maliyyə bazarlarında ABŞ dollarının hökmranlığı sarsılıb, dünya liderləri onu dominant kimi qəbul etməkdən imtina etməyə başlayıblar”.
“Report” xəbər verir ki, bunu “Bloomberg” agentliyi yazıb.
Yazıda qeyd olunur ki, artıq bir sıra ölkələr, o cümlədən Rusiya Amerika valyutasında aktivlərini azaldır, Çin enerji bazarında müqavilələri yuanla bağlamağa başlayıb, Fransanın maliyyə naziri Bruno Le Mer isə elan edib ki, ABŞ-ın maliyyə alətlərindən “tam azad” olmaq istəyir, Avropa İttifaqını okeanın o tayındalı super gücün vassalı kimi görmək istəmir.
Bununla belə, agentlik bəyan edib ki, dollar hələ ki, liderliyini qoruya bilir, ona tələbat var və əsas məsələ də elə bu tələbatın qorunub-saxlanılmasıdır. Bunun üçün diplomatik əlaqələr istifadə edilməli, ABŞ-ın ticarət tərəfdaşları üçün dolların əlçatanlığı saxlanılmalı və Amerika valyutasından digər ölkələrə zərbə vurmaq üçün istifadə edilməməlidir.
MilliYol.Az